Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə15/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   117


Epidemik  prosesin  əsas  amilləri  bunlardır:  bioloji,  sosial,  təbii.  Onlardan 
birincisi  səbəb,  digərləri  isə  epidemik  prosesin  fasiləsiz  inkişafını  təmin  edən  şərait 
kimi çıxış edir. Buna görə də biz epidemik prosesin amillərini ayrıca təsvir etməklə 
yanaşı,  ümumilikdə  infeksion  patologiyada  səbəbiyyət  probleminə  də  toxunmağı 
lazım bildik. 
Epidemik  prosesin  hərəkətverici  qüvvələri  -  epidemik  prosesin  bioloji, 
təbii və sosial amilləridir 
Törədicinin  və  sahibin  populyasiyasının  qarşılıqlı  təsiri  müəyyən  sosial  və 
təbii  şəraitlərdə  baş  verir  və  deməli,  həmin  şəraitlərdən  asılı  olur.  Başqa  sözlə, 
epidemik proses, yəni yoluxucu xəstəlik törədici və insan populyasiyasının qarşılıqlı 
təsirinin  nəticəsidir,  qeyri-həmcinslik  və  xüsusiyyətlərin  dəyişkənliyi  bu 
populyasiyalann  xarakteristikasıdır.  Ona  görə  də,  epidemik  prosesin  təzahürləri 
nəinki yoluxma riski ilə, həm də xəstələnmə riski ilə təyin edilir. Epidemik prosesin 
şərtlərinə sosial və ya təbii amillər daxil olur ki, bunlar mikro- və makroorqanizmin 
xassələrinə təsir göstərirlər. 
Yoluxucu  xəstəliklərin  törədicilərinin  yoluxma  amilləri  -  törədicilərin 
infeksiya  mənbəyindən  həssas  orqanizmə  daşınmasını  təmin  edən  ətraf  mühit 
elementləridir. 
Hələ  keçmiş  dövrlərdən  məlumdur  ki,  epidemiyalar  müəyyən  yerlərdə  və 
müəyyən vaxtlarda inkişaf edir. Orta əsrlərdə alimlər qeyd etmişlər ki, sosial amillər 
də epidemiyanın inkişafına təsir göstərə bilirlər. 
Xəstəliklərin  yaranma  riskini  yüksəldən  və  xəstələnmənin  müəyyən 
səviyyəsini  təyin  edən  şərait  xəstəliyin  risk  amilləri  adlanır.  İnfeksion  patologiyada 
yoluxma  riski  olmadan  xəstəlik  baş  vermir.  Bu  şəraitə  həmçinin  xəstələnmə  riskini 
yüksəldən  insanın  davranış  tərzi,  orqanizmin  fərdi  xüsusiyyətləri  daxildir. 
Ekspertlərin  məlumatlarına  görə,  əhalinin  sağlamlıq  səviyyəsi  50%-də  həyat  tərzi, 
20%-də  yaşayış  mühiti,  20%-də  irsiyyət  və  yalnız  10%-də  tibbi-sanitar  yardımın 
keyfiyyəti  ilə  müəyyən  olunur.  Lakin  bu,  heç  do  bütün  yoluxucu  xəstəliklərə  aid 
deyildir:  bağırsaq  infeksiyalarında  bu  asılılıq  özünü  tam  doğruldur,  hava-damcı 
infeksiyalarında bu nisbət fərqlənir. Məsələn, əhalinin ölüm göstəriciləri 8-10%-don 
xeyli yüksək olub 40%-ə çalır. 
46 
downloaded from KitabYurdu.org


Tnfcksion prosesin aparıcı detcrrainaııtları 
(V.İ.Pokıovski vəbaşq., 1993) 
Detcrminantlar 
Amillərin təsirinə daha çox məruz 
qalan infeksiyalar 
Sosial amillər: 
- demoqrafik amillər 
Qızılca, göyöskürək, difteriya, su çiçəyi, 
epidemik parotit, qrip, şigelyoz (Qriqorycv-
Şiq) 
- sanitar-koramunal abadlıq 
Qarın yatalağı, vəba, Fleksner şigelyozu, 
VHA, VHE 
- əmək və məişət şəraiti 
• 
Legionelyoz, bruselyoz, qarayara, səpkili 
yatalaq, qrip və digər KRVİ, vərəm 
- sosial davranış xüsusiyyətləri 
İİV-infeksiya, cinsi yolla yayılan infeksiyalar
VHB, VHC 
- tibbi xidmət 
İİV-infeksiya, VHB, VHC 
- əhalinin qidalanmasının təşkilinin 
xüsusiyyətləri 
VHA, VHE, Zonne şigelyozu, salmonelyoz, 
bağırsaq yersiniozu, pscvdovərəm, prion 
xəstəlikləri 
Bioloji amillər: 
- sahiblərin və keçiricilərin 
ekologiyası 
Təbii-ocaqlı zoonozlar, tropik xəstəliklər, 
biohclmintozlar 
- əhalinin immun strukturu 
Qızılca, göyöskürək, poliomielit, su çiçəyi
epidemik parotit 
Təbii amillər: 
-iqlim 
Qan infeksiyalan, geohclmintozlar, bağırsaq 
infeksiyalan, VHE 
- hidrogeoloji 
Leptospiroz, tulyaremiya, legionelyoz, 
şistosomozlar 
-torpaq 
Geohclmintozlar, tctanus, klostridiozlar, 
yeısiniozlar 
- kosmik 
Kifayət dərəcədə öyrənilməmişdir 
İnsanın törədicilərlə yoluxması heç də həmişə yoluxucu xəstəliyin inkişafına 
gətirib çıxarmır. Xəstəliyin inkişaf imkanı, onun gedişi və nəticəsi bir çox hallarda 
qeyri-spcsifik müdafiə amillərindən və orqanizmin immun sisteminin vəziyyətindən 
asılıdır. 
İmmun sistem ətraf mühitin çoxsaylı zərərli amillərinin təsirinə məruz qalır. 
İnsanın istehsalat fəaliyyəti ilə əlaqədar olaraq, qeyri- 
47 
downloaded from KitabYurdu.org


spesifik  müdafiə  amillərinin  və  immıın  sistemin  fəaliyyətinə  ekoloji  stress  də  təsir 
göstərir. 
Orqanizmin  immun  sisteminin  vəziyyətinə  təsir  göstərən  ekoloji  amillər 
iramuntrop ekzoamillər adlanır. Bu amilləri iki böyük qrupa bölmək olar: 
1.
 
təbii - temperatur, radiasiya, ultrabənövşəyi şüalanma, mikroelementlər və 
s.; 
2.
 
antropogen  -  HES,  AES,  torpaqların  qurudulması  /suvarılması,  sənaye 
müəssisələrinin tullantıları, kimyəvi birləşmələrin geniş tətbiqi. 
Təsir  xarakterinə  görə  ekzoamillər  bölünürlər:  a)  yumşaq/bərk;  b) 
birbaşa/vasitəli təsir; c) tənzim olunan/ tənzim olunmayan
ç) 
qısa/uzun təsirli; d) lokal/qlobal; e) orqanizmdə toplanan/ toplanmayan. 
Təbii abiotik (qeyri-antropogen) amillərə daxildir: a) fiziki-coğrafi amillər, 
xüsusilə: coğrafi yerləşmə, insolyasiya, geoloji xüsusiyyətlər, yerin relyefi, torpağın 
xüsusiyyəti,  su  mənbələrinin  olması  və  vəziyyəti,  yeraltı  sular,  su  mübadiləsinin 
dinamikası,  atmosferin  vəziyyəti;  b)  iqlim  amilləri  -  iqlim  zonaları,  mövsümilik, 
havanın  temperaturu,  atmosfer  təzyiqi,  havanın  nisbi  rütubəti,  küləyin  istiqaməti, 
yağıntıların  miqdarı;  c)  təbii  fövqəladə  hallar:  qasırğa,  tufan,  siklonlar,  sunarni, 
tornado, zəlzələ, daşqınlar, vulkan püskürməsi, şaxta, qeyri- adi isti, quraqlıq, yanğın, 
sürüşmə, qar uçqunları. 
Heyvanların - qan infeksiyalarının infeksiya mənbəyi və bioloji keçiricilərinin 
arealının  mövcud  olması  təbii  amillərdən  asılıdır.  Torpağın  xarakteri  bir  sıra 
helmintlərin  həyat  siklinə  təsir  göstərir.  İlin  fəsli  KRVI,  «uşaq  infeksiyalaı  ı»,  A 
viruslu  hepatiti,  leptospiroz,  yersiniozlar,  gənə  ensefaliti,  gənə  borreliozu  və  s. 
yoluxucu  xəstəliklərə  təsir  edir.  Kəskin  bağırsaq  infeksiyalarının  yayılması  bir  çox 
hallarda su mənbələrinin vəziyyətindən asılıdır. 
Təbii  amillər  törədicilərin  xarakteristikasına,  patogenliyinə  və  virulentliyinə, 
aktivliyinə  və  dəyişkənliyinə  təsir  edir.  Transmissiv  xəstəliklərin  törədicilərinin 
xassələri  təbii  amillərdən  asılıdır:  təbiət  amilləri  də  ağcaqanadların  və  gəııələrin 
çoxalmasına müsbət və ya mənfi təsir edə bilər. 
Müxtəlif  yoluxucu  xəstəliklər  zamanı  epidemik  prosesin  dövriliyi  xəstəlik 
sporadik  səviyyəyə  enənə  qədər  aktual  qalır.  Epidemik  prosesin  dövriliyi  son 
onillikdə  yoluxucu  xəstəliklərin  ən  geniş  yayılmış  xəstəliklərinin  timsalında  aydın 
izlənir.  Məsələn,  Rusiya  Federasiyasında  dizenteriya  zamanı  1925-2000-ci  illər 
ərzində 
48 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə