Peyvənd olunmamış uşaqlarda göyöskürək xəstəliyi tədricən inkişaf edir,
yüksək inkişaf dövrünə 2-3-cü həftədə çatır. Xəstəliyin gedişi dövrü davam edir,
onu 4 dövrə ayırmaq olar:
1.
Inkubasiya dövrü orta hesabla 5-8, bəzi hallarda isə 14-18 gün çəkir.
Həyatının ilk aylarında göyöskürəklə xəstələnən uşaqlarda bu dövr 2-3 günə kimi
qısalır. Bu dövrdə xəstənin heç bir şikayəti olmur.
2.
Kataral dövr - bu dövr 12-15 gün çəkir (südəmər uşaqlarda 3-5 gün); bu
zaman xəstələrdə öskürmə, bəzən zökəm, hərarətin bir qədər yüksəlməsi (axşam və
gecə vaxtı) qeyd edilir.
3.
Spazmatik öskürək dövrü. Bu dövrdə xəstədə öskürək tutmaları başlayır,
əvvəl gündə 5-6 dəfə, sonralar isə bunların sayı 50-60 dəfəyə çatır, bu vəziyyət 3-4
həftə çəkir. Öskürək zamanı xəstənin başına qan toplanması, gözündən yaş axma,
qusma, bəzən özündən asılı olmayaraq sidik və nəcis ifrazı qeyd edilir. Xəstələrin
sklerasına qansızma və dilinin altında yaralar əmələ gəlir. Şiddətli öskürək tutmaları
nəticəsində uşaqların sifəti və bədənləri bir qədər şişib göyərir. Elə buna görə də
xəstəliyə göyöskürək adı verilmişdir. Xəstəlik ağır keçən hallarda asfıksiya
(boğulma) nəticəsində tənəffüs dayanır və ölüm baş verir.
4.
Xəstəliyin sönmə dövrü. Bu dövr 1-3 həftə çəkir. Bu dövrdə öskürək
tutma əlamətini itirir, öskürək zamanı qusma kəsilir, xəstənin iştahası artır, ümumi
vəziyyəti yaxşılaşır.
Keçirilmiş xəstəlikdən sonra xəstədə möhkəm və uzun müddətli immunitet
yaranır. Xəstəliyin klassik forması ilə yanaşı, çox vaxt onun yüngül keçən səthi
formaları da qeyd edilir. Buna çox vaxt profilaktik peyvənd almış uşaqlarda təsadüf
edilir. Xəstəlik keçirmiş uşaqların qamnda aqlutinin, presipitin və komplementləri
birləşdirən əkscisimlər yaranır..
İnfeksiya mənbəyi. Göyöskürəkdə infeksiya mənbəyi xəstə insandır. Xəstə
klinik əlamətlər başlanan vaxtdan (bəzən inkubasiya dövrünün axırıncı
iki günündən
başlayaraq) yoluxucudur. Yoluxma təhlükəsinin səviyyəsi xəstəliyin dövrlərindən
asılıdır. Xəstəliyin başlanğıcında kliniki əlamətlər başqa mənşəli yuxarı tənəffüs
yollarının iltihabı, bronxit və traxeitlərə oxşadığından göyöskürək diaqnozunun
qoyulması çətinlik törədir.
Bununla yanaşı, xəstəliyin kataral dövründə xəstələrin 70-100%-də laborator
yolla törədicini aşkar etmək olur. Tutma ilə baş verən öskürək başlanan andan 2
həftəyə qədər müddətdə xəstələr çox yoluxucudurlar. Bu dövrdə 60-70% xəstələrdə
törədicini əldə etmək mümkündür.
147
downloaded from KitabYurdu.org