Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə8/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   117

malyariya  parazitinin  məhv  edilməsi  hələlik  mümkün  olmamışdır.  Hazırda  tropik 
və  subtropik  ərazilərdə  ÜST-ün  malyariyanın  qarşısını  almaq  proqramı  geniş 
miqyasda yerinə yetirilir. 
Müasir  dövrdə  bir  çox  təhlükəli  yoluxucu  xəstəliklərin  (vəba,  taun,  viruslu 
gənə ensefaliti və s.) ləğv edilməsi mümkündür, ancaq onun həyata keçirilməsi bir 
çox  dünya  ölkələrinin  iştirakı  və  ÜST-ün  rəhbərliyi  altında  aparılarsa,  müəyyən 
müddətdə buna nail olmaq olar. Lakin bu, çox mürəkkəb işdir və ancaq külli vəsait 
qoyuluşu onun gerçəkləşməsinə zəmanət verə bilər. 
Yoluxucu  xəstəliklərin  ləğv  edilməsi  problemi  epidemiya  əleyhinə 
tədbirlərin  hayata  kecirilmasi  əsasında  mümkündür.  Parazitar  sistemin 
özünütənzimləmə  nəzəriyyəsi  bu  problemin  anlaşılmasına  böyük  yenilik  gətirir 
(V.D.Belyakov,  1989).  Nəzəri  baxımdan  yoluxucu  xəstəliklərin  ləğv  edilməsinə 
epidemiya  əleyhinə  tədbirlərin  aparılması  ilə  nail  olmaq  olar.  Epidemiya  əleyhinə 
tədbirlərin  əksəriyyəti  xəstəliklərin  qarşısının  alınmasına  yönəldilib.  Törədiciyə 
bioloji  növünü  saxlamaq  üçün  hökmən  bir  mərhələdən  başqa  mərhələyə  fasiləsiz 
keçməsi vacibdir. Bununla yanaşı, yoluxucu xəstəliyin ləğv edilməsi mərhələsində 
klinik-diaqnostik  tədbirlərin  (məsələn:  peyvənd)  çox  yüksək  səviyyədə  aparılması 
lazımdır.  Yoluxucu  xəstəliklərin  ləğv  edilməsi  hipodiaqnostikaya  meylin  olması, 
xəstəlik göstəricilərinin süni şəkildə aşağı salınması ilə mümkün deyildir. Bu və ya 
digər  yoluxucu  xəstəliklərin  ləğv  edilməsi  təkcə  xəstəliyin  yayılmasının  qarşısını 
almaqla  deyil,  eyni  zamanda  epidemik  prosesin  başqa  həssas  mexanizminə  təsir 
etməklə müəyyən edilir. 
Yoluxucu xəstəliklərin ləğvi müəyyən yoluxucu xəstəliyin ölkə və ya bir sıra 
ölkələrin  hüdudlarında,  yaxud  bütün  yer  kürəsində  həmin  xəstəliyin  törədicisinin 
tam məhv edilməsi və ya yox olması ilə müşayiət olunan ləğvini nəzərdə tutur. Bu, 
xaricdən  törədici  gətirilməməklə  müəyyən  ərazidə  əhali  arasında  ləğv  olunan 
infeksi-  yamn  hər  hansı  bir  formada  baş  vermə  ehtimalını  istisna  edir. 
Antroponozlar  zamanı  yoluxucu  xəstəliklərin  ləğvi  dedikdə,  müəyyən  ərazidə 
törədicinin  dövr  etməsinin  tam  dayandırılması  başa  düşülür.  Zoonozlar  zamanı 
heyvanlarda  müvafiq  xəstəliklər  aşkar  edildikdə,  insanların  xəstələnməsinə  yol 
verilməməsi  vacibdir,  buna  ya  spesifik  profilaktika,  ya  da  təbii  ocaqların  ləğv 
edilməsi yolu ilə nail olmaq mümkündür. 
Müasir  şəraitdə  yoluxucu  xəstəliyin  tam  ləğvi  üçün  həmin  infcksiyanın 
epidemik prosesini tamamilə qırmağa və bununla da
24 
downloaded from KitabYurdu.org


xəstəliyin  ləğvini  təmin  etməyə,  həmçinin  onun  törədicisini  məhv  etməyə  qadir 
yüksək effektiv vasitələr lazımdır. 
Yoluxucu xəstəliklərin ləğvi  məsələsi 1946-cı ildə  ÜST yaradıldıqdan  sonra 
daha  da  canlandı.  Bununla  yanaşı,  eradikasiya  (xəstəlik  törədicilərinin  kökünün 
kəsilməsi) termini tətbiq olundu. Eradikasiya həyata keçirilərkən mübarizə tədbirləri 
o  zaman  effektli  ola  bilər  ki,  onlar  epidemik  prosesin  hər  üç  halqasına  qarşı 
yönəldilsin: 
1)
 
infeksiya mənbəyinin zərərsizləşdirilməsi; 
2)
 
yoluxma mexanizminin qırılması; 
3)
 
orqanizmin xəstəliklərə qarşı rczistentliyinin yaradılması. 
Yoluxucu xəstəliklərin real ləğvi o zaman mümkündür ki
göstərilən üç yoldan hər birinə qarşı yönəldilsin və aparılan tədbirlər nəticəsində üç 
amildən heç olmasa biri tamamilə sıradan çıxsın. İnfeksiya mənbələri çox olduqda, 
yoluxma mexanizmi asanlıqla rcalizasiya olunduqda, xəstəliyin yayılmasının qarşısı 
çətin  alındıqda  və  orqanizmin  xəstəliklərə  qarşı  həssaslığını  zəiflətmək  mümkün 
olmadıqda yoluxucu xəstəliklərin ləğvi imkanı qeyri-realdır. 
Bu və ya  digər  törədici  növünün  ləğvinə səbəb  olan  mexanizm 2  yolla  təsir 
göstərir: 
-
 
xarici şəraitin yüksək sürətlə və intensivliklə baş verən 
dəyişməsi növün dəyişən şəraitdə adaptasiya qabiliyyətinə 
üstün gəlir; 
-
 
növün birbaşa məhvinə gətirib çıxarır. 
Yoluxucu  xəstəliklərlə  mübarizə  və  onların  ləğv  edilməsi  üzrə  keçmişdə 
müxtəlif cəhdlər göstərilmişdir: 
-
 
I və II əsrlərdə Avropada cüzamlı xəstələr üçün lazaretlər yaradılmışdır; 
-
 
XV əsrdə ingilis tərləmə qızdırmasına qarşı mübarizə aparılmışdır; 
-
 
1884-cü  ildə  Rusiyada  manqo  ilə  mübarizəyə  dair  qanunvericilik  aktları 
qəbul olunmuşdur
-
 
Danimarkada  1893-cü  və  1939-cu  ildə  səpgili  yatalaq  və  qayıdan  yatalağa 
qarşı mübarizə həyata keçirilmişdir
-
 
XX  əsrin  20-ci  illərində  Mərkəzi  və  Cənubi  Amerikada  sarı  qızdırmaya 
qarşı mübarizə aparılmışdır; 
-
 
1932-ci  ildə  SSRİ-də  drakunkulyoza  qarşı  mübarizə  və  onun  ləğv  edilməsi 
planı işlənib hazırlanmış və müvəffəqiyyətlə həyata keçirilmişdir
25 
downloaded from KitabYurdu.org


 
-
 
1955-ci  ildə  ÜST  tərəfindən  dünya  üzrə  malyariyanın  ləğv-  edilməsi 
proqramı qəbul olunmuşdur; 
-
 
1958-ci  ildə  ÜST  tərəfindən  dünyada  təbii  çiçəyin  ləğv  edilməsi  proqramı 
qəbul olunmuş və onun müvəffəqiyyətlə həyata keçirilməsi sayəsində 1980-
c.i ildə xəstəlik qlobal miqyasda ləğv edilmişdir. 
Müasir  şəraitdə  ÜST  bir  sıra  xəstəliklərlə  mübarizə  və  onların  ləğvi 
proqramını irəli sürmüşdür: 
-
 
poliomielitin ləğvi; 
-
 
qızılcanın ləğvi; 
-
 
difteriyanm ləğvi; 
-
 
malyariya ilə mübarizənin gücləndirilməsi və s. 
INFEKSİYA HAQQINDA ANLAYIŞ 
Epidemiologiya 

epidemik 
prosesin 
inkişafı 
və 
yaranması 
qanunauyğunluqlarını,  metodlarını,  yoluxucu  xəstəliklərin  yayılmasının  qarşısının 
alınması  və  xəstələnmənin  azaldılmasına  yönəldilmiş  əksepidemik  və  profilaktik 
tədbirləri  işləyib  hazırlayan  elmdir.  Bu  baxımdan  infeksion  prosesin  inkişaf 
mexanizmini, infeksion xəstəliklərin yaranması şərtləpini bilmək vacibdir. 
İnfeksion  xəstəlik-  infeksion  prosesin  təzahürü  olub  onun  inkişafının  son 
səviyyəsidir.  Bu,  yoluxmuş  orqanizmdə  baş  verən  bütün  funksional  və  morfoloji 
dəyişikliklərdir.  V.D.Bclyakov  qeyd  edir  ki,  yoluxucu  xəstəlik  -  canlı  törədici 
tərəfindən  törədilən patoloji  prosesdir. Lakin  illər  keçdi  və  müəyyən  edildi ki, elə 
xəstəliklər (süngərəbənzər ensefalopatiya) vardır ki, onlar canlı orqanizmlərlə deyil, 
spesifik zülallar - prionlar tərəfindən törədilir. 
İnfeksion  xəstəliklərin  törədiciləri  parazitlərə  aiddir  və  epidemik  prosesin 
bioamili törədicilərin - parazitləıin xüsusiyyətləri ilə müəyyən edilir. 
Parcızit  -  digər  orqanizmdən  qida  mənbəyi  və  yaşayış  mühiti  kimi  istifadə 
edən orqanizmdir (başqa sözlə, parazit digər növün hesabına yaşayan orqanizmdir). 
Parazit öz həyatının az və ya çox 
hissəsini  həmin  orqanizmlə  bioloji  və  ekoloji  cəhətdən  bağlı  şəkildə  keçirir. 
Parazitləı* sahib orqanizmdən daimi və ya müvəqqəti yaşayış mühiti kimi istifadə 
edirlər. Parazitin yaşayış mühiti sahibin orqanizmidir. 
26 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə