Səpki dövrü xəstəliyin 4-5-ci günündən başlanır və ləkəli- papulyoz səpki ilə
səciyyələnir. İlk səpki elementləri qulaqarxası, burun darağında xırda ıozeolyoz
ləkələr şəklində meydana çıxır ki, onların da ölçüləri sürətlə böyüyür, bəzən birləşir,
qeyri-düzgün forma alırlar. Bir sluka ərzində səpki tezliklə üzdə, boyunda yayılır,
ayrı-ayrı elementlər şəklində döşdə və kürəyin yuxarı hissəində əmələ gəlir. 2-ci
sutkada səpki tamamilə onu örtür .
Alipik qızılcada xəstəliyiyn əsas simptomları silinmişdir, bəziləri isə
ümumiyyətlə üzə çıxmır. Həmçinin qızılcanın ayrı-ayn dövrlərinin müddəti dəyişə
bilər (səpki dövrünün qısalması, kataral dövrün olmaması, səpkinin ardıcıllığının
pozulması)
Mitiqıə olunmuş (zəif) qızılca forması inkubasiya dövründə qamma-qlobulin
alan uşaqlarda müşahidə edilir.O, adətən normal və ya cüzi artmış temperatur zamanı
çox yüngül keçir, bəzən bu halda Belski-Filatov-Koplik ləkələri olmur. Səpki solğun,
xırda, cüzidir (bəzən cəmi bir neçə element), səpkinin ardıcıllığı pozulur. Kataral
əlamətlər çox zəif ifadə olur və ya tamamilə itir. Mitiqrə olunmuş qızılca zamanı
ağırlaşmalar müşahidə
edilmir
Səpki bol, birləşmiş və ya əksinə çox az (ayrı-ayn elementlər şəklində) ola
bilər. Səpki dövründə xəstənin sifəti tipk şəkil alır: üz şişkin, göz qapaqları
qalınlaşmış, burun və yuxan dodaq şişkin, gözlər qızarmış, irin axır, burundan bol
ifrazat gəlir, ağız boşluğunun selikli qişası maserasiya olunmuşdur.
Temperatur səpkinin 1-ci günü daha yüüksəkdir, nəinki kataral dövrdə. Bəzən
səpkidən 1-2 gün əvvəl temperatur bir qədər enir və səpkinin yaranmasının 1-ci günü
onun yenidən yüksəlməsi temperatur əyrisinə ikidalğalı xarakter verir. Temperatur
bütün səpki dövründə yüksəkdir. Ağırlaşmamış gedişdə o, səpkinin yaranmasından 3-4
gün sonra noımallaşır. Səpki dövründə ümumi vəziyyət ağırdır, narahatlıq, sayıqlama,
yuxuculluq müşahidə olunur. Çox vaxt burun qanaxmaları baş verir. Adətən
leykopeniya nəzərə çarpır.
Qızılcanın çox
yüngül forması 6 aylıq uşaqlarda qeyd edilir (bəzən anadan
keçmiş passiv imraunitcin fonunda xəstəliyn inkişaf etməsi sayəsində)
Alipik formalara həmçinin aqqıaviasiya simptomlaıına malik (hipertoksik,
hemorragik, bədxassəli) qızılcanı aid edirlər. O, çox nadir hallarda rast gəlir.
130
downloaded from KitabYurdu.org