Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə50/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   117

Laborator diaqnostikası.  Göyöskürəyin laborator diaqnostikası bakterioloji 
və  seroloji  üsullardan  istifadə  etməklə  aparılır.  Bakterioloji  üsulda  xəstədən  alman 
materialı  (bəlğəm,  burun  axıntısı)  müvafiq  qidalı  mühitə  (qanlı-qliserinli-kartoflu; 
kömürlü kazein və şokolad aqarları) əkərək mikrobun təmiz kulturası almır. Əkilən 
mühitlər 3-4 gün 37°C hərarətdə saxlanılır. Şübhəli koloniyalardan yaxma, həm də 
şüşə  üzərində  təxmini  aqqlutinasiya  qoymaq  üçün  emulsiya  hazırlanır.  Əgər 
mikroskop  altında  kiçik  kokvari  Qram-mənfi  çöplər  görünərsə,  eləcə  də  spesifik 
zərdabla  təxmini  aqqlutinasiya  müsbət  nəticə  verərsə,  xəstəliyin  diaqnozu  təsdiq 
edilir. Mikrobu başqa floradan fərqləndirmək üçün immun flüoressensiya üsulundan 
istifadə  etmək  məsləhət  görülür.  Bakterioloji  üsulla  göy  öskürək  çöpləri  ən  çox 
xəstəliyin kataral dövrü və öskürək tutması başlandıqdan sonra birinci həftə ərzində 
əldə edilir. 
Bu  dövrdə  də  qanda  aqqlutininlər  əmələ  gəlir,  ona  görə  də  aqqlutinasiya 
reaksiyası xəstəliyin 2-3-cü həftəsində 1:40 və yüksək titrdə qoyulur. 
Xəstəliyin  2-ci  həftəsində  komplementi  birləşdirən  əkscisimlər  yaranır,  bu 
vaxtdan  komplementin  birləşmə  reaksiyası  qoyulur,  1:10  və  yüksək  titrdə  müsbət 
nəticə diaqnostik hesab edilir. 
Qeyri-həqiqi (yalançı) göyöskürək 
Qeyri-həqiqi göyöskürək  xəstəliyi həqiqi göyöskürəyi xatırladır, ancaq  ona 
nisbətən  yüngül  keçir.  Bu  xəstəliyin  törədicisi  B.paraperiussis-dn.  Qeyri-həqiqi 
göyöskürəyin  törədicisi  Qram-mənfı  1-  2  mkm  uzunluğunda  hərəkətsiz,  sporsuz, 
kapsulsuz  çöplərdir.  Aerob  olub  adi  qidalı  mühitlərdə  yaxşı  bitir,  bərk  mühitdə 
özündən  qəhvəyi  piqment  ifraz  edərək  mühiti  rəngləyir.  Fermentativ  aktivliyi 
etibarilə də göyöskürək çöplərindən fərqlənirlər. Onlar tirozini və karbamidi parça-
layırlar,  katalaza,  hialuronidaza  və  plazmokoaqulaza  fermentləri  əmələ  gətirirlər. 
Qanlı aqarda göyöskürək çöplərinə nisbətən (3-4 gün) çox tez hemoliz verirlər (4-6 
saat).  Göyöskürək  çöplərilə  ümumi  oxşar  termolabil  və  termostabil  antigeni  var. 
Ümumi antigenin olması göyöskürəyin seroloji fərqləndirilməsini çətinləşdirir. 
Qeyri-həqiqi  göyöskürək  göy  öskürəyə  nisbətən  50  dəfə  az  təsadüf  edir. 
Törədici  alınan  xəstələrin  20%-də  törədicigəzdirənlik  halı  ola  bilər.  Epidemiya 
əleyhinə tədbirlər göyöskürəkdə olduğu kimidir. 
151 
downloaded from KitabYurdu.org


MƏXMƏRƏK 
Məxmərək - kəskin yoluxucu xəstəlik olub qızılcayabənzər səpkilərlə, yuxan 
tənəffüs yollarında cüzi kataral əlamətlərlə və periferik limfa vəzlərinin böyüməsi ilə 
səciyylənir. Məxmərəyin törədicisi - RNT tərkibli virusdur. Miksoviruslar qrupuna 
daxildir,  1938-ci  ildə  J.  Hiro  və  S.  Tasaka  tərəfindən  aşkar  edilmişdir.  Məxmərək 
virusu  toyuq  embrionunun  xorionallantois  qişasında  becərilir,  ətraf  mühitdə 
davamsızdır. 
Məxmərəyə  qarşı  uşaqların  həssaslığı  yüksəkdir,  lakin  qızılcaya  nisbətən 
aşağıdır.  Əsas  etibarilə  1  yaşdan  7  yaşa  qədər  uşaqlar  xəstələnirlər.  6  aylıq  uşaqlar 
anadangəlmə  immunitetin  hesabına  çox  nadir  hallarda  xəstələnirlər.  Əgər  ana 
məxmərək keçirməmişsə, onda uşaq istənilən yaşda xəstələnə bilər. 
Anadangəlmə  məxmərək  hallan  da  təsadüf  edir.  Hamilə  qadınların 
məxmərəklə  xəstələnməsi  xüsusilə  təhlükəlidir,  çünki  xəstəlik  hamiləliyin  ilk  3  ayı 
ərzində  uşağın  anadangəlmə  inkişaf  qüsurlarının  və  eybəcərliklərin  (katarakta, 
mikroftalmiya, mikrosefaliya, ürək qüsurları və s.) səbəbkarına çevrilə bilər. 
İnfeksiya mənbəyi - xəstədir, yoluxma hava-damcı yolu ilə baş verir. Xəstə 
praktik  olaraq  xəstəliyin  klinik  simptomları  üzə  çıxdıqdan  sonra  və  səpkinin 
başlanğıcından 5 gün ərzində yoluxdurucu sayılır. Lakin təsdiq olunmuşqdur ki, virus 
səpkinin yaranmasından bir neçə gün əvvəl əmələ gələ bilər və 2 həftə və daha çox 
ifraz olunmaqda davam edir. Keçirilmiş xəstəlikdən sonra davamlı immunitet inkişaf 
edir. 
Yuxarı  tənəffüs  yollarının  selikli  qişasından  orqanizmə  daxil  olaraq, 
məxmərək virusu qana düşür və qanda virusun sirkulyasiyasına cavab reaksiyası kimi 
spesifik  hematoloji  dəiyşikliklər  və  limfa  toxumasının  xarakterik  zədələnmələri  baş 
verir. 
Virus,  çox  güman  ki,  embrional  toxumaya  qarşı  tropizmo  malikdir. 
Hamiləliyin ilk aylarında məxmərək keçirmiş qadınlarda dölün anadangəlmə inkişaf 
qüsurlarının  əmələ  gəlməsini  bununla  izah  etmək  olar.  Məxmərək  zamanı  patoloji-
anatomik dəiyşikliklər öyrənilməmişdir. İnkubasiya dövrü 15 gündən 24 günə qədər 
davam edir, xəstəlik çox vaxt təmasdan 16-18 gün sonra başlanır. 
Klinikası.  Səpki  birinci  simptom  sayılır,  belə  ki,  məxmərəyin  digər 
əlamətləri,  bir  qayda  olaraq,  zəifdir,  xəstənin  ümumi  vəziyyəti  az  pozulur.  Bədən 
temperaturu nadir hallarda 38°C-yə qədər yük- 
152 
downloaded from KitabYurdu.org


səlir,  çox  vaxt  o,  subfcbril  olaraq  qalır.  Bəzən  bütün  xəstəliyin  axırına  qədər 
temperatur  yüksəlmir.  Uşaqda  bir  qədər  əzginlik,  halsızlıq  müşahidə  olunur,  böyük 
yaşlı uşaqlar və böyüklər bəzən baş ağrısından şikayətlənirlər. 
Səpki əvvəlcə sifətdə əmələ gəlir, sonra isə bir neçə saat ərzində bədənin hər 
yerinə yayılır. O, əsas etibarilə ətrafların açıcı səthlərində, oynaqların ətrafında, beldə 
və  sağrı  nahiyəsində  yerləşir.  Səpki  çəhrayı  rəngdədir.  Dəyişməmiş  dəri  fonunda 
ekzantema  əmələ  gəlir.  Məxmərək  səpkisi  qızılca  səpkisinə  nisbtən  xeyli  xırdadır. 
Səpkinin  ayrı-ayrı  elementlərinin  birləşməsi  meyli  müşahidə  edilmir.  Yalnız  bəzi 
xəstələrdə daha böyük səpki elementləri qeyd olunur, lakin bu hallarda da ekzantema 
qızıca  ekzantcmasından  onunla  kəskin  fərqlənir  ki,  ayrı-ayrı  səpki  elementlərinin 
ölçüsü  təqribən  eynidir  və  onlar  böyük  və  oval  formaya  malikdirlər.  Məxmərək 
zamanı səpki çox vaxt azdır, bəzən solğun-çəhıayı rəngdə cəmi bir neçə xırda səpki 
elementləri olur. Səpki 2-3 gün qalır, sonra tez itir, piqmentasiya, qabıqvermə olmur. 
Tənəffüs  yolları  tərəfindən  kataıal  əlamətlər  yüngül  zökəm  və  öskürək 
şəklində, adətən səpki ilə bir vaxtda meydana çıxır. Bəzən kataral əlamətlər səpkidən 
1-2  gün  əvvəl  qeyd  olunur.  Məxmərək  zamanı  konyunktivit  çox  zəif  nəzərə  çarpır, 
sklcra və konyunktivaııın damarlarının yüngül inyeksiyası müşahidə olunur. 
Damağın  yüngül  hiperemiyası  və  badamcıqların  yumşaq  olması  müşahidə 
edilir. Məxmərək üçün ağzın selikli qişasında sancaq başı böyüklüyündə kiçik və ya 
bir qədər iri qırmızı ləkələr şəklində enantemanın olması səciyyəvidir. Ağzın selikli 
qişasında  enantema  dəridə  səpkinin  yaranmasından  əvvəl  müşahidə  oluna  bilər. 
Belski- Filatov-Koplik simptomu nəzərə çarpmır. 
Məxmərəyin  patoqnomik  simplomu  -  periferik,  xüsusilə  də  ənsə  və 
boyunarxası limfa düyünlərinin böyüməsidir. Limfa düyünləri iri noxud və ya paxla 
böyüklüyündədir,  bəzən  palpasiya  zamanı  bir  qədər  ağrılıdır.  Limfa  düyünlərinin 
böyüməsi səpki meydana çıxana qədər əmələ gəlir və səpki itdikdən sonra bir müddət 
qalır. 
Məxmərəyin diaqnozunu HALR vasitəsilə retrospektiv təsdiq etmək olar ki, 
o  da 10 gün  intcrvalla götürülmüş  cüt  zərdablarla  qoyulur. Bu zaman  əkscisimlərin 
fitrinin 4 dəfə və daha çox artması diaqnostik meyar sayılır. 
Bəzən  məxmərəyi  dərman  səpkilərindən,  zərdab  səpkisindən,  enterovirus 
ekzantemasından diferensiasya etmək lazım gəlir. Bu 
153 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə