Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə16/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   117

xəstələnmənin 4 yüksəliş dövrü (hər birinin davametmə müddəti 18 il), A hepatitində 
1953-cü ildən - 9-10 il davam edən 4 sikli, B hepalitində 1975-ci ildən - 11 il davam 
edən  sikli,  skarlatina  zamanı  1945-ci  ildən  -  10-12  il  davam  edən  5  sikli,  gənə 
ensefalitində 1947-ei ildən - 17-18 il davam edən 3 sikli, tulyaremiya zamanı 1950-ei 
ildən 
-
 
17 il davam edən 3 sikli, leptospirozlaıda 1956-eı ildən - 4-5 il davam edən sikllər 
müşahidə olunmuşdur. 
Dövriliyin  formalaşmasında  epidemik  prosesin  hər  3  halqası  və  törədicinin 
dəyişkənliyi böyük əhəmiyyət daşıyır. Ətraf mühit şəraiti 
-
 
təbii amillər aparıcı rol oynayır. Yer kürəsində yaşayan bütün canlılara böyük təsir 
göstərən təbii amillər arasında günəşin aktivliyi daha kəskin nəzərə çarpır. 
A.L.Çijevski  (1897-1964)  epidemiyaların  günəşin  aktivliyindən  asılılığını 
öyrənmişdir.  Hazırda  hesab  etmək  olar  ki,  epidemiyaların  və  pandcmiyaların  baş 
verməsi  hər  şeydən  əvvəl  günəşin  aktivliyinin  səviyyəsi  ilə  əlaqədardır.  Müəyyən 
edilmişdir  ki,  məhz  günəşin  aktivliyinin  maksimal  illərində  pandemiyalar  kəskin 
şəkildə  artır  və  böyük  əraziləri  əhatə  edir.  A.L.Çijevski  təyin  etmişdir  ki,  vəbanın 
pandemiyalarının dövrləri 2,65 və 5,5 il davametmə müddətinə malikdir. Bu dövrlər 
günəşin 11-illik siklinin dörddə birini və yarısını təşkil edir. Rusiyada 100 il ərzində 
xəstələnmənin təhlili göstərdi ki, vəbanın 1823-cü ildə başlamış ilk epidemiyasından 
etibarən ən yüksək xəstələnmə halları günəşin aktivliyinin maksimal illərinə təsadüf 
edir,  halbuki  vəbanın  minimal  xəstəlik  hallan  qeydə  alınan  dövrlər  günəşin 
aktivliyinin minimal illərinə düşür. 
Qriplə  xəstələnmənin  500  il  ərzində  təhlili  göstərmişdir  ki,  qrip 
epidemiyalarının  dövrləri  orta  hesabla  11,3  il  təşkil  edir  və  günəşin  aktivliyinin 
dövrləri  ilə  üst-üstə  düşür.  Epidemik  alovlanmaların  əksəriyyəti  günəşin  aktivliyi 
artdığı  və  ya  azaldığı  dövrlərə  təsadüf  edir,  yəni  epidemiyalar  günəşin  aktivliyinin 
minimum-maksimum  və  ya  maksimum-mini  mum  dövrlərində  baş  verir.  Taun, 
difteriya,  skarlatina,  meninqokok  infeksiyası,  quduzluq  zamanı  epidemiyaların 
yaranmasının  günəşin  aktivliyindən  müəyyən  asılılığı  təyin  olunmuşdur.  Məsələn, 
taun  epidemiyalarının  daha  çox  maksimal  günəş  aktivliyində  yaranması  və  geniş 
yayılması izlənir. 
Bu  qanunauyğunluqların  mənşəyi  aydındır,  belə  ki,  Yer  kürəsində  olan 
mikrofloranın  hamısının  fəaliyyəti  günəşin  aktivliyindən  sıx  asılıdır,  insanın 
xəstəliklərə  yoluxma  səviyyəsi  də  həmçinin  orqanizmin  fıziki-kimyəvi 
reaksiyasındakı dəyişikliklər 
49 
downloaded from KitabYurdu.org


sayəsində günəşin aktivliyindən asılıdır. Bütün üzvi aləm - mikro-və 
makroorqanizm Günəşdən alman enerjinin dəyişkənliyini hiss edir. 
EHM-da  aparılmış  hesablamalar  göstərdi  ki,  yoluxucu  xəstəliklərin 
hamısına  3,  5,  8,  11,  14  və  18-19  ilə  yaxın  dövrlərə  malik  tsikliklik  xasdır. 
Bununla bərabər, ümumi məcmuda 10-11 illik tsikl üstünlük təşkil edir. Müxtəlif 
yoluxucu xəstəliklərlə xəstələnmənin təhlili zamanı aşkar edilən 5-6 illik tsikl 10-
11  illik  tsikldon  sonra  ikinci  yerdə  durur.  Bu  tsikl  davamlılığına  görə  günəşin 
aktivliyinin əsas 10-11 illik tsiklinin yarısını təşkil edir. 
EHM-nm  əsasında  günəşin  aktivliyinin  epidemik  prosesə  təsiri  sübuta 
yetirilmişdir. Lakin bu zaman yadda saxlamaq lazımdır ki, çox vaxt onun bir sıra 
kiçik  intervallara  bölünməsi  baş  verir.  Ona  görə  do,  əsas  11-illik  epidemiya 
dalğası  gözdən  itir.  Epidemik  prosesin  günəşin  aktivliyi  ilə  əlaqəsi  olduqca 
mürəkkəbdir. Yoluxucu xəstəliklərin yayılması biosferdə gedən digər proseslərlə 
əlaqədədir, onlar günəşin aktivliyi ilə sıx bağlıdırlar. 
İnsana  günəşin  aktivliyinin  təsirini  tüpürcəyin  bakterisid  xassələrinin 
günəşin  11-illik  siklə  malik  aktivliyindən  asılılığının  timsalında  izləyə  bilərik: 
minimal günəş aktivliyində (1964-cü il) tüpürcək hətta güclü durulaşmadan sonra 
mikrobların  milyonlarla  koloniyalarını  tamamilə  öldürmüşdür,  günəşin  aktivliyi 
maksimal  səviyyəyə  çatdıqda  isə  (1968)  tüpürcəyin  bakterisid  xassəsi  kəskin 
azalmışdır.  Bu  dəyişikliklər  müəyyən  dərəcədə  infeksion  xəstələnməyə  də  təsir 
göstərir, belə ki, xəstəlik törədicisinin aqibəti ağız boşluğunun vəziyyətindən çox 
asılıdır - o, elə ilk mərhələdə tüpürcəklə təmasda olduqda məhv ola bilər. 
Bağırsaq qrupu bakteriyalarımn yolunda ikinci sədd sayılan mədə şirəsinin 
turşuluğu,  həmçinin  bakterisidliyi  də  günəşin  aktivlik  səviyyəsindən  asıbdır. 
Sübut  edilmişdir  ki,  günəşin  aktivliyi  nə  qədər  yüksəkdirsə,  mədənin  turşuluğu 
bir  o  qədər  aşağı  düşür  və  uyğun  olaraq  bağırsaq  bakteriyalarımn  təsirindən 
müdafiə qabiliyyəti də zəifdir. 
Qanın  bakterisid  xassələri  də  həmçinin  günəşin  aktivliyinə  uyğun  olaraq 
dəyişir, o, eyni zamanda mövsümdən asılıdır. Günəşin maksimal aktivliyində qan 
zərdabının  mikroorqanizmləri  öldürmək  qabiliyyəti  təqribən  1/3  dəfə  azdır, 
nəinki günəşin minimal aktivliyində. 
Epidemik  prosesə  günəşin  aktivliyinin  təsir  mexanizmi  çoxcəhətlidir. 
Günəşdən  elektromaqnit  şüalanması  baş  verir  ki,  buraya  radiodalğalar,  rentgen 
şüalanması, ultrabənövşəyi və infraqırmızı şüalanma daxildir. Bu şüalanmanın bir 
qismi Yer səthinə çatır, digəri isə 
50 
downloaded from KitabYurdu.org


atmosferdə tutulur. Yerin biosferinə daxil olan şüalanma nəinki insan orqanizminə, 
həmçinin  bitki  və  heyvanat  aləminə  birbaşa  təsir  göstərir.  Təbii  ki,  o, 
mikrooıqanizmlərə  də  təsir  edir.  Bu,  difteriya  törədiciləri  üzərində  qoyulmuş 
təcrübələrdə  əsaslı  şəkildə  sübuta  yetirilmişdir.  9  il  ərzində  hər  gün  aparılmış 
müşahidələr göstərmişdir ki, onların xüsusiyyətlərinin kəskin dəyişiklikləri çox vaxt 
günəşin maksimal aktivliyində rast gəlir. Günəşin minimal aktivliyində belə kəskin 
dəyişikliklər  ildə  5-7  dəfə  rast  gəlmişdir.  Difteriya  kulturasını  qurğuşun  ekranla 
örtdükdə  (bu,  kosmik  şüaların  daxil  olmasına  maneçilik  yaradır),  onda  kulturanın 
xassələrinin  kəskin  dəyişiklikləri  bütün  müşahidə  dövründə  bir  dəfə,  yəni 
mövsümdə bir dəfə - təsir edən amillərin intensivliyi maksimal səviyyəyə çatdıqda 
baş vermişdir. 
Deməli,  epidemik  prosesin  dövriliyinin  xarici  səbəbləri  epidemik  prosesin 
sisteminə  daxil  olan  bütün  elementlərə  təsir  edir.  Bu  elementlər  daxili  səbəblərin 
hesabına  dəyişir.  Bu  halda  xəstələnmənin  dinamikasının  təbii  dalğavari  prosesinin 
gedişinə aparılan sosial tədbirlərin nəticəsində baş verən dəyişikliklər də təsir edir. 
Bunlar  isə  bir  sıra  hallarda  xəstələnmənin  səviyyəsini  sporadik  səviyyə  qədər 
azaldaraq dövriliyi aradan qaldırır. 
Sosial  amillər.  Yoluxucu  xəstəliklərin  cəmiyyətdə  yayılması  və  onlann 
profilaktikası  və  ləğv  edilməsində  sosial  şəraitlər  mühüm  rol  oynayır.  Sosial 
şəraitlər  epidemik  prosesin  bütün  elementlərinə,  xüsusilə  infeksiya  mənbəyi  və 
yoluxma  mexanizminə  təsir  edir.  İnsanın  yoluxucu  xəstəliklərinin  təkamülündə 
sosial amillərin əhəmiyyəti aydın görünür. Coğrafi mühit amilləri ilə yanaşı, sosial 
yaşayış  şəraiti  da  epidemik  prosesin  əsas  hərəkətverici  qüvvəsidir,  onun  təsiri 
altında törədicinin bioloji xassələri, yoluxma mexanizmi, infeksiya mənbəyinin - ev 
və vəhşi heyvanların bioloji xüsusiyyətləri, eləcə də insanların həyat tərzi dəyişilir. 
Bir  sözlə,  yoluxucu  xəstəliklərin  epidemiologiyası  dəyişir.  Epidemik  prosesin 
kəmiyyət və keyfiyyətcə dəyişməsi cəmiyyətin tarixi inkişaf mərhələrino uyğun baş 
verir.  Sosial  şəraitlərin  epidemik  prosesin  əsas  hərəkətverici  qüvvələri  kimi  qəbul 
edilməsi  elmi  mahiyyətindən  başqa,  yoluxucu  xəstəliklərə  qarşı  effektiv  mübarizə 
tədbirlərinin işlənib haznlanmasmda təcrübi təbabət üçün geniş perspektivlər açır. 
Sosial-iqtisadi  və  təsərrüfat-texniki  amillər  arasında  epidemik  prosesə 
aşağıdakılar təsir edir: 
•  demoqrafik  amillər:  əhalinin  sıxlığı  və  strukturu,  təbii  hərəkəti,  əhalinin 
çoxalması, doğum, miqrasiya, ölüm göstəricisi, həyatın davametmə müddəti; 
51 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə