Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə32/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   117

Beləliklə,  yoluxucu  xəstəliklərin  hər  bir  qrupunun  yoluxma  mexanizmi 
aydınlaşdırdıqdan sonra onlara qarşı profilaktik və mübarizə tədbirlərini tətbiq etməklə 
xəstəliyin inkişafimn qarşısını almaq olar. 
Yoluxma  mexanizminin  aydınlaşdırılması  və  yoluxucu  xəstəliyin  yayılma 
yollarının  müəyyən  edilməsi  və  onlara  qarşı  yönəldilmiş  tədbirlərin  aparılması 
nəticəsində  törədicinin  ötürülməsi  dayandırılır.  Bu  tədbirlər  məcmuyunda  ocağın 
zərərsizləşdirilməsi böyük yer tutur. Dezinfeksiya və dezinseksiya yoluxucu xəstəliyin 
yayılmasında  iştirak  edən  ətraf  mühit  amillərinin  zərəsizləşdirilməsində  əsas 
tədbirlərdəndir. 
Dezinfeksiya  (dezinseksiya)  ocaqlı  və  profilaktik  şəkildə  aparılır.  Ocaqlı 
dezinfeksiya  öz  növbəsində  cari  və  son  (yekun)  dezinfeksiyaya  bölünür.  Cari 
dezinfeksiya  xəstənin  yatağı  yanında  bir  neçə  dəfə  aparılır  (xəstəxanada,  evdə),  son 
dezinfeksiya 
isə 
ocaqda 
xəstə 
(törədicigəzdirən) 
təcrid 
olunandan 
(hospitallaşdırdıqdan,  öldükdən)  sonra  və  ya  sağaldıqdan  sonra  aparılır.  Son 
dezinfeksiya bir dəfə aparılır. 
Profilaktik  dezinfeksiyanın  (dezinseksiya)  aparılması  infeksiya  mənbəyinin 
olub-olmasmdan  asılı  deyildir,  onu  törədicinin  ifraz  edildiyi  və  ətrafa  yayılması 
ehtimalı  olan  yerlərdə  (vağzallar,  poliklinika,  aeroport,  kinoteatrlar,  yeməkxanalar, 
kazarmalar  və  s.)  və  insanların  sıx  toplaşdığı  yerlərdə  həyata  keçirirlər.  Son 
dezinfeksiyanı  məcburi  qaydada  qarın  yatalağı,  paratiflər,  dizenteriya,  vəba,  hepatit, 
poliomielit,  difteriya,  skarlatina,  vərəm,  cüzam,  təbii  çiçək,  səpgili  və  qayıdan 
yatalaqlar,  göbələk  xəstəlikləri,  dabaq,  manqo,  qara  yara  və  taun  xəstəliklərində 
aparırlar.  Yoluxucu  xəstənin  bütün  əşyaları,  məişət  əşyaları,  alt  paltarı,  yataq 
ləvazimatı və qigər əşyaları dezinfeksiya edilir. Ocaqda ilk növbədə ən çox yoluxmuş 
obyektlər  (xəstənin  ifrazatı,  paltar,  qab-qacaq)  zərəsizləşdirilir  və  kamera  üsulu  ilə 
dezinfeksiya etmək  üçün müəyyən  əşyalar (yataq ləvazimatı  - döşək, ədyal  və s., üst 
geyimi, kitab, sənədlər) toplanır. Bunlar dezinfeksiyaedici məhJulla islanmış torbalara 
yığılır  və  dezinfeksiya  müəssisələrinə  göndərilir.  Xəstənin  yatdığı  otaq  dezinfeksiya 
edilir.  Bağırsaq  qrupu  yoluxucu  xəstəliklərinə  qarşı  ocaqda  dezinfeksiya  apararkən 
həyət  ayaqyoluları,  zibil  yeşikləri  və  s.  dezinfeksiya  etmək  lazımdır.  Yoluxucu  xəstə 
evdə  saxlanılarsa  (diaqnoz  qoyulana  qədər),  ocaqda  cari  dezinfeksiya  aparılır.  Onu 
xəstəyə qulluq edən şəxslər yerinə yetirir. Cari dezinfeksiya üzərində nəzarət GEM-lər 
tərəfindən aparılır. 
97 
downloaded from KitabYurdu.org


Həssas orqanizmə qarşı yönəldilmiş tədbirlər 
Bu  və  ya  digər  yoluxucu  xəstəliyə  qarşı  həssaslığı  yaratmaq  və  ya  artırmaq 
məqsədilə  vaksinlərdən  (öldürülmüş,  diri  və  kimyəvi),  immun  zərdablardan 
(immunoqlobulin) və bakteriofaqlardan istifadə edilir. Süni immunizasiya epidemiya 
əleyhinə  tədbir  olmaqla  həmişə  spesifıkdir  və  ancaq  nəzərdə  tutulan  müəyyən 
yoluxucu  xəstəliyə  qarşı  immunitet  yaradır.  Yoluxucu  xəstəliklərə  qarşı  profilaktika 
və  mübarizədə  fəal  immunizasiyaya  böyük  yer  verilir.  Son  onilliklərdə  əksər 
yoluxucu  xəstəliklərə  qarşı  peyvəndlərin  aparılması  nəticəsində  böyük  nailiyyətlər 
əldə edilmişdir. 
Beləliklə,  peyvənd  vasitəsilə  yoluxucu  xəstəliklərə  qarşı  həssaslığın 
azaldılması  və  ya  immunitetin  artırılmasının  yoluxucu  xəstəliklərlə  mübarizədə 
mühüm epidemioloji əhəmiyyəti vardır. Bəzi xəstəliklərə qarşı aparılan immunizasiya 
əhali  arasında  davamlı  immunitet  yaradaraq  törədicinin  ləğvinə  gətirib  çıxara  bilər. 
Təbii  çiçəyə  qarşı  dünya  miqyasında  aparılan  peyvənd  nəticəsində  xəstəliyin  ləğv 
edilməsini buna misal göstərmək olar. 
Yoluxucu xəstəliklərə qarşı mübarizədə, xüsusilə “uşaq infeksiya- larına” qarşı 
aparılan tədbirlər arasında seroprofilaktikanın böyük rolu vardır. Bu məqsədlə qızılca, 
skarlatina,  epidemik  parotit  və  s.  yoluxmuş  xəstələrlə  təmasda  olanların 
xəstələnməsinin qarşısının alınmasında immunoqlobulindən istifadə edilir. 
Həssas  kollektivlərin  spesifik  profilaktikası  ilə  yanaşı,  onların  yoluxucu 
xəstəliklərə  qarşı  ümumi  müqavimətini  artırmaq  lazımdır.  Bu  məqsədlə  fiziki 
məşğələlərdən, vitaminli qida və b. istifadə edilir. 
Hər  hansı  yoluxucu  xəstəliklə  mübarizə  mürəkkəb  işdir  və  geniş  kompleks 
tədbirlərdən  istifadə  edərək  epidemik  prosesin  tərkib  elementlərinə  (infeksiya 
mənbəyi,  yoluxma  mexanizmi,  əhalinin  həssas  təbəqəsi)  təsir  etməklə  ocaqda 
xəstəliyin tezliklə dayandırılması və ləğvini təmin etmək mümkündür. Müasir dövrdə 
yalnız  yoluxucu  xəstəliyə  qarşı  kompleks  epidemiya  əleyhinə  tədbirlərin  həyata 
keçirilməsi ilə mübarizə aparmaq mümkündür. 
98 
downloaded from KitabYurdu.org


DEZİNFEKSİYA 
Dezinfeksiya  vo  dezinscksiya  əksepidemik  işin  tərkib  hissəsi  olub  törədicinin 
yoluxma  yolları  və  amillərinin,  deratizasiya  isə  -  infcksiya  mənbəyinin  aradan 
qaldırılmasına yönəldilmişdir. 
Dezinfeksiya  şəhər  dezinfeksiya  mərkəzinin  vo  Gigiyena  vo  Epidcmiologiya 
Mərkəzlərinin işçiləri tərəfindən həyata keçirilir. Onların tərkibində profilaktik, ocaqlı və 
kamera işləməsi şöbəsi vardır. İşi həkim-dezinfeksionistlər və dezinfektorlar təşkil edir. 
Profilaktik dezinfeksiya şöbəsinin funksional vəzifələrinə müəssisələr və idarələr 
arasında  bağlanmış  müqavilələr  əsasında  dezinfeksiya,  dezinseksiya  və  deratizasiyanın 
aparılması aiddir. 
Ocaqlı  dezinfeksiya  şöbəsi  ev  ocaqlarında,  məktəbəqədər  uşaq  müəssisələrində, 
məktəb-internatlarda, yataqxanalarda, stasionarlarda vo s. zərərəsizləşdirmə aparırlar. 
Kamera  dezinfeksiyası  şöbəsinin  sanitar  buraxıcısı  vardır  və  vərəm,  səpgili 
yatalaq,  viruslu  hepatitlər,  kəskin  bağırsaq  infeksiyaları,  digər  xəstəliklər  ocağından 
götürülmüş əşyaların, həmçinin stasionarlarda yataq ləvazimatlarının dezinfeksiya və ya 
dezinseksiyası üçün dezinfeksiya kameraları ilə təchiz olunmuşdur. 
Dezinfeksiya  -  xəstəliklərin  yayılmasının  qarşısını  almaq  məqsədilə  yoluxucu 
xəstəliklərin  törədicilərinin  (bakteriyaların,  virusların,  ibtidailərin  və  s.)  məhv 
edilməsidir.  Dezinfeksiya  geniş  mənada  -  ətraf  mühit  obyektlərində  yoluxucu  xəstəlik 
törədicilərinin - bir çox xəstəliklərdə infeksiya mənbəyi və ya keçirici sayılan həşəratların 
və  məişət  parazitlərinin  (dezinseksiya),  həmçinin  gəmiricilərin  (deratizasiya)  məhv 
edilməsinə  yönəldilmiş  xüsusi  tədbirlər  kompleksidir.  Dezinfeksiyanın  profilaktik,  cari 
və yekun növləri vardır. 
Profilaktik  dezinfeksiya  yoluxucu  xəstəliklərin  olub-olmamasından  asılı 
olmayaraq daima aparılır və onların yaranmasının və yayılmasının qarşısının alınmasına 
yönəldilmişdir.  Belə  ki,  içməli  suyun,  çirkab  sularının,  ümumi  istifadə  yerlərinin  və  s. 
zərərsizləşdirilməsi  müntəzəm  şəkildə  aparılır.  Profilaktik  dezinfeksiya  yoluxucu 
xəstəliklərin  törədicilərinin  yayılmasının  qarşısını  almaq  üçün  çox  vaxt  uşaq 
müəssisələrində,  ictimai  iaşə,  tibb  müəssisələrində  həyata  keçirilir.  Suyun 
xlorlaşdırılmasını  geniş  miqyasda  və  effektiv  aparılan  profilaktik  dezinfeksiyaya  misal 
göstərmək olar. 
99 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə