Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə26/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   117

gendir,  hcterogcnlik  azalmışdır,  virulentlik  yüksəkdir,  törədicilərin  sayı 
çoxdur;  4)  rczcrvasion  dəyişilmə  fazası  (epidemik  yüksəlişin  zirvəsi  və 
xəstələnmənin  enmə  dövrü)  -  parazit  populyasiyasının  heterogenliyinin 
generasiyası ilə təzahür edir, homogenlik azalır, virulentlik zəifləyir, törədici 
populyasi- yasının sayı azalır; 5) tsikl təkrarlanır. 
Parazitar  sistemlərin  özünütənimləmə  nəzəriyyəsinin  müddəalarından 
görünür  ki,  əksepidcmik  işin  təşkilində  insan  populyasi-  yasında  törədicinin 
kənardan  gətirilməsinə  dair  göhnəlmiş  fikirlərdən  imtina  etmək,  yoluxma 
mexanizminin  rolunu  və  bizim  onu  qırmaq  imkanımızı  həddən  artıq  şişirtməmək 
lazımdır. Bu nəzəriyyəyə görə yoluxma mexanizmini tibbi tədbirlərlə qırmaq olmaz, 
ona  görə  də,  əhalinin  həyat  təminatının,  o  cümlədən  kommunal  təminatının  yax-
şılaşdırılması  üzrə  fəaliyyətin  gücləndirilməsi  məsələsi  qüvvədə  qalır.  Ölkədə 
müxtəlif  səviyyələrdə  icraçıların  əlaqəsini  təmin  elməyə  qabil  olan  əksepidcmik 
fəaliyyətin  idarə  edilməsinin  avtomatlaşdırılmış  sistemi  vacibdir.  Bunun  üçün 
xəstələnmə  və  digər  göstəricilər,  dövr  edən  törədicilərin  və  digər  zərərli  amillərin 
səciyyəsi,  əhalinin  immun  strukturu,  risk  amilləri  üzrə  sanitar-epidemioloji 
məlumatların toplanması və işlənməsi aparılmalıdır, insanı həyat boyunca müşayiət 
edən  bütün  qeydiyyat  formalarının  tərtib  olunması  lazımdır,  belə  ki,  məhz  bu 
məlumatların  əsasında  fərdi  profilaktikaya  və  xəstəliklərin  müalicəsinə  nail  olmaq 
mümkündür.  Sanitar-epidemioloji  idarələrin  işində  əsas  diqqət  sanitar-epidemioloji 
nəzarət,  mikrobioloji,  immu-  noloji  skrininq  və  sanitar-gigiyenik  (ekoloji) 
monitorinqə yönəldilməlidir. 
Y.N.Pavlovskinin yoluxucu xəstəliklərin 
təbii-ocaqlılığı haqqında təlimi 
İnsanlar  arasında  yoluxucu  xəstəliklərin  bir  qisminin  baş  verməsində  vəhşi 
heyvanların iştirak etməsi qədimdən məlum idi. Lakin uzun müddət bu xəstəliklərin 
törədiciləri, onların yoluxma mexanizmi və yoluxma amilləri (keçiriciləri) haqqında 
məlumat  yox  idi.  Bunu  taunun  timsalında  izləyə  bilərik.  Qədim  yunan  tarixçisi 
Herodotun  əsərlərindən  görünür  ki,  taun  insanlara  eramızdan  min  il  əvvəl  məlum 
imiş və xəstəliyin baş verməsi siçanların kütləvi şəkildə insanın yaşayış yerlərinə üz 
tutması  ilə  əlaqələndirilirmiş.  Monqolustanda  bu  xəstəliyin  insanlara  xəstə 
tarbaqanlardan (çöl siçanı) 
80 
downloaded from KitabYurdu.org


keçdiyini  bilərək,  onu  əsrlər  boyu  tarbaqan  xəstəliyi  adlandırmışlar,  insanlar  arasında 
xəstəlik  baş  verdikdə  onu  yaşadığı  alaçıqda  qoyub  gedərdilər.  Xəstəlik  ölümlə 
nəticələnəndə çox vaxt meyidi alaçıqda və xəstənin əşyaları ilə birlikdə yandırır və ya 
tərk edirdilər. 
Bütün  bunlara  baxmayaraq,  yalnız  XX  əsrin  əvvəllərində  görkəmli  rus  alimi 
D.K. Zabolotnı və onun tələbəsi V.İ.tsayev xəstə taıbaqanların daxili üzvlərindən taun 
bakteriyalarını ayırd etdikdən (təcrid edəndən) sonra ilk dəfə olaraq vəhşi gəmiricilərin 
bu xəstəliyin təbiətdə infeksiya mənbəyi olması fikri elmi surətdə sübut edildi. 
Akademik  Y.N.Pavlovski  və  onun  tələbələri  P.A.Petrişeva,  N.I.Latışev, 
Y.P.Vlasov  və  I.V.Qusyev  tərəfindən  aparılan  tədqiqat  (1931-1938)  göstərdi  ki,  bu 
xəstəliyin təbiətdə infeksiya mənbəyi Türkmənistanda böyük qum siçanlarıdır, onların 
yuvalarında  yaşayıb  artan  Flebotomus  hünüləri  isə  vəhşi  gəmiricilərdən  xəstəliyin 
insanlara yoluxmasına səbəb olurlar. 
Əldə  edilən  məlumata  istinad  edərək  akademik  Y.N.Pavlovski  yeni  “təbii  - 
ocaqlılıq”  təlimini  yaratdı.  Bu  təlim  tezliklə  beynəlxalq  tibb  və  biologiya  aləmində 
qəbul edildi. 
Məlumdur  ki,  yer  üzərində  insan,  heyvan  və  bitkilərin  xəstəlikləri  mövcuddur. 
Heyvanların  xəstəlikləri  zoonozlar  (yunan  sözü  “zoon”  -  heyvan,  “nozos”  -  xəstəlik) 
adlanır.  Zoonozların  müəyyən  qismi  ancaq  heyvanlarda  xəstəlik  törədir,  insanlar  isə 
xəstələnmirlər  (məsələn:  iribuynuzlu  heyvanların  taunu,  donuzların  taunu  və  s.). 
Zoonozların bır qismi isə əlverişli şərait yarandıqda insanlara birbaşa yoluxur və yaxud 
müxtəlif  vasitələrlə,  o  cümlədən,  onların  ektoparazitləri  ilə  yoluxurlar.  Bu  amillər 
“canlı  keçiricilər”  adlanır.  Belə  xəstəliklərə  transmissiv  xəstəliklər  (“transmissiya”  - 
keçirmək sözündəndir) deyilir. 
Antropozoonoz  xəstəliklər  isə  insanlara  heyvanlardan  yoluxmuş  xəstəlikləri 
bildirir (“antropos” -insan, “zoon”-heyvan, “nozos”-xəstə- lik). Belə xəstəliklərə misal 
olaraq quduzluq və bu qəbildən olan xəstəlikləri göstərmək olar. Bir qrup xəstəliklər də 
vardır  ki,  yoluxma  canlı  keçiricilərin  iştirakı  olmadan  baş  verir  (məsələn:  təbii  çiçək, 
difteriya,  skarlatina  və  b.).  Onlann  törədiciləri  xəstədən  hava,  təmas  və  digər  yollarla 
keçir. Bəzi xəstəliklərin törədiciləri həm canlı keçirici vasitəsilə, həm də onların iştirakı 
olmadan bir sahibdən digərinə keçir (məsələn, tulyaremiya 40 növdən çox gəmirici və 
onlarla  gənə  növlərindən  başqa,  həm  də  su  vasitəsilə  və  xəstə  heyvanların  dərisini 
soyarkən keçə bilər). 
Xəstəliklərin  bir  qismi  isə  ancaq  insanlara  məxsusdur:  bunlara  misal  qızılca, 
skarlatina, difteriya və s., transmissiv xəstəliklərə isə 
81 
downloaded from KitabYurdu.org


malyariyanı  göstərmək  olar.  Belə  xəstəliklər  antroponoz  xəstəliklər  adlanır 
(“antropos” - insan, “nozos” xəstəlik). 
Müəyyən ərazidə daim rast gələn, kənardan gətirilməyən xəstəliklərə endemik 
xəstəliklər deyilir. 
Qansoran  həşərat  və  gənələr  xəstələrin  qanını  sorarkən  onunla  birlikdə 
xəstəliyin  törədicilərini  də  udurlar.  Əgər  qansoran  həşəratın  daxili  mühiti 
əlverişlidirsə,  törədicilər  orada  inkişaf  edir  və  ya  ömrünün  bir  hissəsini  keçirir  və 
təkrari qansorma zamanı törədicini yoluxdurmaq qabiliyyətinə yiyələnirlər. 
Törədiciləri  keçiricilərlə  ötürmək  qabiliyyətinə  malik  olan  xəstələr  və  ya 
parazitgəzdirənlər  törədici  ilə  yoluxmuş  canlı  donor,  törədiciləri  qəbul  edən  (alan) 
orqanizm isə resipiyent adlanır. Törədicini qəbul edən (resipiyent) orqanizm heyvan 
və insan ola bilər. 
Transmissiv  xəstəliklərin  əksəriyyətində  törədici  ancaq  canlı  keçiricilərlə 
yayılır  (sarı  qızdırma  zamanı  Aedes  cinsindən  ağcaqanadları;  malyariya  zamanı 
Anofeles  cinsindən  olan  ağcaqanadları;  gənə  ense-  falitində  Jxodes  persulcatus  və 
digər iksodid gənələri və s.). Bunlar spesifik obliqat transmissiv xəstəliklər adlanırlar. 
Bir çox transmissiv xəstəliklərin mənbəyi (ocağı) insan yaşamayan yerlərdə - 
təbiətdə  olur.  Belə  xəstəliklərin  ocağı  təbii,  xəstəliklərin  özü  isə  təbii-ocaqlı 
xəstəliklər adlanır. Transmissiv və parazitar xəstəliklərin təbii ocağı biosenoz təşkil 
edərək  kompleks  heyvanlara  malik  müəyyən  coğrafi  landşaftın  ərazisində  yerləşən 
biotop və ya sahədir; bu zaman əlverişli mikro və makro iqlim şəraitində biosenozun 
tərkib hissələrinin növ və növarası əlaqələri təbii ocaqda törədicinin arasıkəsilmədən 
dövr etməsini təmin edir. Təbii ocaq törədicinin mütəmadi dövr etməsi hesabına uzun 
müddət saxlanır. Təbii-ocaqlı transmissiv xəstəliklər aşağıdakı xassələrə malikdirlər: 
Hər  bir  transmissiv  xəstəliyin  inkişafı  infeksiya  mənbəyi  ilə  keçirici  və 
resipiyent  arasındakı  münasibətdən  asılıdır,  keçirici  donorun  qanını  sorduğu  zaman 
yoluxur. Təkrari qansorma zamanı o, donordan aldığı törədicini resipiyentə - heyvana 
keçirir. Yoluxmuş resipiyent isə öz növbəsində yeni keçiricilər üçün donor ola bilər. 
Beləliklə,  bu  proses  təkrarlanaraq  törədicinin  bir  orqanizmdən  digərinə  keçməsini 
təmin edir. 
Təbii  ocaqda  törədicinin  saxlanmasını  təmin  edən  elementlərin  cəminə  isə 
biosenoz  deyilir.  Qeyd  etmək  lazımdır  ki,  biosenozu  təşkil  edən  elementlər  bir-
biriləri  ilə  müxtəlif  əlaqədə  olur,  bu  əlaqələr  biosentik  əlaqələr  adlanır.  Bu  növ 
əlaqələr öz xüsusiyyətinə görə müxtəlif olur: bir halda bunlann arasında qida (trofik) 
əlaqəsi ola bilər
82 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə