Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə42/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   117

boyu  müşahidə  olunur,  lakin  xəstələnmənin  maksimal  yüksəlişi  payız-qış  və  yaz 
fəslinə  təsadüf  edir.  Qızılca  -  son  dərəcə  kontagiozdur,  bu  da  ona  qarşı  kütləvi 
həssaslıqla bağlıdır. Kontagioz əmsalı 100% təşkil edir. 
Dövrilik müşahidə olunur (hər 2-4 ildən bir xəstələnmə hallan artır). Qış-yaz 
mövsümiliyi  ilə  xarakterizə  olunur.  Xəstələnmə  yaz  dövrlərində  daha  çox  qeyd 
olunur. Peyvənd olunmamış 1-5 yaşlı uşaqlar tez-tez xəstələnirlər. Əgər ana qızılca 
ilə  xəstələnməyibsə,  uşaq  doğulandan  dərhal  sonra  xəstələnə  bilər.  1846-cı  ildə 
Fareı*  adalarında  epidemiya  cəmi  5-6  ay  ərzində  yaş  fərqi  olmadan  bütün  əhali 
arasında yayılmışdır. 
Qızıca istənilən yaşda müşahidə edilr, lakin 1 yaşdan 4-5 yaşa qədər uşaqlar 
arasında  daha  çox  rast  gəlir,  6  aya  qədər  uşaqlar  qızılca  ilə  nadir  hallarda 
xəstələnirlər, 3 aya qədər uşaqlar bir qayda olaraq xəstələnmirlər ki, bu da anadan 
ötürülən  passiv  immunitetin  sayosindədir.  3  ayından  sonra  passiv  immunitetin 
gərginliyi  kəskin  azalır,  9  aydan  sonra  isə  o,  uşaqların  hamısında  itir.  Əgər  ana 
qızıca ilə xəstələnməmişsə, onda uşaq anadan olduğu ilk günlərdə qızılca ilə yoluxa 
bilər.  Əgər  ana  hamiləlik  dövründə  qızılca  ilə  xəstələnmişsə,  onda  anadangəlmə 
qızıca halları müşahşido oluna bilər. 
Uşaqların  kütləvi  aktiv  immunizasiyası  ilə  əlaqədar  qızıca  ilə  xəstələnmə 
səviyyəsi  hazırda  kəskin  azalmışdır.  Xəstələnənlər  arasında  hazırda  böyük  yaşlı 
uşaqların və böyüklərin xüsui çəkisi artmışdır. 
Epidemioloji  xüsusiyyətləri:  l)Törədicigəzdirənliyin  olmaması;  2) 
Törədicinin  yalnız  bir  serovariantı  məlumdur,  aııtigen  strukturu  monotipdir.  3) 
xəstəliyi keçirdikdən sonra davamlı immunitetin olması; 4) Yüksək effektli vaksinin 
olması. 
Virusemiya: Törədici mərkəzi sinir sistemində, ağciyərlərdə, badamcıqlarda, 
onurğa  beynində,  dalaqda  fiksasiya  olunur.  Bu  orqanlarda  virusların  toplanması 
iltihabi iııfiltratları iııfeksiyanın müşayiəti ilə gedir. 
İnfcksiya  mənbəyi  -  xəstə  şəxsdir.  Xəstə  insandan  yoluxma  prodromal 
dövrdən başlayaraq (3-4 gün) və səpkilərin əmələ gəlməsinin ilk 4 günü ərzində baş 
verir. Ən yüksək yoluxuculuq kataıal dövrdə və səpkilərin yaranmasının 1-ci günü 
qeyd edilir. Səpkinin 3-cü günündən kontagiozluq kəskin azalır, 4-cü günü isə xəstə 
yoluxucu  sayılmır.  Zəiflədilmiş  olunmuş  qızıca  ilə  xəstələr  də  həmçinin 
yoluxdurucu hesab edilirlər. 
127 
downloaded from KitabYurdu.org


İnfeksiyanın ötürülməsi hava-damcı yolu ilo baş verir - öskürmə, asqırma 
zamanı  qızılca  virusu  yuxarı  tənəffüs  yolalrının  selik  hissəcikləri  vasitəsilə  ətraf 
mühitə ifraz olunur və hava axını ilə böyük məsafələrə- qonşu otaqlara və dəhliz və 
piliəkənlərarası  sahələr  boyunca  digər  mənzillərə  yayıla  bilər.  Qızılca  virusunun 
aşağı  mərtəbələrdən  ventilyasiya  sisiemi  vasitəsilə  yuxarı  mərtəbələrə  daşınması 
mümkündür. 
Patogenez vo patoloji anatomiyası. Qızıca virusunun orqanizmə daxil olma 
qapıları  yuxarı  tənəffüs  yollarının  selikli  qişasıdır.  K.Rarr  (1954-1957) 
məlumatlarına  əsasən  qızıca  virusunun  giriş  qapıları  kimi  gözün  selikli  qişası  da 
iştirak edə bilər. 
Virus buıun-udlağm selikli qişasından orqanizmə daxil olaraq qana keçir ki, 
orada onu inkubasiyanın ilk günlərindən aşkar etmək olar. Virusun qanda maksimal 
sirkulyasiyası  kataral  dövrün  sonunda  və  səpkinin  yaranmasının  1-ci  günü 
müşahidə  edilir,  bu  günlərdə  virus  yuxarı  tənəffüs  yollarının  selikli  qişasının 
ifrazatında  böyük  miqdarda  aşkar  edilir.  Səpkinin  3-cü  günündən  virusun  ifrazı 
kəskin  azalır,  5-ci  günü  isə  virus  qanda  tapılmır.  Bu  andan  etibarən  qanda  virus-
neytrallaşdıran əkscisimlər aşkar edilir. 
Keçirilmiş  infeksiyadan  sonra  immunitet  kifayət  qədər  davamlıdır,  praktik 
olaraq ömürlükdür, qızılca ilə təkrar xəstələnmə halları çox nadirdir (0,5-1 %). 
Klinik  əlamətlərin,  vegetativ  sinir  sisteminin  pozulmasının  (kataral 
əlamətlər,  səpkilər,  leykopeniya,  AT-nin  səviyosinin  azalması,  damarların 
keçiriciliyinin artması və s.) xarakterinə görə qızıca infeksion-allcrgik xəstəliklərə 
xas olan bir çox ümumi cəhətlərə  malikdir. Bu baxımdan onu  zərdab xəstəliyi ilə 
müqayisə  edirlər.  Patomorfoloji  müayinələr  də  həmçinin  qızılcanın  allergik 
xarakterini  təsdiq  edir.  Dəridə  səpkilərin  əmələ  gəlməsini  bəzi  müəlliflər  allergik 
reaksiya  kimi  qiymətləndirirlər.  Maksimal  virusemiya  ilə  bir  vaxtda  yaranan 
səpkilər  virus  antigeninin  həmin  dövrdə  əmələ  gələn  əkscisimlərldə  qarşılıqlı 
əlaqəsinin nəticəsi saymaq olar 
Qızıca  virusu  MSS-ə,  yuxarı  tənəffüs  yollarına  və  həzm  traktına  qarşı 
tropizmə malikdir. MSS-nin zədələnməsi səpkinin 1-ci günü xüsusilə nəzərə çarpır. 
Qızılca virusu ilə respirator yolun zədələnməsi xəstəliyin ilk günlərindən meydana 
çıxır və burun, qırtlaq, traxcyanın selikli qişasının iltihabı şəklində özünü göstərir. 
Diffuz erkən bronxitlər, bronxiolitlər və pnevmoniyalar da həmçinin virusun təsiri 
128 
downloaded from KitabYurdu.org


ilə  bağlıdır.  Qızılca  zamanı  çox  vaxt  ağız  boşluğunun  (stomatitlər)  və  yoğun 
bağırsağın selikli qişası (kolitlər) zədələnir. 
Qızılcanın  patogenczində  qızılca  virusunun  ancrgiya  vəziyyətini  yaratmaq 
qabiliyyəti  böyük  rol  oynayır.  Orqanizmin  müdafiə  qüvvələri  zəiflədikdə 
difteriyaya qarşı antitoksik immunitet zəifləyir (mənfi Şik reaksiyası müsbət olur), 
müsbət Mantu sınağı itir, qanm komplementar qabiliyyəti azalır və s. 
Ağırlaşmaları: pnevmoniya, otit, laringit, cnscfalit, stomatit. 
Inkubasiya  dövrü  orta  hesabla  8-10  gün  davam  edərək  17  günə  qədər 
uzanır, qamma-qlobulin yeridildikdə isə 21 gün təşkil edir. 
Qızılcanın klinik mənzərəsində 3 dövr ayırd edidlir: kataıal və ya başlanğıc 
(prodromal), səpkilər və və piqmentasiya. 
Xəstəlyiin  başlanğıc  dövrü  bədən  temperaturunun  38,5-39  °C-yə  qədər 
artması, yuxarı tənəffüs yolarının və konyunktivanın zədələn- məsi ilə səciyyələnir. 
Kataıal  əlamətlər  durmadan  inkişaf  edir.  Burundan  bol,  əvvəlcə  selikli,  sonra 
selikli-irinli ifrazat, güclü və ya xırıltılı səs, uşağı narahat edən quru və anlaşılmaz 
öskürək qeyd olunur. Bəzən xəstələiyin başlanğıcında inağ (krup) sindromu inkişaf 
edir. 
İşıqdan  qorxma,  konyunktivanın  hipcremiyası,  göz  qapaqlarının  şişkinliyi, 
selikli qişa damarlarının inyeksiyası müşahidə edilir, sonra irinli ifrazat əmələ gəlir. 
Uşağın  ümumi  vəziyyəti  xeyli  pisləşir.  Əzginlik,  ağlağanlıq,  narahatlıq,  iştahanın 
və  yuxunun  pozulması  qeyd  olunur.  Çox  vaxt  qusma,  duru  nəcis,  qarında  ağnlar 
meydana  çıxır. Daha ağır hallarda xəstəliyin ilk günlərindən  ümumi intoksikasiya 
simptomları kəskin nəzərə çarpır, qıcolmalar və huşun tutulması ola bilər. 
Qızılcanın  kataral  dövrü  3-4  gün  davam  edir,  bəzən  isə  5-7  günə  qədər 
uzanır.  Bu  dövr  üçün  ağzın  selikli  qişasında  olan  özünəməxsus  dəyişikliklər 
patoqnomikdir.  Bu  dəyişikliklər  ağız  boşluğunda  yanaqların  və  ya  dodaqların 
selikli  qişasında  və  dişətində  dişlər  səviyyəsində  buğda  dənəsi  ölçüsündə  qırmızı 
haşiyə ilə əhatə olunmuş bozumtul-ağ papulanm əmələ gəlməsi ilə səciyyələnir. 
Qızılcanın kataral dövrü üçün həmçinin yumşaq və bərk damaqda çöhrayı-
qırmızı  xırda  ləkələr  şəklində  cnantcmaların  əmələ  gəlməsi  səciyyəvidir.  Qızılca 
enantemasını adətən dəridə görünən səpkidən 1-2 gün əvvəl aşkar edirlər 
Bir  sıra  hallarda  kataral  dövrdə  dəridə  xırda-danəli  skarlati-  nayabənzər 
səpki  əmələ  gəlir  ki,  bəzən  o,  ləkəli,  urtikar  olur.  Prodromal  səpki  adətən  sıx 
deyildir və zəif nəzərə çarpır. 
129 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə