Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə27/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   117

belə  olduqda  tərkib  hissəsinin  biri  o  birisi  üçün  qida  rolunu  oynayır;  digər  halda  bu 
təmas  xarakterli  ola  bilər,  bu  zaman  bir  tərkib  hissəsi  o  biri  ilə  təmasda  olur  və  ya 
onlar (ayrı-ayn elementlər) bir-birilə görüşürlər. 
insanın  fəaliyyətinin  təbiətə  və  təbii  ocaqlara  belə  təsirinə  antropur-  gik  təsir, 
yaranmış yeni ocaqlar isə antropurgik ocaqlar adlanır (“antro- pos” - insan, “urgeo” - 
eləyirəm,  təsir  edirəm).  Təbii  ocaqda  biosenozun  epizotoloji  və  epidemioloji 
əhəmiyyətini  öyrənmək  məqsədilə  ən  əvvəl  törədicinin  dövranında  əsas  rol  oynayan 
tərkib  hissələrini  kompleks  şəkildə  öyrənmək  lazımdır.  Biosenozun  əsas 
komponentləri törədici, onun donoru - heyvan, keçiriciləri və resipiyentləridir. 
HEYVANLAR INFEKSIYA MƏNBƏYİ KIMI 
İnsanın yoluxucu və invaziv xəstəliklərinin böyük bir qrupunu zoonozlar təşkil 
edir.  Bu xəstəliklərdə infeksiya  mənbəyi rolunu müxtəlif  növ  ev, kənd təsərrüfatı  və 
vəhşi  heyvanlar,  o  cümlədən,  müxtəlif  növ  quşlar,  bəzi  hallarda  sürünənlər, 
amfıbiyalar və balıqlar oynayırlar. Bu xəstəliklər sırasına vərəm, bruselyoz, qara yara, 
manqo,  quduzluq,  salmonelyoz,  listerioz,  erizopeloid,  dabaq,  leptospiroz,  Kü-
qızdırması, toksoplazmoz, trixinelyoz və başqaları aiddir. 
İnsanların  bu  xəstəliklərin  törədiciləri  ilə  yoluxması  onlardan  alınmış 
məhsullardan qidalanmada (ət, süd və süd məhsulları), məişətdə (heyvanın yunundan 
və dərisindən) istifadə etdikdə, eləcə də onlara qulluq edərkən baş verir. MDB ölkələri 
ərazisində  13  fəsi  ləyə  aid  145  gəmirici  növü  məlumdur.  Onların  60-dan  çoxunun 
müxtəlif  xəstəliklərdə  infeksiya  mənbəyi  kimi  iştirakı  müəyyən  edilmişdir. 
Azərbaycanda yayılmış 30 növ  gəmiricilərdən 15-dən  çoxu  təbii ocaqlarda infeksiya 
mənbəyi  rolunu  oynayırlar.  Bunların  müəyyən  qismi  yaşayış  məntəqələrinin 
yaxınlığında (yarımsinantrop) və ya bilavasitə evlərdə (sinantroplar) yaşayaraq insanla 
bilavasitə  təmasda  olurlar.  Bu  gəmiricilərdən  xəstəliyin  yoluxmasında  onların 
ektoparazitləri mühüm rol oynayır. Gəmiricilərin infeksiya mənbəyi kimi təhlükəsi də 
ondan  ibarətdir  ki,  onlar  çox  tez  artırlar.  Belə  ki,  gəmiricilər  çox  cavankən  (8 
həftəlikdən)  balalamağa  başlayırlar,  bəziləri  (boz  siçovul)  9  ay  ərzində  8  dəfə 
balalayaraq 50-dən  150-yə kimi bala verir. Yüksək balalama xüsusiyyəti  zoonozların 
epizootiyalarına səbəb olur, nəticədə insanların yoluxma təhlükəsi artır. 
83 
downloaded from KitabYurdu.org


 
Heyvanların adlan 
Nozoloji formalar 
Qaramal 
Bruselyoz, qara yara, salmonelyoz, botulizm, liste- rioz, 
toksoplazmoz, pasterelyoz, vərəm, leptospirozlar, 
xlamidiyalar, Kü-qızdırması, dabaq, quduzluq, arboviruslar
stafilokoklar və streptokoklar törədən xəstəliklər, 
helmintozlar və s. 
Camışlar 
Xlamidiyalar, bruselyoz, leptospiroz, Ku- qızdırması, 
toksoplazmoz 
Dəvələr 
Toksoplazmoz, taun 
Zebu 
Xlamidiyalar, bruselyoz, toksoplazmoz, leptospiroz 
Qoyunlar 
Listerioz, psevdotuberkulyoz, qara yara, bruselyoz, vərəm, 
leptospiroz, toksoplazmoz, tetanus 
Keçilər 
Listerioz, psevdotuberkulyoz, qara yara, bruselyoz, vərəm, 
leptospiroz, toksoplazmoz, tetanus 
Donuzlar 
Bruselyoz, listerioz, leptospirozlar, toksoplazmoz, 
xlamidiyalar, vərəm, Ku-qızdırması, bəzi helmintozlar və s. 
Atlar 
Ku-qızdırması, toksoplazmoz, manqo, dabaq, arboviruslar 
törədən xəstəliklər və s. 
İtlər 
Toksoplazmoz, xlamidiyalar, helmintozlar, Ku- qızdırması, 
leptospirozlar və s. 
Pişiklər 
Toksoplazmoz, xlamidiyalar, helmintozlar, leptospirozlar 
Gəmiricilərin  epidemioloji  təhlükəsi  törədicilərdən  asılı  olaraq  fərqlənir.  Bir 
halda  onlar  mühüm  infeksiya  mənbəyi  kimi  (taun,  tul-  yaremiya,  leptospirozlar, 
sodoku və $.), başqasında ancaq fakültativ infeksiya mənbəyi (quduzluq və s.), digər 
halda  isə  törədicinin  mexaniki  keçiricisi  (qarın  yatalağı,  dizenteriya  və  s.)  rolunu 
oynayırlar. 
Quşlar və onlarin epidemioloji əhəmiyyəti 
Quşlar  təbiətdə  ən  çox  yayılmış  heyvanlar  qrupuna  aiddir.  Quşların  dəstə, 
sinif və növlərinin sayı çoxdur. Hazırda dünyada 8500-dən çox quş növü məlumdur, 
onlardan 700-dən çoxu MDB ölkələri ərazisində qeydə alınmışdır. Bunlar ev quşları, 
sinantrop quşlar və koloniya halında yaşayan vəhşi quşlardan ibarətdir. 
84 
downloaded from KitabYurdu.org


Ev  quşlarına  əsasən  toyuq,  hind  toyuğu,  ördək  və  qazlar,  eləcə  də  dekorativ 
məqsədlə  evdə  saxlanılan  quşlar  (bülbül,  göyərçin,  tutuquşu  və  b.)  aiddir.  Bunlar 
insanlarla ən yaxından təmasda olan quşlar cərgəsinə daxildir. Ev quşlarının bir qismi 
(ən çox toyuq, ördək, hind toyuğu) quşçuluq fabrikləri, fermalarında və sovxozlarında 
istehsal məqsədilə saxlanılır. 
Sinantrop  quşlara  adətən  yaşayış  məntəqələrində  yaşayıb  artan  və  həyatının 
müəyyən  dövrünü  burada  keçirən  quşlar  aiddir,  bunların  arasında  göyərçin  və  sərçə 
dəstələrinə mənsub quşlar çoxluq təşkil edirlər. 
Koloniya halında yaşayan quşlara müxtəlif dəstəyə daxil olan çoxlu quş növü 
aiddir,  onların  bir  qismi  köçəri  quşlardır  ki,  bunlar  ömür  boyu  bir  ölkədən  digərinə 
köçürlər.  Epidemioloji  cəhətdən insan  üçün ən təhlükəlisi ev və sinantrop  quşlardır, 
çünki insan məişətdə və istehsalat şəraitində ən çox bu quşlarla təmasda olur. 
Quşların infeksiya mənbəyi kimi epidemioloji əhəmiyyəti müxtəlifdir. Burada 
quşlara xas olan bir çox cəhətlər, xüsusilə aşağıdakılar mühüm əhəmiyyətə malikdir. 
Sayı  8500-dən  artıq  olan  quş  növündən  çoxu  böyük  miqdarda  toplaşıb  dəstə 
yaratmağa  meyl  etməsilə  fərqlənir.  Bu  onların  arasında  baş  vermiş  xəstəliyin  az  bir 
zamanda geniş yayılmasına səbəb olduğu kimi, xəstəliklərin həssas digər canlılara, o 
cümlədən insanlara yoluxma təhlükəsini də artırır. Quşların əksər növləri az (2-4 il) 
ömür sürdüyündən onlann arasında xəstəliklərə immuniteti olmayan cavan quşlar çox 
olur, bu cəhət xəstəliklərin geniş yayılmasına böyük təsir göstərir. 
Təbii  şəraitdə  quşların  bir  çox  növü  insanlar  üçün  patogen  mikroblara  qarşı 
həssasdır.  Bunların  50-dən  çox  növü  insanın  və  quşların  yoluxucu  və  invazion 
xəstəliklərində  infeksiya  mənbəyi  kimi  müəyyən  edilmişdir.  Beləliklə,  quşlar  həmin 
xəstəliklərin törədicilərinin təbiətdə uzun müddət saxlanmasını təmin edirlər. 
Hazırda  quşların  törədiciləri  viruslar  (gənə  və  yapon  ensefalitləri,  Qərbi  Nil 
qızdırması,  Sindibis  qızdırması  və  s.),  rikketsiyalar  (Kü-  qızdırması,  Asiya  gənə 
rikketsiozu  və  b.),  bakteriyalar  (salmonelyoz,  bruselyoz,  listerioz,  vərəm  və  s.), 
spiroxetlər  (leptospiroz,  gənə  spiro-  xetozu),  ibtidailər  (toksoplazmoz  və  s.), 
göbələklər  (histoplazmoz  və  b.),  xlamidiyalar  (ornitoz  və  s.)  və  parazit  qurdlar 
(trixinellyoz və s.) olan xəstəliklərdə infeksiya mənbəyi rolu oynadığı məlumdur. 
Qeyd  edilən  xəstəlik  törədicilərinin  vəhşi  quşlar  və  məməlilər  arasında, 
çoxlarının isə həşəratlar arasında dövr etməsi yoluxucu xəstəliklərin təbii ocaqlarının 
yaranmasını və uzun müddət saxlanmasını təmin edir. 
85 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə