Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə53/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   117

pcı*sistensiyası  zamanı  infeksiyanın  əsas  fonnalaıı  təyin  edilə  bilər,  latent  (virusun 
simptomsuz persistensiyası, bu zaman virusun reproduksiyasının lam sikli pozulur və 
o, sahibin hüceyrələrində subvirus struktuıian şəklində qalın belə hesab olunur ki, o, 
ətraf  mühitə  xaric  edildikdə  yetkin  virusun  reproduksiyası  baş  verə  bilər);  ya  da 
xronik (virusun persistensiyası uzun müddət ərzində xəstəliyin İdinik simptomalikası 
ilə  manifestləşir).  Ləng  virus  infeksiyasının  inkişaf  etməsi  mümkündür  ki,  bu  da 
uzunmüddətli  inkubasiya  dövrü  (aylar  və  illər)  və  yavaş  gedişi,  ağır  klinik 
simpomlann  inkişaf  etməsi  və  xəstənin  ölümü  ilə  səciyyələnir.  Orqanizmdə  virusun 
qısamüddətli və uzunmüddətli (persistensiya) yaşama formalaıı çox vaxt bir-birilə sıx 
bağlıdır - infeksiyanın bii' forması digərinə keçir. 
SMVT-nin inkişafının başlıca mərhələləri bunlardır dərinin və selikli qişaların 
birincili  infeksiyası,  qanqliyalann  «kolonizasiyalaşması»  və  kəskin  infeksiyası, 
sonradan  latentliyin  inkişaf  etməsi  -  bu  zaman  yalnız  neyronlann  nüvələrində  olan 
virus  DNT-si  infeksiyanın  mövcud  olmasını  sübut  edir.  Kəskin  mərhələ  başa 
çatdıqdan  soma  SMVI  hissi  qanqliyalarda  daha  aşkar  edilinir,  infeksiyanın  kəskin 
mərhələdən (bu zaman virusu qanqliyalann homoqenallarında aşkar etmək mümkün 
deyildir) latent mərhələyə keçməsi mexanizmi hələlik aydınlaşdınlmayıhdır. Bu keçid 
immun amillərin yaranmasına müvafiq gəlir: sahibin immun reaksiyası vinısun dəridə 
reproduksiyasını azaldır, siqnalı yox edir və qanqliyanın hüceyrələri qeyri-peımessiv 
olurlar, yəni infeksiyanın latent mərhələsi inkişaf edir. 
   _____ _• 
Əvvəllər SMVI keçirmiş insanlann qanqliyalannda SMVT-nin aşkar edilməsi 
infeksiyanın reaklivasiyasını təsdiqləyir ki, o da həm simptomsuz sürə bilər, həm də 
dəri  və  .selikli  qişalann  zədələnmələri  ilə  inkişaf  edə  bilər.  Provokasiya  amillərinin 
təsiri altında hüceyrə və SMVİ arasında tarazlığın pozulması virusun replikasiyasının 
sürətlənməsinə  gətirib  çıxanr  ki,  bu  da  klinik  olaraq  xəstəliyin  kəskinləşməsi  kimi 
təzahür  edil'.  SMVİ-nin  ıcinfeksiyası  bir  neçə  dəfə,  həm  məhdud  (monoinfeksiya), 
həm  də  digər  infeksiyalann  fonunda  (mikst-infeksiya)  baş  veıə  bilər.  Xəstəliyin 
alovlanması  zamanı  (ağrılı  hallann  pisləşməsi)  xəstəliyin  klinik  əlamətləri,  məsələn, 
dəridə  səpkilər  meydana  çıxır,  ona  görə  də,  xəstəliyin  diaqnozunun  laborator 
təsdiqlənməsi  tələb  olunmur.  Əksinə,  residivləşən  SMVI  çox  vaxt  klinik  nəzərə 
çarpmayan əlamətlərlə baş verir. 
160 
downloaded from KitabYurdu.org


BAĞIRSAQ QRUPU INFEKSIY AL ARININ ÜMUMİ 
XARAKTERİSTİKASI 
Bu  qrup  infcksiyalar  üçün  fekal-oral  yoluxma  mexanizmi  səciyəvvidir. 
Yoluxmanın  fekal-oral  mexanizmi  törədicilərin  bağırsaqda  lokalizasiyası  ilə 
xarakterizə olunur. Törədicinin yoluxmuş orqanizmdən xaric edilməsi defekasiyası 
aktı  ilə  əlaqədardır  (I  mərhələ).  Törədicinin  orqanizmə  daxil  olması  bilavasitə 
ağızdan  başlayır  (ıı  mərhələ).  Yoluxmanın  fekal-oral  mexanizminin  II  mərhələsi 
həmişə aydın nəzərə çarpmır. 
Yoluxma yollan konkret olaraq 3 tipə bölünür: 1. Təmas-məişət; 2. Qida; 3. 
Su. Qida və su yollarını da son amillərə görə bölürlər. 
Qida və su zəhərlənmələrinin variantları çoxcəhətlidir və virulent törədicinin 
qidaya  və  suya  düşmə  mexanizmindən  asılıdır.  Törədicilərin  qidaya  düşməsi 
zamanı  əsas  aralıq  amillərə  milçəklər,  su,  əllər  və  məişət  əşyalarını  misal 
göstərmək  olar.  Suyun  çirklənməsi  də  çoxcəhətli  olub  törədicilərin  suya  düşməsi 
şəraitindən  asılıdır.  Məişət-tomas  yolu  ilə  yoluxma  əsasən  uşaq  kollektivində  və 
ailələrdə rast gəlir. 
Fekal-oral  yolla  yoluxma  mexanizminin  aktivliyindən  asılı  olaraq 
xəstəlikləri  2  qrupa  bölmək  olar:  l.Poliomielit,  A  viruslu  hepatiti,  Zonne 
dizenleriyası  və  s.  törədicilərini  yüksək  aktivlikii  təmas-məişət  yoluxmasına  aid 
etmək olar. Bu halda insanların yoluxmasına uşaq yaşlarında rast gəlinir. 2. Qarın 
yatalağı, Fleksner dizenteriyası, vəba, E viruslu hepatiti və Norvolk qrupundan olan 
törədicilər  üçün  yoluxmanın  əsasən  qida  və  su  yolları  xarakterikdir,  daha  çox 
böyüklərdə rast gəlinir. 
İnfeksion  prosesin  inkişaf  strukturu  bu  və  ya  digər  infek-  siyalarda 
müxtəlifdir.  Bağırsaq  infeksiyası  törədicilərinin  müxtəlif  növləri  yüksək  seçici 
təsirləri  ilə  xarakterizə  olunurlar.  Belə  ki,  vəbanın  törədicisi  nazik  bağırsağın 
boşluğunda çoxalır. Fleksner və Zonne dizenteriyası törədiciləri yoğun bağırsağın 
selikli  qişasında  çoxalır,  qarın  yatalağı  törədiciləri  qan  və  öd  yollarının  bağırsaq 
boşluğuna  keçdiyi  yerdə  limfa  düyünlərində,  A  viruslu  hepatitinin  törədiciləri 
qaraciyər hüceyrələrinin öd axacaqlarına açıldığı yerlərdə çoxalırlar. 
Enteroviruslar (poliomielit, ECHO, Koksaki) təkcə bağırsaqlarda deyil, həm 
də yuxarı tənəffüs yollarında da lokalizasiya oluna bilər. Bütün bunlar göstərir ki, 
epidemioloji xarakterinə görə fekal- 
161 
downloaded from KitabYurdu.org


oral  mexanizmlə  yayılan  bülün  infeksion  xəstəliklərin  törədicilərinin  lokalizasiyası 
müxtəlifdir. 
Epidemik  prosesin  daxili  tənzimləmə  mexanizmi  infeksion-  immunoloji 
qarşılıqlı təsirin əsasında, xüsusən yoluxmanın fekal oral mexanizmi sayəsində yerinə 
yetirilir.  Törədicilərin  ətraf  mühitdə  dövranında  qida,  su  və  milçəklərlə  yayılan 
yoluxma amilləri özlərini daha aydın biruzə verirlər. Vəbanın timsalında göstərilir ki, 
törədici populyasiyasının yenidən inkişafında xarici mühit amilləri böyük rol oynaya 
bilər. 
Xəstəlik  törədicilərinin  fekal-oral  mexanizminin  baş  verməsi  konkret  olaraq 
sosial  və  təbii  amillərlə  əlaqələndirilir.  Epidemik  prosesin  inkişafında  bağırsaq 
antroponozlarının  da  təsiri  böyükdür.  Əhalinin  sanitariya  mədəniyyəti  aşağı  olması 
da törədicilərin fekal- oral yoluxma mexanizmi ilə ötürülməsini daha da aktivləşdirir. 
Sosial amillərin konkret elementlərinə bunlar aiddir: 
1.
 
Təmizləmə sistemi və natəmizliyin kənar edilməsi. 
2.
 
Ümumi  kommunal  şərait,  buraya  əsasən  milçəklərin  və  onların  təmasda 
olduğu əşyaların yerləşdiyi yerlər aiddir. 
3.
 
Su təchizatı idarələri (su kəməri, fekal çirklənmə ehtimalı olan su mənbələri, 
suyun  zərərləşdirilməsi  idarələri,  suyun  keyfiyyəti  üzərində  nəzarət  aparılan 
yerlər və s.). 
4.
 
Qidalanmanın təşkili, meyvələrin (milçəklərlə), tərəvəzlərin (əkin sahələrində) 
fekal çirklənmə ehtimalı, qida məhsullarına (süd, çörək) və ya xəstə adamların 
qablarından törədicilərin ötürülmə ehtimalı. 
5.
 
Sanitariya  mədəniyyətinin  səviyyəsi  və  şəxsi  gigiyena  qaydalarına  riayət 
olunması.  Havanın  temperaturu  və  rütubəti  milçəklərin  fəaliyyətinin 
aktivliyinə  və  ayaqyolularda  çoxalma  tezliyinə  təsir  edir.  Hazırda  analoji 
olaraq  effektiv  profilaktika  üsulları  müzakirə  edilir  ki,  burada  da  əsas  yeri 
törədicilərin fekal-oral yoluxma mexanizmi ilə yayılan infeksiyalar tutıır. 
QARIN YATALAĞI, PARATIF A VƏ B 
Qarın  yatalağı  (typhus abdominalis),  paratif  A  (paratyphus abdominalis  A)  və 
paratif  B  {paratyphus  abdominalis  B)  yüksək  hərarət,  orqanizmin  ümumi 
intoksikasiyası,  bakteriemiya,  limfatik  aparatın,  başlıca  olaraq  nazik  bağırsaqların 
zədələnməsi  və  bəzi  hallarda  uzun  müddətli  bakteriya  gəzdirmə  ilə  səciyyələnən 
kəskin yoluxucu 
162 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə