Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə25/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   117

Bir  sıra  xarici  ölkəloıdo  çirkab  sular  ilə  çirklənmiş  su  hövzələrində 
yetişdirilmiş  dəniz  ilbizinin  qida  məqsədilə  istifadə  edilməsi  nəticəsində  qarın 
yatalağı və viruslu hepatitlə kütləvi xəstələnmə qeydə alınmışdır. Bağırsaq qrupu və 
digər xəstəliklərin törədiciləri ilə yoluxmuş çöıok, çiy tərəvəz və meyvə də patogcıı 
törədicilərin  yayılmasında  iştirak  edirlər.  Bu  qida  məhsulları  ilə  yoluxma  tək-tək 
təsadüf olur, çünki patogen törədicilər onlarda inkişaf etmir. 
Məişət və istehsalat əşyaları xəstəliklərin yoluxma amilidir 
Xəstə  və  ya  basilgəzdirənlər  tərəfindən  xarici  mühitə  ifraz  edilmiş  patogen 
mikroblar ətraf mühitdə yerləşən əşyaların üzərinə düşə bilər. Əşyalar törədicilərlə 
hava  (tozla)  və  həşəratlar  vasitəsilə  də  çirklənə  bilər.  Patogen  mikroblar  bu 
əşyaların  üzərində  adətən  artmırlar  və  tədricən  məhv  olurlar.  Xəstəliyin 
yayılmasında  iştirak  edən  xəstəlik  törədiciləri  ilə  çirklənmiş  əşyaların  rolu  eyni 
deyildir.  O,  çirklənmənin  dərəcəsindən,  törədicilərin  ətraf  mühitdə  saxlanma 
müddətindən  və  nəhayət  sağlam  şəxslər  tərəfindən  əşyaların  istifadə  edilməsinin 
tezliyindən (daha çox, az hallarda, nadir hallarda) asılıdır. 
Digər  əşyalarla  müqayisə  etdikdə  qab-qacağm  (qaşıq,  stəkan,  nimçə  və  s.) 
epdemioloji  əhəmiyyəti  daha  böyükdür.  Törədici  ilə  çirklənmiş  qab-qacağın 
istifadəsi  nəticəsində  vərəm,  sifilis,  difteriya,  skarlatina,  cpidcmik  parotit,  qrip, 
bağırsaq və digər qrup xəstəliklərlə yoluxma baş verir. Oyuncaqlar yuxarıda adları 
çəkilən törədicilərlə 
çirklənmiş olarsa, uşaqların yoluxmasına gəlirib çıxarar. 
 • • 
Ust  və  alt  paltar,  üz  və  burun  dəsmalı,  baş  geyimi  və  s.  kimi  geyim 
əşyalarının  da  yoluxucu  xəstəlik  törədicilərinin  ötürülməsində  böyük  əhəmiyyəti 
vardır. Bu əşyaları sağlam və xəstə şəxslər işlədərsə qoturluq, göbələk və digər dəri 
xəstəliklərini,  eləcə  də  traxoma,  bağırsaq  qrupu  xəstəlikləri,  səpgili  yatalaq  və  s. 
yoluxucu  xəstəlikləri  ilə  yoluxa  bilərlər.  Törədicilərlə  çirklənmiş  xəz  boyunluq 
vasitəsilə  qara  yaranın  dəri  növünün  əmələ  gəlməsi  məlumdur.  Nəhayət,  geyim 
paltarından  bir  neçə  şəxsin  birgə  istifadə  etməsi  zamanı  pedikulyozun  yayılması 
üçün əlverişli şərait yaranır. 
Patogen törədicilərin ötürülməsində mebel, divar, döşəmənin yoluxma amili 
kimi əhəmiyyəti nisbətən zəifdir. Bu, onunla izah edilir ki, onlar çox az çirklənirlər, 
insanlar  onlarla  nisbətən  az  təmasda  olurlar.  Doğrudur,  xəstələrin  ifrazatları  ilə 
çirkləndikdə  çox  böyük  olmayan  xəstələnmə  halları  baş  verir  (məsələn:  vərəmdə, 
tulyaremiya 
77 
downloaded from KitabYurdu.org


zamanı  toz  vasitəsilə  və  s.).  Yoluxucu  xəstəliklərin  (xüsusilə,  bağırsaq  qrupu 
xəstəliklərinin) törədiciləri ilə həddən çox çirklənmiş ayaqyolu qapısının tutacaqları 
xəstəliyin sağlam şəxslərə ötürülməsində yoluxma amili kimi iştirak edə bilər. 
V.D.Belyakovun epidemik prosesin daxili özünütənzimləmə 
nəzəriyyəsi 
Hər  bir  nəzəriyyə  o  vaxta  qədər  yaşayır  ki,  o,  yeni  xəstələnmə  hallarını  və 
faktlarını  səmərəli  şəkildə  izah  cdo  bilir,  praktik  tövsiyələr  isə  arzuedilən  effekt 
verir.  Biologiya  elmində  ümumilikdə  (təbabət  -  biologiya  elminin  hissəsidir)  və 
epidemiologiyada  mövcud  nəzəriyyələr  arasında  hər  şeydən  əvvəl  İ.N.Pavlovski 
tərəfindən  işlənmiş  yoluxucu  xəstəliklərin  təbii-ocaqlılıq  nəzəriyyəsi  və 
L.V.Qromaşevski  tərəfindən  verilmiş  antroponoz  infeksiyaların  törədicilərinin 
yoluxma  mexanizmi  nəzəriyyəsi  xüsusi  rol  oynayır.  XX  əsrin  ikinci  yarısından 
etibarən  qeydə  alınan  yoluxucu  xəstəliklərin  strukturu  kəskin  yüksək-  kontagioz 
manifest formaların xüsusi çəkisinin azalması və xronik, hospital, ləng inkişaf edən, 
sapronoz  və  şərti-patogen  törədicilərlə  şərtlənən  xəstəliklərin  xüsusi  çəkisinin 
artması  şəklində  özünü  göstərir  ki,  bu  da  əksepidemik  tədbirlərin  effektivliyinin 
aşağı  olması  və  «qayıdan  infeksiyalar»  probleminin  yaranması  ilə  bağlıdır.  Bütün 
bunlar L.V.Qromaşevskinin «triada» konsepsiyasına dair baxışların dəyişdirilməsini 
tələb edir. 
Toplanmış faktlar əksepidemik fəaliyyət konsepiyasının yenidən işlənməsini 
və hər şeydən əwəl bir sıra nəzəri və təcrübi məsələlərin həll edilməsini tələb edir: 
1)
 
kollektivdə  yaranan  gətirilmə  xəstəliklərin  spesifik  törədicilərin  dövranı 
sayəsində baş verən xəstəliklərdən diferensiasiyasının mürəkkəbliyi; 
2)
 
tək-tək  və  çoxsaylı  xəstələnmə  ocaqlarının  məhdudlaşdmlmasmda  meydana 
çıxan  çətinliklər  və  şərtiliklər,  həmçinin  epidemik  ocağın  mövcudolma 
müddətinin,  təbdirlərin  həcmi,  onların  aparılması  və  başa  çatdırılması 
müddətlərinin təyin edilməsi
3)
 
klinik-epidemioloji proqnozun kəmiyyət və keyfiyyət meyarlarının olmaması 
və  ya  aşağı  informativliyi,  həmçinin  ekoloji  proqnozlaşdırmanın  vahid 
sisteminin  yaradılmasının  zəruriliyi;  Bu  kimi  bir  sıra  məsələlərin  həlli 
V.D.Belyakov tərəfindən 
işlənib hazırlanmış parazitar sistemlərin özünütənzimləmə nəzəriyyəsi ilə bağlıdır. 
78 
downloaded from KitabYurdu.org


1970-1980-ci illərdə antroponozları öyrənərkən V.D.Belyakov və əməkdaşları 
ilk  dəfə  olaraq,  epidemik  prosesin  daxili  özünütən-  zimləmə  nəzəriyyəsini  işləyib 
hazırladı. O, yoluxucu xəstəliklərin pa- talogiyasına həsr edilmiş bir çox məlumatları 
təhlil edərək, parazitar sistemlərin özünütənzimləmə nəzəriyyəsinin əsas müddəalarını 
verdi. 
Bu nəzəriyyənin epidemiologiya üçün əhəmiyyəti çox böyükdür. Çünki indiyə 
qədər  təbiətdə  xəstəliklərin  özünütənzimlomosinin  strukturu  tam  aydın  edildi.  Bu 
nəzəriyyədə aşağıda göstərilən əsas dörd müddəa onun mahiyyətini aydın izah edir: 
1.
 
Parazit  və  sahib  populyasiyalarının  bir-birinə  münasibətdə  genotipik  və 
fenotipik heterogenliyi; 
2.
 
Bir-birinə  təsir  edən  populyasiyaların  bioloji  xassələrinin  bir-  birilə  əlaqəli 
dəyişilməsi; 
3.
 
Epidemik  prosesin  inkişafının  qeyri-bərabərliyini  təyin  edən  parazit 
populyasiyasının  mərhələlər  üzrə  dəyişməsində  sosial  və  təbii  şəraitin 
tənzimləyici əhəmiyyəti. 
4.
 
Parazit və sahib populyasiyalarının heterogenliyi. 
Parazitar sistemlərin özünütənzimləmə nəzəriyyəsi epidemio- logiyanın bir elm 
kimi  inkişafında  yeni  addım  idi.  Onun  sayəsində  elmi  və  təcrübi  epidemiologiya 
ümumtibb elmi səviyyəsinə qalxdı və profilaktik səhiyyənin həqiqi diaqnostik fənninə 
çevrildi. 
Parazitar  sistemlərin  özünütənzimləmə  nəzəriyyəsinin  əsasında  aşağıdakılar 
durur: 

 
Törədici-parazit və sahib populyasiyasının genotipik və fenotipik heterogenliyi 
(törədici  tərəfindən  patogenlik/virulentlik,  kontagiozluq  və  immunogenlik, 
sahib  tərəfindən  -  həssaslıq,  yoluxuculuq,  immunitet  əmələ  gətirmə 
qabiliyyəti); 

 
Epidemik prosesin gedişində törədici populyasiyasının sahib populyasiyası ilə 
qarşılıqlı əlaqəsinin dəyişkənliyi
® Epidemik prosesin gedişində və cpidemiyaarası dövrdə parazit populyasiyasının 
fazalı  özünütonzimləmosi.  Bu  zaman  aşağıdakı  fazalar  ayırd  edilir:  1) 
rezervasiya fazası (cpidemiyaarası dövr) bu dövrdə törədicinin populyasiyası 
kifayət  qədər  homogendir,  heterogenlik  yüksək  deyildir,  virulcntlik  aşağıdır, 
törəcinin  sayı  azdır;  2)  epidemik  dəyişmə  fazası  (epidemiyaarası  dövr)  - 
parazit populyasiyasının generasiyası ilə təzahür edir, homogenlik aşağı düşür, 
virulentlik  artır,  törədicilərin  sayı  çoxaln”  3)  epidemik  yayılma  fazası 
(xəstələnmənin  epidemik  yüksəlişi)  -  bu  dövrdə  törədicinin  populyasiyası 
nisbətən homo- 
79 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə