xəstəlikdirlər. Klinik əlamətlərinə görə bunlar biri-birilərindən az fərqlənirlər.
Yayılması. Müasir dövrdə qarın yatalağı və paratiflər dünyanın bütün
ölkələrində rast gəlir. Xəstəlik ən çox İtaliya, Yuqoslaviya, Yunanıstan və
İspaniyada, Amerika qitəsində (ən çox cənubi Amerika ölkələrində), Afrikada,
Misir, Əlcəzair və CAR-da qeyd edilir. MDB-də bu xəstəlik sporadik şəkildə
müxtəlif coğrafi iqlim şəraitində təsadüf edir.
Etiologiyası. Qarın yatalağı və paratiflərin (A, B) törədiciləri
Salmonella
cinsinə aid mikroblardır, bunlar ancaq insan üçün patogendirlər. Paratif B
bakteriyalan heyvanların, xüsusilə ev heyvanlarının (donuzlar, iri və xırda buynuzlu
qaramal, atlar, quşlar) bağırsaqlarında da aşkar edilir. Qarın yatalağı və paratif
bakteriyalan morfoloji cəhətdən oxşardırlar. Qann yatalağı, eləcə də paratif A və B
bakteriyalan 1-3x0,5-0,6 mkm ölçüdə olub, görünüşlərinə görə bağırsaq çöplərindən
fərqlənirlər. Bunların hamısı Qram-mənfi, hərəkətli, sporsuz, kapsulsuz, fakültativ
anaerobdurlar, adi qidalı mühitlərdə 37°C hərarətdə yaxşı bitirlər. Onlar bir-
birlərindən kultural, biokimyəvi və antigen xassələrinə görə fərqlənirlər. Onları
dəqiq fərqləndirmək üçün monoreseptorlu adsorbsiya edilmiş zərdablardan və
faqotipləşdirmə üsulundan istifadə edilir. Qarın yatalağı və paratif bakteriyalarınm
somatik (termostabil) O-antigeni, qamçı (termolabil) H-antigeni və Vi- antigeni
(virulentlik antigeni) vardır. Hazırda qarın yatalağının 100 faqotipi məlumdur.
Faqotipləşdirmənin böyük epidemioloji əhəmiyyəti var, onun vasitəsilə infeksiya
mənbəyi ilə epidemioloji əlaqə aydınlaşdırılır. Qann yatalağı və paratif bakteriyalan
ekzotoksin
hasil etmirlər, parçalananda onlardan endoksin aynlır.
Bakteriyalar xarici mühitdə davamlılıq göstərirlər. Torpaqda onun
tərkibindən, rütubətdən, temperaturdan, Ph və c. asılı olaraq bir neçə gündən 2-3
aya, nəcisdə 1-3 gündən bir neçə həftəyə, suda bir neçə gündən 2 həftəyə qədər, su
hövzəsinin lilində bir neçə ay, buzda bütün qışı, ərzaq məhsullarında onlann Ph-dan
asılı olaraq bir neçə saatdan bir neçə həftəyə qədər, məişət əşyalarında bir neçə
saatdan bir neçə günə qədər salamat qalırlar. Dezinfeksiyaedici maddələrə qarşı
həssasdırlar. Karbol turşusu, xlorlu əhəng, xloramin və s. təsirindən bir neçə dəqiqə
ərzində məhv olurlar. Suyun bir litrində aktiv xlorun miqdarı 0,5-1 mq-a çatdıqda
bu bakteriyalar təmamilə məhv olur.
Xəstəliyin patogenezi. Xəstəliyin törədiciləri orqanizmə qida və su vasitəsilə
həzm yolundan daxil olurlar. Xarici mühitə isə ifrazatla (nəcis və
163
downloaded from KitabYurdu.org