Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə34/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   117

həmçinin müxtəlif avadanlıqların səthinin zərərsizləşdirilməsi məqsədilə tətbiq edilir. 
Hazırda  çoxlu  sayda  xarici  dezinfeksiya  vasitələri  vardır.  Kimyəvi 
dezinfeksiya  vasitələri  bu  və  ya  digər  dərəcədə  toksik  preparatlar  olmaqla 
insanlara,  heyvanlara,  bitkilərə  zərərli  təsir  göstərdiyi  üçün  qanunla  hər  bir 
dezinfeksiya  vasitəsinin  dövlət  qeydiyyatından  mütləq  keçməsi  lazımdır.  Bu, 
məcburidir və onların tətbiqi və scrtifıkasiyası üçün labüddür. 
Sertifikasiyadan  keçmiş  dezinfeksiya  vasitələri  arasında  ala-  minol, 
kalsium hipoxlorit, xloramin B, xlorlu əhəng (tərkibində 28- 35% aktiv xlor olan 
kalsium duzlarının qarışığı), natrium hipoxlorit, blanizol, virkon, kalsium xloridin 
iki-üç  əsaslı  duzu,  dezam,  dixlor-1,  javelion,  klorsept,  presept,  lizoformiıı  3000, 
xlorsin, sterillium, crigid forte, dekoneks 50 plyus, septodor-foı te. 
Dezinfeksiya məqsədilə həmçinin xaricdə istehsal edilən yuyucu və təmizləyici 
vasitələr işlədilir: «Dczxlor», «Universal», «Uralski», «Vita», «Sana», «Bclka»; 
yemək və mətbəx qabları üçün - «Posudomoy»; sanitaı-texniki və təsərrüfat avadanlığı 
üçün «Blesk», «Kama», «Sanitarnı», «Sanita». 
Pcrhidrol,  etil  spirti,  fenol,  formaldehil,  formalin,  xlorheksidin  biqlükonat 
geniş işlədilir. 
Perhidrol  (hidrogen  peroksid)  yaraların  yuyulması,  qarqara,  qabların 
zərərsizləşdirilməsi  üçün  tətbiq  edilir.  Etil  spirti  çox  vaxt  70%  qatılıqda 
inyeksiyalar  zamanı  dərinin  zərərsizləşdirilməsi,  pinsel  və  digər  alətlərin 
stcrilizasiyası  üçün  işlədilir.  Fenolun  3-5%-li  sulu  məhlulu  yaxşı  bakterisid, 
funqisid  və  virulisid  təsirə  malik  olub  bağırsaq  infeksiyaları,  tənəffüs  yolu 
(vərəmdən  başqa)  infeksiyaları  ocaqlarında  və  bəzi  zoonozlaıda  işlədilə  bilər. 
Onun məhlulu ilə pəncərələr, qapılar, mebellər (cilalanmış və laklanmış mebeldən 
başqa), ağlar işlənir. 
İnsan  üçün  fenol  toksikidir,  dərini  və  selikli  qişaları  qıcıqlandırır,  hətta 
xoralar əmələ gəlir. 
Formaldehid  (qarışqa  turşusunun  aldehidi)  yüksək  bakterisid,  virulisid, 
funqisid  və  sporosid  xassələrə  malikdir;  formaldehidin  40%-  li  sulu  məhlulu 
formalin  adlanır.  Onun  2-3%-li  məhlulu  yaşayış  yerlərində  müxtəlif  əşyaların, 
25%-li məhlulu göbələk xəstəliklərində ayaqqabıların zərərsizləşdirilməsi zamanı 
istifadə  edilir.  Su  buxarı  ilə  birlikdə  formalin  buxar-formalin  dezinfeksiya 
kameralarında paltar və yataq ləvazimatlarının işlənməsi üçün tətbiq edilir. 
103 
downloaded from KitabYurdu.org


Formalin  -  buxar-formalin  kameralannda  buxar  şəklində  işlədilir.  O,  tibbi 
təyinatlı  alətlərin  zərərsizləşdirilməsi  üçün  «üçlü  məhlulun»  (formalin,  fenol  və 
sodalı  sulu  məhlul)  tərkibinə  daxildir.  Formalin  20%-li  məhlul  şəklində  sintetik 
parçaların zərərsizləşdirilməsi üçün tətbiq olunur. 
Xlorheksidin  biqlükonat  (hibitan)  0,5%-li  sulu  və  .spirtli  məhlul  şəklində 
cari və yekun dezinfeksiyada istifadə edilir. Onu cərrahlar əllərin işlənməsi üçün 
işlədirlər. 
Dezinfeksiya vasitələri profilaktiki, cari və yekun dezinfeksiyada işlədilir. 
Bioloji  metod  təmizləyici  qurğularda  və  bioloji  oksidləşdiıici  nohurlarda 
çirkab  sularının  zərərsizləşdirilməsi  üçün  tətbiq  edilir.  Buğumayaqlılarla 
mübarizədə  bioloji  metodlar  da  tətbiq  edilir.  Bu  hallarda  törədicinin 
populyasiyasını  azaltmaq  məqsədilə  parazitlər,  yırtıcılar,  xəstəliklərin  törədiciləri 
(viruslar,  göbələklər,  bakteriyalar,  mikrosporidiyalar),  bioloji  aktiv  maddələr 
(hormonlar,  feromonlar,  stcrilyantlaı)  işlədilir.  Dezinseksiyanın  bioloji  metodu 
buğumayaq-  lıların  bakteriyalar,  viruslar,  göbələklər  və  s.,  həmçinin  yırtıcılar- 
cntomofaqlardan  istifadə  etməklə  bioloji  vasitələrlə  məhv  edilməsinə 
yönəldilmişdir. 
Sterilizasiya  dezinfeksiyanın  mühüm  komponentlərindən  biri  sayılır. 
Sterilizasiya  zamanı  maddələrin  və  əşyaların  mikroorqa-  nizmlərdən  tam  azad 
olması, yəni patogen və qeyri-patogen törədicilərin vegetativ və spor formalarının 
məhvi əldə edilir. Adətən sterilizasiyadan əvvəl steıilizasiyaönü işləmə aparılır ki, 
onu  mexanikləşdirilmiş  və  ya  əl  üsulu  ilə  həyata  keçirirlər.  Mexanikləşdirilmiş 
yuma  iynə,  şpris,  müxtəlif  alətlər  üçün  nəzərdə  tutlan  xüsusi  təyinatlı  yuyucu 
maşınlarda,  əl  üsulu  ilə  yuma  yuyucu  vasitələrdən  istifadə  etməklə  aparılır.  Bu 
zaman əvvəlcə alət 0,5 dəqiqə axar su altında yuyulur, sonra yuyucu məhlulda 15 
dəqiqə 50°C-də isladılır (yuyucu məhlullar hidrogen peroksidlə birlikdə), pambıq-
tənzif  tamponla  və  ya  şotka  vasitəsilə  yuyulur,  axar  su  və  distillə  olunmuş  suda 
yaxalayır,  quıuducu  ste-  rilizatorlarda  isti  hava  ilə  80-85°C-də  rütubət  tam  itənə 
qədər  qurudurlar.  Sterilizasiyaönü  işləmənin  keyfiyyətini  qiymətləndirmək 
məqsədilə  1%-ə  qədər  məmulatlar  qalıq  qan  (benzidin,  ortolidin,  amidopirin 
sınağı) və yuyucu vasitələrin qalığına (fenoftalein sınağı) görə yoxlanılır. 
104 
downloaded from KitabYurdu.org


Sterilizasiyanın  növü  zərərsizləşdirilən  obyektin  keyfiyyətindən  asılı  olub 
buxar, isti quru hava, kimyəvi maddələrin məhlulları, qazlar və ionlaşdıııcı şüalar 
vasitəsilə  aparılır.  Ağların,  sarğı  materiallarının,  cərrahi  alətlərin,  korroziyaya 
davamlı metal və xəlitələrdən hazırlanmış alət və cihazların hissələrinin, üzərində 
200°C  yazılmış  şprislərin,  şüşə  qabların,  rezin  məmulatların  (kateter,  zond, 
boıucuq,  əlcəklər)  işlənməsi  üçün  buxar  stcrilizatorlarından  istifadə  edilir. 
Sterilizasiyadan  əvvəl  cərrahi  ağlar  və  alətlər,  sarğı  materialı  biksləı  də  sərbəst 
şəkildə yığılır. 
Cərrahi və ginckoloji alətlərin, cihaz və aparatların hissə və detallarının, o 
cümlədən  korroziyaya  davamsız  materiallardan  hazırlanmış,  üzərində  220°C 
yazılmış 
şprislərin, 
kəsici 
alətlərin 
zərərsizləşdirilməsi 
üçün 
hava 
stcrilizatorlarından istifadə edilir. 
Korroziyaya  davamlı  materiallardan  hazırlanmış  alətlər,  rezin  məmulatlar 
kimyəvi maddələrin məhlulları ilə zərərəsizləşdirilir. Bunun üçün işlənən material 
ağzı  kip  bağlanan  və  emal,  şüşə  və  ya  plastmass  qablara  yerləşdirir,  məhlulun 
içərisində (6%-li  hidrogen peroksid məhlulu  - 18°C 6  saat ərzində, 50°C-də - 3 
saat ərzində və ya digər məhlulardan 1%-li dezokson-1 məhlulunda - 18°C-də 45 
dəqiqə  ərzində)  saxlanır.  Stcrilizasiya  başa  çatdırıldıqdan  sonra  məmulatlar 
aralarında  5  dəq  interval  olmaqla  iki  dəfə  stcril  suya  salınır,  bundan  sonra 
məmulatlar  stcril  kornsaq  vasitəsilə  içərisi  steril  ağla  döşənmiş  steril  biksə 
keçirilir. Kimyəvi vasitələrlə işlənmiş alətlər həmin gün işlədilir. 
Şüşədən  və  metaldan  hazırlanmış  alətlər  «üçlü  məhlulda»  (2%  formalin, 
0,3% fenol, 1,5% ııatrium bikarbonat) 30 dəqiqə ərzində işlənir. 
Kəsici,  deşici  cərrahi  alətlər,  güzgülü  səthə  malik,  optiki  cihazlar, 
birdəfəlik  istifadə  üçün  nəzərdə  tutulan  əşyalar  və  istiyədavamlı  sintetik 
plastmass məmulatların zərərsizləşdirilməsi sterilizasiyanın qaz üsulu ilə apanlır. 
Bu  zaman  etilen  oksidi,  onun  metilbromid  və  formaldehidlə  qarışığı  işlədilir  və 
proses  qaz  steıilizatorlarında  ağzı  kip  qapalı  halda  həyata  keçirilir.  Stcrilizasiya 
başa çatdırıldıqdan sonra məmulatlar bir neçə sutka ərzində havaya verilir. 
Dezinseksiya  -  yoluxucu  xəstəliklərin  törədicilərin  canlı  keçiriciləri 
sayılan  həşəratlarla  mübarizəyə  yönəldilmiş  tədbirlərdir.  Buraya  profilaktik  və 
qırıcılıq tədbirləri aiddir. 
Profilaktik tədbirlər keçiricilərin çoxalmasına və sağ qalmasına mane olan 
şəraitlərin formalaşmasına yönəldilmişdir. 
105 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə