Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə2/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   117

mln.-u,  hal-hazırda  isə  ildə  42  mln.-dan  yalnız  1  mln.-u  məhv  olur.  Planlı  şəkildə 
aparılan  profilaktik  tədbirlərin  sayəsində  poliomiclit,  drakunkulyoz  (rişta) 
xəstəliklərinin  tam  ləğv  olunması  və  artıq  ciddi  problem  yaratmayan  cüzam  ilə 
mübarizə  məsələləri  reallaşmışdır.  Keçmişdə  geniş  yayılan  taun,  vəba,  təbii  çiçək, 
səpgili və qarın yatalağı, difteriya, malyariya, qrip və digər xəstəliklərin pandemiya 
və  epidemiyası  keçən  minillikdə  yüz  milyonlarla  insanların  ölümünə  səbəb 
olmuşdur. XX əsrin əvvəlində yüksək xəstələnmə səviyyəsində ölüm halları taunda - 
65-100%, vəbada - 45%, səpgili və qarın yatalağında - 25-40% təşkil etmişdir. 
Lakin  xəstəliklərin  diaqnostikası  və  müalicəsində  əldə  olunan 
müvəffəqiyyətlərə  baxmayaraq,  infeksion  xəstəliklər  insanın  mühüm  patologiyası 
olaraq  qalmaqdadır:  həkimə  müraciət  edən  hər  ikinci  pasiyent  -  yoluxucu 
xəstəliklərlə  yoluxmuş  şəxslərdir,  sahə  pediatrlarının  pasiyentlərinin  70%-i 
yoluxucu xəstəliklərdən əziyyət çəkən uşaqlardır. 
Yoluxucu xəstəliklərin mənfi təsiri xüsusən müharibə dövründə, təbii fəlakət 
və iqtisadi böhranlar zamanı daha qabarıq təzahür edir. Belə ki, 1980-1988-ci illərdə 
Əfqanıstanda  olan  sovet  ordusunun  əsgərlərinin  infeksion  xəstəliklərdən  itkiləri 
sanitar  itkilərin  tam  yarısını  təşkil  etmişdir.  XX  əsrdə  80-ci  illərin  sonu  -  90-cı 
illərin  əvvəlində  Rusiyada  məlum  hadisələrlə  bağlı  sosial-iqtisadi  sarsıntılardan 
sonra  daha  bir  epidemioloji  problem  olan  -  difteriyanın  yenidən  alovlanması  baş 
verdi ki, bu da Avropada qeydə alınan difteriyanın 80%-ni təşkil etmişdir. 
Son  illər  həm  yeni  aşkar  edilən,  həm  köhnə  yaxşı  öyrənilmiş  infeksion 
patologiyaların  misli  görünməyən  fəallaşması  müşahidə  edilir.  Belə  ki,  infeksion 
xəstəliklərin siyahısı əvvəllər məlum olmayan xəstəliklər (Lass, Ebol, Marburg virus 
qızdırmaları,  cnterotoksik  və  enterohemorragik  cşcrixozlar,  yersinyoz,  İİV-
infcksiya,  kampilobak-  terioz,  bir  sıra  virus  bağırsaq  xəstəlikləri,  C,  D,  E,  F  və  G 
viruslu hepatitloıi, legionelyoz, borrelioz, insanların pıionla törənən və heyvanların 
sinir sisteminin xəstəlikləri, xantavirus ağciyər sindromu və s.), eyni zamanda qeyri-
infeksion etiologiyalı xəstəliklərin (xroniki hepatit, xora xəstəliyi, Bcrket limfoması, 
Kapoşi sarkoması, T- hüceyrəli leykoz və digər şişlər) hesabına daima artmaqdadır. 
Həmçinin  son  illər  immunçatmamazlığa  məruz  qalan  və  xəstəxa-  nadaxili  şəraitdə 
yoluxan  pasiyentlərdə  şorti-patogen  törədicilərin  rolu  artır:  bunlardan  herpetik  və 
sitomeqalovirus infeksiyaları, 

downloaded from KitabYurdu.org


pnevmosistozu,  mikoplazmozu,  xlamidiozıı,  toksoplazmozu,  kandi-  dozu  misal 
göstərmək olar. 
Hazırda  infeksion  xəstəliklərin  səviyyəsinin  sürətlə  artması  müşahidə  olunur, 
onun inkişaf templəri artıq minilliklərlə deyil, 

onilliklərlə  ölçülür.  Bu  isə  V.I.Pokrovski  və  başq.  (1993)  tərəfindən  «Epidemik 
prosesin müasn* inkişaf anlayışını» irəli sürməyə əsas vermişdir. Onilliklər ərzində bir 
çox  infcksiyaların  kliniki  və  epidemioloji  aşkarlanması  bu  xəstəliklər  üzrə  əvvəllər 
mövcud  olan  təsəvvürləri  xeyli  dəyişmişdir.  Belə  ki,  müxtəlif  etiologiyalı  xroniki 
xəstəliklərin  yayılması  sürətlə  baş  verir.  İnfeksion  mənşəli  və  ilk  növbədə  prion 
ensefalopatiya xüsusi aktuallıq kəsb edir. 
Yeni minilliyə bəşəriyyət İİV- infcksiyasının davam edən pandemiyası, vərəm, 
malyariya  və  cinsi  yolla  yayılan  xəstəliklərin  artması  şəraitində  daxil  olmuşdur. 
Həmçinin  kəskin  respirator  virus  infeksiyalan  əsas  problem  olaraq  qalır,  belə  ki, 
infeksion  xəstəliklərin  90%-i  bunların  payına  düşür,  ikinci  yerdə  isə  hər  il  planetin 
milyarddan çox sakininin düçar olduğu kəskin bağırsaq infcksiyaları durur. Beləliklə, 
infeksion xəstəliklər əvvəlki kimi insan patologiyasında əsas yerlərdən birini tutur. 

downloaded from KitabYurdu.org


Epidemilogiya kafedrasının tarixindən 
ATU-nun  epidemiologiya  kafedrası  1943-cü  ildə  məhşur  epide-  mioloq, 
professor  İ.Ə.Axundov  tərəfindən  sanitariya-gigiyena  fakültəsinin  nəzdində  təşkil 
olunmuşdur.  Kafedra  bir  müddət  Malyariya  və  tibbi  parazitologiya  institutunun 
bazasında yerləşmişdir. 
Yarandığı ilk illərdə kafedranın ştatı 2 nəfər akademik işçidən ibarət olmuşdur 
ki,  onlar  sanitariya-gigiyena  fakültəsində  həm  azərbaycan,  həm  də  rus  dillərində 
epidemilogiya fənnini tədris edirdilər. Onlardan biri professor ismayıl Əbdülxalıq oğlu 
Axundov, digəri isə assistent Məmmədhəsən Məmədhüseyn oğlu Axundov idi. 
I.Axundov Almaniyada Münhen tibb institutunda təhsilini başa vurduqdan sonra 
orada  doktorluq  müdafiəsi  edərərk  vətənə  qayıtmış,  görkəmli  alim-epidemioloq, 
malyarioloq və entemoloq kimi Azərbaycanda o zamanlar geniş yayılmış malyariya ilə 
mübarizə  işində  fəal  iştirak  etmişdir.  Professor  I.Axundovun  40-dan  artıq  elmi  işinin 
əksəriyyəti,  o  cümlədən  monoqrafiyası  məhz  malyariya  probleminə  həsr  olunmuşdur. 
O,  elmi-pedaqoji  fəaliyyətlə  məşğul  olaraq,  zəngin  bilik  və  bacarığını  respublikada 
tibbi kadrların hazırlanması işinə sərf etmişdir. Belə ki, 1931-ci ildən 1942-ci ilə qədər 
Azərbaycan  Tibb  İnstitutunun  ölkə  patologiyası  kafedrasının  dosenti  vəzifəsində 
işləmiş,  eyni  zamanda  1939-1940-cı  illərdə  Azərbaycan  Həkimləri  Təkmilləşdirmə 
institutunun tropik xəstəlikləri kafedrasına rəhbərlik etmişdir. 
N.Nərimanov adma  Azərbaycan Tibb institutunda epidemiologiya kafedrasının 
təşkilatçısı olan İ.Axundov kafedra yarandığı vaxtdan - 1943-cü ildən ömrünün sonuna 
- 1952-ci ilə qədər ona rəhbərlik etmişdir. 
Professor  Axundovla  birlikdə  1943-cü  ildən  3948-ci  ilə  qədər  kafedrada 
assistent  vəzifəsində  işləyən  M.Axundov  və  1945-ci  ildən  1948-  ci  ilə  qədər  işləyən 
Salar  Ağarəfi  oğlu  İmaməliyev  sonralar  tibb  elmləri  doktoru,  qabaqcıl  səhiyyə 
təşkilatçıları, Azərbaycan Taun əleyhinə stansiyanın və Epidemiologiya, mikrobilogiya 
və  gigiyena  institutunun  rəhbərləri  olmuşlar.  1945-ci  ildən  assistent  kimi  fəaliyyətə 
başlayan Tağı Ələkbər oğlu Tağızadə isə ömrünün sonuna qədər kafedrada çalışmışdır. 
Professor İ.Axundovun faciəli vəfatından sonra kafedraya 1952-ci ildən 1964-cü 
ilə qədər professor Pyotr Petroviç Popov rəhbərlik etmişdir. O, kafedra müdiri olmaqla 
yanaşı,  eyni  zamanda  Malyariya  və  Tropik  təbabət  institutunun  direktoru  vəzifəsini 
daşımışdır. Bu dövrdə kafedrada 2 assistent - T.Ə.Tağızadə və Ə.S.Mərdanlı, həmçinin 
2 aspirant - 

downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə