Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə13/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   117


Törədicinin yoluxma mexanizmi 
(Epidemik prosesin II halqası) 
 
I  uıarlıala  (laza)  -  >oluxmu> 
orqanizmdən 
törədicinin 
ii'ıaz 
olııııması 
 
 
Fizioloji və patoloji aktlar ııaticə- 
siııda reali/asi\a olunur 
• 
w 
II mərhələ(faza) - törədicinin otınf uıiihitdə qalmadı 
 ----------------------------------------------- 
► 
III mərhələ (faza) - törədicinin voui həssas 
orqanizin? daxil olması 
 ----------------------------------------------- 
► 
Patogen  mikrobun  bioloji  sahibin  orqanizmində  spesifik  lokalizasiyası  hər  bir 
yoluxucu xəstəliyin törədicilərinin müəyyən yoluxma mexanizmi üçün şərait yaradır. 
Başqa  sözlə  desək,  törədicinin  orqanizmdə  lokalizasiyası  və  bir  bioloji  sahibdən 
digərinə yoluxma mexanizmi bir-birilə sıx əlaqədardır. 
Yoluxucu xəstəlik törədicilərinin xarici mühitdə müxtəlif davamlılığı yoluxma 
mexanizmi  ilə  təyin  edilir.  Məsələn,  malyariya  paraziti  xarici  mühit  amillərinə 
davamsızdır,  ona  görə  də,  xəstəliyin  yayılmasında  iştirak  edən  qansorucu  həşəratlar 
(ağcaqanadlar)  törədiciləri  xarici  mühitin  mənfi  təsirlərindən  qoruyur  və  öz  inkişaf 
sikllərini başa çatdırmağa imkan verir. 
Törədicinin  yoluxmuş  orqanizmdən  sağlara  orqanizmə  ötürülməsinə  şərait 
yaradan və epidemik prosesin fasiləsizliyini təmin edən ətraf mühit amilləri yoluxucu 
xəstəlik törədicilərinin yoluxma amilləri adlanırlar. Onlara cansız yoluxma amilləri  - 
hava, su, torpaq, qida məhsulları, məişət əşyaları, əmək vasitələri və canlı keçiricilər - 
buğumayaqlılar  aiddir.  Törədicinin  ötürülməsində  iştirak  edən  amillərin  cəmi  onun 
yoluxma yolunıı təyin edir. 
Yoluxum mexanizminin II \ə 
III mərhələsi Yoluxma a mif 
larinin köməyi il a baş verir: 
hava. qida. su. torpaq, məişət 
əşyaları,caıılı keçiricilər 
40 
downloaded from KitabYurdu.org


İ.İ.Yolkin  (1973)  qeyd  edir  ki,  yoluxma  amilləri  əsasən  fərdi  və  konkret 
olurlar.  Bəzi  yoluxucu  xəstəliklərin  törədicilərinin  yayılmasında  bir  deyil,  bir  neçə 
amil iştirak edir, ancaq bu halda da yoluxmada əsas rol dominant amilə məxsusdur. 
Məsələn,  qarın  yatalağı  bakteriyalannın  yayılmasında  törədicigəzdirənin  əlləri  - 
mətbəx  qabları  -  qida  məhsulları  (süd)  və  ya  qaıın  yatalağı  xəstəsinin  ifrazatları  ilə 
çirklənmiş ləyən - milçəklər - qida məhsulları iştirak edə bilər. Bu amillərdən on əsası 
qida məhsullarıdır. Digər şəraitdə qarın yatalağının yayılması bundan fərqli yolla baş 
verə bilər: yoluxucu xəstəxananın zərərsizləşdirilməmiş çirkab sulan - açıq su hövzəsi 
-  texniki  su  kəməri  -  sənaye  sexində  su  duşu.  Burada  əsas  yoluxma  amili  sudur. 
Beləliklə,  yoluxucu  xəstəliyin  yayılma  yolu  epidemik  prosesin  saxlanmasını  təmin 
edən bütün başlıca yoluxma amillərinin bngə təsirinin nəticəsidir. 
Patogcn parazitloıin yoluxma mexanizmi və amilləri haqqında müasir fikirlərə 
əsaslanaraq  yoluxucu  xəstəliklərin  aşağıdakı  yoluxma  yollannı  ayırd  etmək  olar:  1) 
aerezol və ya hava-damcı və toz, 2) transmissiv, 3) su, 4) qida, 5) məişət (istehsalat). 
Bəzi yoluxucu xəstəliklərdə, məsələn, bağırsaq xəstəliklərində, törədici bir neçə yolla 
yayılır  (su-qida,  qida-məişət).  Bunu  nəzərə  alaraq  qarışıq  yoluxma  yolunu  ayırd 
etmək  məqsədəuyğundur.  Belə  olduqda  əsas  yoluxma  amillərini  digər  amillərdən 
fərqləndirmək lazımdır (İ.İ.Yolkin, 1978). 
Törədicinin  yoluxma  mexanizmi  maddi  amillər  -  ətraf  mühitin  abiotik  və 
biolik  elementləri  vasitəsilə  ıealizasiya  olunur  ki,  bu  amillər  törədicinin  infeksiya 
mənbəyindən həssas orqanizmə daşınmasını təmin edir. Birincilison və bəzi hallarda 
aralıq  yoluxma  amilləri  ayırd  edilir.  Birincili  yoluxma  amili  törədicinin  xaric 
edilməsində iştirak edən, son - törədicinin həssas orqanizmə ötürülməsini təmin edən, 
aralıq - birincili və son amillər arasında yoluxmada iştirak edən amillərdir. 
Abiotik (cansız) yoluxma amillərini hava, su, torpaq, toz, qida, 
insan fəaliyyətinin maddi məhsulları (əşyalar, qurğular, nəqliyyat 
vasitələri və s.) təşkil edü*. Buraya həmçinin tibb alətləri, qan 
preparatları, transplantatlar və s. aiddir. Son illərdə venadaxili narkotik 
vasitələrin istifadəçiləri arasında hemokontakt infeksiyalar (B və C 
• • 
hepatitləri, IlV-infeksiya) geniş yayılmışdır. Biotik (canlı) yoluxma amillərinə buğum 
ayaqlıların  müxtəlif  nümayəndələri  (ağcaqanadlar,  bitlər,  birələr,  hünülər,  gənolər, 
milçəklər)  aiddir.  Bu  amillər  qrupu  taun,  rikketsiozlar,  gənə  ensefaliti,  hemorragik 
qızdırmalar, malyariya xəstəliklərinin törədicilərinin ötürülməsində iştirak edirlər. 
41 
downloaded from KitabYurdu.org



Yoluxma  yolları  -  yoluxma  amillərinin  cəmi  olub  konkret  epidemik  şəraitdə 
törədicinin  bir  orqanizmdən  digərinə  ötürülməsini  təmin  edən  ətraf  mühit 
elementləridir. Belə ki, fekal-oral yoluxma mexanizmi su, qida, məişət yollan ilə realizə 
olunur. Aerozol mexanizm hava-damcı və hava-toz yolu, təmas mexanizmi - infeksiya 
mənbəyi  ilə  birbaşa  fiziki  təmas  (Lass  qızdırması),  o  cümlədən  heyvanlarla  təmas  - 
zədələnmə  (dişləmə,  cırmaqlama,  quduzluq  zamanı  tüpürcəklə),  zədələnmədən  (Lass 
qızdırması),  cinsi  tomas  (cinsi  yolla  ötürülən  20-dən  çox  infeksiya)  zamanı  baş  verir. 
Hemokontakt mexanizm tibbi əməliyyatlar və manipulyasiyalar zamanı həyata keçir. 
İnsanların və heyvanların xəstəliklərə qarşı həssaslığı və rezistentliyi 
Həssaslıq - parazitin və sahibin təkamülü prosesində formalaşan orqanizmin növ 
əlamətidir,  törədicinin  daxil  olmasına  qarşı  orqanizmin  infeksion  proseslə  cavab 
vermək  qabiliyyətidir.  Epidemioloji  nöqteyi-nəzərdən  insanların  populyasiyası  qeyri- 
həmcins olması (heterogenlik) ilə səciyyələnir, istənilən vaxt o, həmin infeksiyaya qarşı 
həssas və qeyri-həssas fərdlərlə təmsil olunur. 
Törədiciyə olan münasibət, həssaslıq səviyyəsi (və ya qeyri- həssaslıq) aşağıdakı 
əsas  amillərlə  şərtlənir:  a)  növ  və  fərdi  rezistentlik;  b)  təbii  (aktiv  və  passiv)  və  süni 
(aktiv və passiv) immunitet. Müəyyən edilmişdir ki, əgər populyasiyada immun təbəqə 
95% və ondan yuxarı təşkil edirsə, onda törədicinin dövr etməsi dayanır, epidemioloji 
salamatlıq  yaranır.  Bununla  əlaqədar  olaraq,  müvafiq  törədicilərə  qarşı  kütləvi 
vaksinasiyanın  aparılması  yolu  ilə  kollektivlərdə  «immun  təbəqənin»  yaradılması 
epidemiyaların qarşısının alınmasının ən təsirli yoludur. 
Patogen  amil  (mikroorqanizmlər,  ibtidailər,  helmintlər,  prionlar)  əsas  etibarilə 
yoluxucu  xəstəliyin  spesifikliyini  təmin  edir,  onun  təzahür  forması,  davametmə 
müddəti,  ağu'lıq  dərəcəsi  və  nəticəsi  mikroorqanizmin  müdafiə  mexanizmlərindən 
asıhdır.  Makroorqa-  nizmin  həssaslığı  feno-  və  genotipik  xüsusiyyətləri,  ətraf  mühit 
amillərinin təsiri ilə şərtlənən reaktivliyin dəyişkənliyi ilə təyin olunur. 
Müdafiə  baryerlərinə  xarici  (dəri,  gözün,  tənəffüs  yollarının,  mədə-bağırsaq 
yolunun  və  cinsiyyət  üzvlərinin  selikli  qişaları),  daxili  (histiohemositar)  baryerlər, 
hüceyrə və humoral (qeyri-spesifik və spesifik) sistemləri aiddir. 
42 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə