Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə17/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   117


 
etnik, mədəni, təhsil, etik və dini amillər, elm və texnikanın inkişaf səviyyəsi, 
texnologiyanın keyfiyyəti

 
sosial sabitlik, işsizlik, cinayətkarlıq, narkomaniya, intihar; 

 
əhalinin maddi təminatı, təhsil səviyyəsi, əhalinin fərdi gigiyenik vərdişlərinin 
və sanitar mədəniyyətinin səviyyəsi
® iqtisadi qeyri-sabitlik; 

 
kommunal sanitar-gigiyenik amillər, yaşayış sahəsinin sıxlığı, fərdi və ümumi 
yaşayış  fondu,  mənzilin  xarakteristikası,  kommunal  təminatın  vəziyyəti,  su 
təchizatı,  kanalizasiya,  enerji  təminatı,  istilik  sistemi,  yaşayış  məntəqələrinin 
zibildən və qida tullantılarından təmizlənməsi

 
keyfiyyət  və  kəmiyyət  xarakteristikası,  texnologiya,  ictimai  qidalanma, 
disbalans, zülal-kalori çatmamazlığı; 

 
təbiətdən  istifadə,  əmək  fəaliyyəti  prosesində  antropogen  sənaye,  aqrosənaye 
amilləri, o cümlədən əhalinin populya- siyasına təsir edən atmosferin, suyun, 
torpağın kimyəvi, fiziki, bioloji çirklənmə səviyyəsi; 

 
ticarətin, nəqliyyatın, beynəlxalq əlaqələrin intensivləşməsi

 
antropogen  fövqəladə  vəziyyətlər:  a)  texnogen  (müəssisələrdə  qəzalar,  o 
cümlədən qlobal -- məsələn, Çernobıl hadisəsi kimi, nəqliyyatda olan bədbəxt 
hadisələr, yanğınlar və partlayışlar); b) sosial, sosial-iqtisadi və ya sosial-siyasi 
(müharibələr, terrorizm, həmçinin bioterrorizm, qaçqınların intensiv axını). 
Bioloji amillər. Epidcmik prosesə təsir edən bioloji və biotik 
amülərə aşağdakılar aiddir: 

 
İnsanın  sağlamlığına  təsir  edən  amillər:  cins,  yaş,  fiziki  vəziyyəti,  genetik 
amillər, növ və fərdi rezistentlik, ünmunitetin vəziyyəti; əvvəllər keçirilmiş və 
yanaşı  gedən  xəstəliklərin  interfercnsiyası,  şəxsi  və  davranış  xüsusiyyətləri; 
onların  dəyişkənliyi;  makroorqanizmin  bioloji  amillərindən,  onun  patogen 
agentə  qarşı  reaksiyasından  asılı  olaraq  bir  halda  daxil  olma  yerində 
törədicinin  məhv  olması  baş  verir,  digər  həllarda  isə  törədigəzdirənlik  əmələ 
gəlir, üçüncü halda - gizli, subklinik, atipik və ya silinmiş forma inkişaf edir və 
ya  bu  əlaqə  manifest  xəstəliklə  (yüngül,  orta,  ağır)  və  xronik  forma  ilə 
nəticələnir; 

 
Patogen  agentin  təbii  mənşəli  amilləri:  məsələn  patogenlik  (xəstəlik  törətmə 
qabiliyyəti),  invazivlik  (sahibin  orqanizminə  daxil  olmaq,  onun  müdafiə 
baryerlərini dəf etmək qabiliyyəti
52 
downloaded from KitabYurdu.org


fibrinolizin,  hialuronidaza,  musinaza,  kollagcnazanın  sayəsində  toxumalarda 
yayılma  xüsusiyyəti),  toksigenlik  (ekzo-  və  cndo-  toksinləri  hasil  etmək 
qabiliyyəti),  kapsuləmologotirmok  qabiliyyəti,  makroorqanizmdə  çoxalmaq 
qabiliyyəti, virulentlik (pa- togenliyin növ daxilində dəyişən kəmiyyət ölçüsü), 
kontagioz-  luq  (törədicinin  bir  orqanizmdən  digərinə  zəncirvari  ötürülmə 
qabiliyyəti),  immunogcnlik  (insan  orqanizmində  immunitet  yaratmaq 
qabiliyyəti), dəyişkənlik, genetik materialla növdaxili mübadilə, antibiotiklərə 
qarşı davamlılıq xüsusiyyəti və s. 
Epidemik prosesin təzahürləri 
Epidemik  prosesin  təzahürləri  bunlardır:  sporadik  xəstələnmə,  epidemik 
alovlanma, epidemiyalar, pandemiyalar, ekzotik xəstələnmə, epidemik ocaq. 
Sporadik  xəstələnmə  (yunanca  «sporadicos»  -  yayılmış,  təsadüfi,  tək-tək). 
Müəyyən  ərazidə  müəyyən  xəstəlikdə  epidemik  prosesin  adi  qeyd  olunan 
səviyyəsidir.  Bir  və  ya  bir  neçə  illər  ərzində  yoluxucu  xəstəliklərin  tək-tək  hallan 
təsadüf edir. 
Bu  kateqoriya,  eləcə  də,  epidemiya  və  pandemiya  kateqoriyaları  epidemik 
prosesin  kəmiyyət  və  keyfiyyətcə,  onun  məkan  və  zaman  daxilində  yayılmasını 
intensiv və ekstensiv göstəricilərini ifadə edir. 
Əsasən  tək-tək  xəstələnmə  ilə  özünü  göstərən,  əhalinin  müəyyən  yoluxucu 
xəstəliklə  hazııki  məkan  və  zaman  çərçivəsində  çox  da  yüksək  olmayan 
xəstələnməsinə sporadik xəstələnmə deyilir (İ.İ.Yolkin, 1973). Başqa sözlə, bir-birilə 
nəzərə  çarpan  əlaqəsi  olmayan,  istənilən  vaxtda  baş  verən  tək-tək  xəstələnməyə 
sporadik xəstələnmə deyilir (D.V.Vinoqradov-Voljinski, 1973). Məsələn, əhalinin hər 
10.000 nəfərinə ildə 0,5-1 qarın yatalağı, 2-3 difteriya və 300-500 qriplə xəstələnmə 
hadisəsi düşür. 
Fpideınik prosesin t.vahiirbıi 

Eudeıuik xəstələnmə 
(cudcınna) 

Sporadik xəstələnmə 
i  ______________  
Hk/otik xəstələnmə 

Epidemik 
xəstələnmə 
-
 
alovlanma 
-
 
epidemiya 
-
 
pa udemi.\ a 
53 
downloaded from KitabYurdu.org



Epidemik alovlanma - qrupşəkilli xəstəlik olub, ailədən, kollektivdən, yaşayış 
məntəqəsinin  sərhəddindən  kənara  çıxmır  və  bir-biri  ilə  vahid  infeksiya  mənbəyi, 
yoluxma yolları və amilləri ilə bağlıdır. 
Epidemiya  (yunanca  «epi»-üzərinə,  «demos»  -  xalq,  əhali).  Epidemiya  - 
sporadik xəstələnmə səviyyəsindən yüksək olan (məsələn, qrip üçün, adi səviyyədən 
5-10 dəfə çox) və ya onun qeydə alınmadığı yerdə baş verən xəstələnmədir. 
Sporadik xəstələnmənin səviyyəsinin yüksəlməsi və böyük miqdarda epidemik 
ocaqların əmələ gəlməsi ilə özünü göstərən yoluxucu xəstəliyin intensiv yayılmasına 
epidemiya  deyilir  (İ.İ.  Yolkin,  1973).  Başqa  sözlə  desək,  müəyyən  ölkəni  (şəhəri, 
kollektivi)  əhatə  edən,  eyni  infeksiya  mənbəyindən  baş  verən  və  yoluxma  yolları 
ümumi olan, eləcə  də bir-birilə yoluxma zənciri ilə əlaqəli  olan, əhali arasında  eyni 
adlı  yoluxucu  xəstəliyin  kütləvi  yayılmasına  epidemiya  deyilir  (D.V.Vinoqradov-
Voljinski,1973).  Burada  epidemik  prosesin  gərginliyinin  kəmiyyət  meyarını 
qiymətləndirmək  çətinlik  törədir,  çünki  hər  bir  epidemiya  müxtəlif  gərginliyə 
malikdir. 
Epidemiya  bir  neçə  ölkəni  və  qitəni  əhatə  edə  bilər.  Epidemiya  dövründə 
müəyyən ərazidə yaşayan əhali arasında xəstələnmə 2-5-10- 20 dəfə və daha çox arta 
bilər  ki,  bu,  epidemik  prosesin  gərginliyindən  asılıdır.  Müəyyən  rayonda,  şəhərdə, 
ölkədə  xəstələnmə  səviyyəsinin  xeyli  yüksəlməsinə  bir-birilə  əlaqəsi  olmayan  bir 
neçə  epidemiyaların  baş  verməsi  səbəb  ola  bilər.  Xəstəliyin  epidemioloji 
xüsusiyyətlərindən  və  onun  yayılma  şəraitindən  asılı  olaraq,  epidemiyalar  qısa 
müddətdə,  sürətlə  və  ya  yavaş  inkişaf  edirlər.  Yavaş  inkişaf  edən  epidemiya  uzun 
müddət sürür və xəstəliyin səviyyəsi yüksək olaraq qalır. 
Epidemiyalar  baş  vermə  vaxtına,  yayılma  ərazisinə,  intensivliyinə,  inkişaf 
mexanizminə görə tosnif edilirlər. Kəskin bağırsaq infeksi- yalarının epidemiyalarının 
diferensiasiyası təsnifat meyarı sayıla bilər. 
Pandemiya  (yunanca  «pandemiya»  -  ümumxalq  hadisəsi).  Pandemiya  - 
yoluxucu xəstəliklərin ölkənin bütün ərazisində, qonşu dövlətlər, bəzən isə dünyanın 
bir  çox  ölkələrində  yayılması  ilə  xarakterizə  olunur.  Yəni  pandemiya  yoluxucu 
xəstəliyin  bir  neçə  ölkə  və  ya  qitə  arasında  kütləvi  yayılması  ilə  səciyyələnən 
epidemik  prosesin  intensivliyinin  bir  formasıdır.  Keçən  əsrdə  dəfələrlə  qrip,  vəba 
pandemiyalan olmuş, İİY-infeksiyanın pandemiyası başlanmışdır. 
Bəzi  xəstəliklər  (qrip,  təbii  çiçək,  taun,  vəba)  qısa  müddət  ərzində  geniş 
miqyasda yayılaraq, bütün dünya ölkələrini və ya bir 
54 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə