Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə58/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   117

Son  30  illər  ərzində  xəstəlik  böyük  epidemiyalar  şəklində  üç  regional 
hiperendemik  ocaqlarda  (Mərkəzi  Amerika,  Cənubi-Şorqi  Asiya,  Mərkəzi  Afrika) 
geniş yayılmış və kök atmışdır. Bununla əlaqədar olaraq, digər ölkələr və qitələr üçün 
real təhlükə yaranmışdır. Pandemiya Mərkəzi Amerikada 1968-ci ildə başlamış və bir 
neçə  il  ərzində  davam  etmişdir.  Cənub-Şərqi  Asiyada  isə  1972-ci  ildə  başlayıb  və 
1986-cı  ilə  qədər,  Mərkəzi  Amerikada  1979-cu  ildə  başlayıb,  1982-1983-cü  illərə 
qədər davam etmişdir. Bu regionlarda hal-hazırda sporadik xəstələnmə qeydə alınır. 
Bu xəstəliyin epidemiyaları yenidən baş verə bilər. 
Müasir dövrdə dünyanın bütün ölkələrində daha çox əhəmiyyətə malik olanları 
S.sonnei  və  S.flexneri  növləridir  (böyük  nozoloji  formalar).  Bunların  xüsusi  çəkisi 
97-99%  təşkil  edir.  Shigella  disenteriae  və  S.  boydii  kiçik  nozoloji  formaların 
törədiciləridir. 
Belə  təsəvvür  yaranıb  ki,  inkişaf  edən  ölkələrdə  Fleksner,  inkişaf  etmiş 
ölkələrdə  isə  Zonnc  şigelyozu  (şəhər  xəstəliyi,  sivilizasiya  xəstəliyi)  yayılıb. 
Azərbaycanda  Fleksner  növü  dövran  edir  (50-80%).  Törədicilərin  vaxtaşırı  dəyişmə 
səbəbi hələ də aydın deyildir. 
Xarici  mühitdə  S.flexneri  və  S.sonnei  növləri  daha  çox  davamlıdırlar. 
S.flexneri  və  S.sonnei  növləri  nəm  torpaqda  3  aya  qədər,  quru  torpaqda  -  15  gün, 
çirkab suda 45 gün, çay suyunda - 3 ay, su kəməri suyunda 1 ay ərzində, alt paltarında 
15-20 gün, buzda 96 gün, əllərin çirkli dərisində 2-3 gün, milçəklərin bədən səthində 
3 gün, bağırsağında 6 gün salamat qalır. S.sonnei süd, xama, kəsmik, kotlet, paştetdə 
artıb çoxalırlar. 60° C-da 10 dəqiqə ərzində, 100° C- də dərhal məhv olurlar. 
Xloraminin 1%-li sulu məhlulu, xlorlu əhəngin 1-2%-li məhlulu, 1%-li fenol, 
lizolun  3%-li  sulu  məhlullarının  təsiri  nəticəsində  dizenteı  iya  mikıobları  10-15 
dəqiqə ərzində məhv olurlar. 
Ultrabənövşəyi şüaların təsirinə qarşı 10 dəqiqəyə qədər, birbaşa düşən günəş 
işığında 30 dəqiqəyə qədər sağ qalırlar. 
İnkubasiya  dövrü  bir  sutkadan  6  günə  qədər  davam  edir,  adətən  2-4  gün 
çəkir. 
İnfeksiya mənbəyi.  Antroponoz bağırsaq infeksiyasıdır. İnfeksi- ya mənbəyi 
xəstə (kəskin və xroniki) və törədicigəzdirənləıdir (rekonvalessent və sağlam). Müasir 
dizenteriyada xəstəliyin kəskin və xüsusən infeksiyanın silinmiş gedişi (90%-ə qədər) 
daha çox epide- mioloji əhəmiyyət daşıyır. Xəstəliyin birinci günündə xəstə daha 
172 
downloaded from KitabYurdu.org


təhlükəli olur, çünki törədicinin xarici mühitə ifrazı daha intensivdir. Ən çox yoluxma 
dizenteriyamn  yüngül silinmiş  formasını (80-90%)  keçirən  xəstələrdən baş  verir. Bu 
xəstələr qida müəssisələrində və uşaqlara xidmət edən şəxslər arasında olduqda daha 
təhlükəlidirlər.  Qeyri-effektiv  müalicə  zamanı  törədicinin  ifrazı  3-4  həftə  çəkir. 
Şigellalarm  ifraz  olunması  effektiv  terapiya  nəticəsində  müalicənin  2-  3-cü  günü 
dayanır. Lakin bəzən bir neçə aya qədər xroniki gedişə malik olur. 
Yoluxma mexanizmi. Digər antroponoz bağırsaq infeksiyaları üçün səciyyəvi 
olan fekal-oral yoluxma mexanizmi ilə həyata keçir. Yoluxmada daha çox iştirak edən 
yoluxma  amilləri  bunlardır:  yeməkdən  əvvəl  termiki  emaldan  keçirilməyən  qida 
məhsulları (xüsusən süd və süd məhsuları: xama, kəsmik), meyvə və tərəvəz. 
Açıq  su  hövzələrinin  suyu  (arx,  çaylar),  su  kəmərinin  suyu,  quyu  suyu  və 
məişət əşyaları, birinci növbədə qab-qacaq və oyuncaqlar da yoluxma amilləri hesab 
olunurlar. 
Zonnc  dizenteriyasının  cpidemiologiyasında  qida  amilinin,  S.boydii 
dizenteriyasının epidemiologiyasında isə su amilinin rolu dəqiq  müəyyən edilmişdir. 
S.disenteriae  ilə  törədilən  dizenteriyada  təmas-məişət  yolu  iştirak  edir.  Xarici  mühit 
amillərinin  (süd,  meyvə)  çirklənməsi  infeksiya  mənbəyindən  (aşbaz,  ofisiantlar, 
satıcılar,  süd  zavodunun  işçiləri)  çirkli  əllər  vasitəsilə,  su  kəmərinə  qarışmış  çirkab 
suları  vasitəsilə,  məişət  əşyalarının  çirklənməsi  xəstənin  çirkli  əlləri  vasitəsilə, 
həmçinin milçəklərlə baş verir. 
Uşaq müəssisələrində yoluxmalar heyət tərəfindən sanitar- gigiyenik qaydalara 
riayət  edilməməsi  zamanı  baş  verir.  Südəmər  uşaqlar  üçün  ana  infeksiya  mənbəyinə 
çevrilə bilər. 
Həssaslıq. Şigellalara həssaslıq çox yüksəkdir. Həssaslıq daha çox uşaq və ahıl 
yaşlılarda  qeyd  olunur.  Sağlam  yaşlılarda  xəstəliyin  gedişi  inapparant  formalarla 
müşahidə  olunur.  Şigelyozların  aktiv  siruklyasiyası  qeyd  olan  yerlərdə  yaşayanlar 
məişət ımmunizasiyası yolu ilə növ və tipospesifik immunitet qazanırlar. Qazanılmış 
məişət və postinfeksion immunitet 2 ildən 14 ilə qədər davam edir. 
Kklinikası  müxtəlifdir.  Müasir  şigelyozlar  üçün  kəskin  başlanğıc,  1-3  gün 
ərzində  temperaturun  yüksəlməsi,  nadir  hallarda  qusma,  sutkada  6-7  dəfə  selikli 
ishalın  olması  səciyyəvidir.  Kolit,  enterit,  qastroenterit  simptomları,  xəstəliyin  orta-
ağır  formalarında  intoksikasiya,  ağır  formalarında  ensefalit  sindromu  ilə 
neyrotoksikoz da müşahidə olunur. 
173 
downloaded from KitabYurdu.org


Epidcmik  prosesin  təzahürləri.  Dizenteıiya  ubikvitar  infeksiya  hesab 
olunur.  Bütün  qitələrdə,  coğrafi  zonalarda,  Arktikadan  tropik  ölkələrə  qədər, 
dünyanın bütün ölkələrində rast gəlir. 
Dizcnteriya ilə 3 yaşa qədər uşaqlar daha çox xəstələnirlər, şəhər əhalisi isə 
kənd  əhalisinə  nisbətən  2-4  dəfə  çox  xəstələnir.  Xəstəlik  hallarının  70-90%-i  yaz-
payız  aylarına  düşür.  Aparıcı  yoluxma  yollarına  uyğun  olaraq  su,  qida,  məişət 
alovlanmaları müşahidə olunur. 
Laborator diaqnostikası. Dizentcriyanın diaqnostikasında ən mühüm üsul - 
bakterioloji  üsuldur.  Törədicilərin  müayinəsi  xəstəliyin  birinci  günündən  başlanır, 
bütün xəstəlik, rekonvalessensiya dövründə və dispanser müşahidə zamanı aparılır. 
Müayinə  materialı  -  nəeis,  selik  və  irin  (qansız),  qusuntu  kütləsi  götürülür.  Bu 
material  olmadıqda  pambıq  tamponlardan  istifadə  edilir  (yoğun  bağırsağın  rektal 
hissəsinə  yeridilir).  Əgər  müayinənin  aparılması  1-2  saat  ərzində  mümkün 
deyildirsə,  onda  materialı  konservantın  içərisinə  yerləşdirirlər.  Xəstənin  yatağı 
yanında materialın əkilməsi daha yaxşıdır. Əkmə üçün baktoaqar, Levin, Ploskiıyov, 
Endo mühiti işlədilir. İlkin cavabı laboratoriya ikinci gün verir, son cavab isə 4 günə 
verilir.  Seroloji  müayinələrdən  AR,  QDHAR,  İFR  istifadə  olunur.  Onların 
nəticələrinin  qiymətləndirilməsi  bakterioloji-klinik  məlumatlar  kompleksində 
aparılır. 
Profilaktik  tədbirlər.  Dizentcriyanın  profilaktikasında  sanitar-  gigiyenik 
tədbirlər əsas rol oynayır. Həmçinin kommunal abadlığın yaxşılaşdırılması, əhalinin 
keyfiyyətli  su  ilə  təmini,  kanalizasiya  sisteminin  inkişafı,  qida  və  uşaq 
müəssisələrində, ictimai iaşə, ərzaq məhsullarının satışında sanitar-gigiyenik rejimin 
gözlənilməsi. 
Müasir  dövrdə  xəstəliyin  yüngül  və  silinmiş  formalarının  çox  olması  ilə 
əlaqədar  əhalinin  sanitar  və  gigiyenik  tərbiyəsi  mühüm  əhəmiyyət  kəsb  edir. 
Xəstəlik baş verdiyi yerlərdə sanitar-maarifi işinə xüsusi fikir verilməlidir. 
BAĞIRSAQ EŞERIXIOZLARI 
Escherichia  cinsinə  aid  olan  törədicilər  tərəfindən  törədilən  xəstəliklərə 
bağırsaq eşerixiozlan deyirlər. Yemək yolunun fəaliyyətinin pozulmasında bağırsaq 
çöplərinin  rolu  haqqında  mülahizələr  hələ  1855-ci  ildə  Escherich  tərəfindən 
mikroblan  ilk  dəfə  əldə  edərkən  yaranmışdır.  Lakin  bütün  sağlam  insanların 
bağırsaqlarında bu mikroblann tapılması 
174 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə