Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə45/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   117

Qrip  virusunun  vegetativ  sinir  və  damar  sisteminə  toksik  təsiri  klinik  olaraq 
uşağın rənginin kəskin  solğun, dəri  örtüklərinin  mərmər rənginə çalması  ilə təzahür 
edir.  Burun-dodaq  üçbucağının  sianozu,  akrosianoz,  hemorragik  sindrom  (burundan 
qanaxma,  dəridə  və  selikli  qişalarda  nöqtəvari  hemorragiyalar)  müşahidə  edilir,  çox 
ağır hallarda kollaps baş verə bilər. 
Kataral  əlamətlər  əvvəlcə  burnun  tutulması,  sonra  az  miqdarda  ifrazatın 
gəlməsi  ilə  səciyyələnir.  Burun-udlaqda  yayılmış  hiperemiya,  badamcıqların  cüzi 
şişkinliyi, yumşaq və bərk damağın selikli qişasında nöqtəvari qansızmlar müşahidə 
olunur. 
Ağırlıq  dərəcəsinə  görə  qripin  yüngül,  orta  və  ağır  (toksik),  hipertoksik  və 
silinmiş formaları ayırd edilir. 
Tənəffüs  orqanları  tərəfindən  iltihabi  dəyişikliklər  -  irinli-nek-  rotik  və  ya 
fibrinoz larinqotraxcit, bronxit, pnevmoniya (seqmentar və ya ocaqlı), plevrit, angina 
mikrofloranın aktivasiyası ilə bağlıdır və virus-bakterial ctiologiyalıdır. Qrip zamanı, 
xüsusilə erkən yaşlı uşaqlarda daha tez-tez baş verən ağırlaşmalar bunlardır. 
İnsanların qrip virusuna, xüsusilə də, yeni serotiplərə (yanm- tiplərə) həssaslığı 
yüksəkdir.  Postinfeksion  immunitet  tipospesifikdir,  A  qripi  zamanı  1-3,  B  qripi 
zamanı 3-6 il saxlanır. 
Qripdə epidemik prosesin təzahürləri bunlardır: 
© sporadik xəstələnmə; 
« epidemik alovlanma
® epidemiyalar (davametmə müddəti 3-6 həftə); 
• pandemiyalar (A virusunun yeni yanmtipləri tərəfindən 
törədilir). 
Epidemik qalxmalar - payız-qış dövründə, mövsümi enmələr - yay 
dövründə müşahidə edilir. 
XX əsrdə qripin 6 pandcmiyası qeydə alınmışdır: 
İllər 
Scrotip 
1918-1928 
A(HSW1M1) 
1929-1946 
A (HİNİ) 
1947-1956 
A (HİNİ) 
1957-1967 
A (H3N2) 
1978-ci ildən 
A (HİNİ) 
136 
downloaded from KitabYurdu.org


Qrip viruslarının paııdemik yayılmasının tipik yollan bunlardır: Cənub-Şərqi 
Asiya və Okeaniya-Şimali Amerika-Avropa və ya Asiya-Cənubi Amerika və Afrika. 
Qrip  viruslarının  yeni  antigen  variantlarının  meydana  çıxması  bütün  qeyri-
immun  yaş  qruplarında  xəstələnmənin  artmasına  və  yenidoğulmuşlarm  daha  çox 
xəstələnməsinə  gətirib  çıxarır.  Xəstələnmiş  şəxslərin  tərkibi  spesifik  immunitetin 
səviyyəsi  ilə  müəyyən  edilir.  6  aya  qədər  olan  uşaqlar  anadan  alınmış  passiv 
immunitet  sayəsində  qripə  qarşı  az  həssasdırlar.  6  aydan-3  yaşa  qədər  uşaqlar 
arasında xəstələnmə artır. B qrip virusları epidemik sıçrayışlara səbəb olur ki, onlar 
da  çox  zaman  xəstələnmənin  enməsi  fonunda  A  qripi  tərəfindən  törədilən 
xəstələnmənin  epidemik  yüksəlişindən  sonra  baş  verir.  Nəticədə  ikidalğalı 
epidemiyalar  meydana  çıxır.  C  qrip  virusları  uşaqlarda  epidemik  xəstələnmə 
törədirlər. 
Laborator diaqnostikası. Qrip virusunu əsnək və burun seliyində, həmçinin 
xəstəliyin  ilk  günlərində  qanda  aşkar  etmək  olar.  Lakin  onların  aşkarlanma  faizi 
yüksək deyildir. 
Seıoloji reaksiyalardan - neytrallaşdırma reaksiyası, HATR və KBR istifadə 
edilir.  Qan  seroloji  reaksiyalar  üçün  2  dəfə  götürülür  -  xəstəliyin  əvvəlində  və 
rekonvalessensiya dövründə (2-ci həftənin sonunda). Əkscisimlərin fitrinin 4 dəfə və 
daha  çox  artması  diaqnos-  tik  sayılır.  Onu  da  nəzərə  almaq  lazımdır  ki,  1  yaşında 
olan uşaqlarda əkscismlərin fitri aşağıdır və onlar daha gec müddətidə artırlar. 
Qripin 
və 
digər 
KRVI-nin 
diaqnostikasının 
ekspress-metodu 
immunoflüoressensiya metodu sayılır. 
Profilaktikası,  ümumi  sanitar-profilaktik  tədbirlər  (uşaq  müəssisələrinin 
sanitar-gigiyenik  vəziyyətdə  saxlanması,  düzgün  rejim,  otaqların  civə-kvars 
lampaları  ilə  şüalandırılması)  həyata  keçirilir.  Uşaqların  bədənlərinin 
möhkəmləndirilməsi tədbirlərinə böyük diqqət verilir. 
Epidemik  oçaqda  uşaqların  hamısına  hər  burun  yoluna  2  damcı  olmaqla 
gündə 4 dəfə bütün alovlanma dövründə intcıferon damızdırılması məsləhət görülür. 
Qripin spesifik profilaktikası üçün bir sıra diri və öldürümüş vaksinlər təklif 
olunmuşdur. A.A.Smorodeonsev tərəfindən tərəfindən hazırlanmış ilk vaksin  - diri 
vaksin  intranazal  təyin  olunur.  Praktikada  həmçinin  müxtəlif  öldürülmüş  vaksinlər 
işlədilir. Bununla yanaşı, qeyri-spesifik profilaktika tədbirlərinə üstünlük verilir. 
137 
downloaded from KitabYurdu.org


Qripin qcyri-spesifik profilatikası üçün tövsiyə 
olunan preparatların siyahısı 
Preparatın adı 
Yerinə yetirilmə sxemi 
«Algiren» 
«Remantadin»in polimer forması. Şəkərli şərbət. 1 yaşdan 
böyük uşaqlar üçün. 
«Amiksin» 
Yalnız  böyüklər  üçün:  həftədə  1  həb  olmaqla  4-  6  həftə 
müddətində təyin olunur. Virusəleyhinə təsir. 
«Aflubin» 
«Homeopatik» preparat. 1-12 yaşlı uşaqlar üçün gündə 2 dəfə 
3-5 damcı olmaqla bir xörək qaşığı su və ya südlə qəbul 
olunur. 12 yaşdan yuxarı uşaqlar və böyüklərə təmiz şəkildə 
və ya su ilə 5-10 damcı təyin olunur. Müalicə kursu - 20 
gündür. 
Vitaminlər 
(kompleks şəklində) 
Yaş dozalarında gündə 2-3 dəfə, həmçinin itburnu, qarağat, 
moruq dəmləməsi (və ya şərbəti). 
Qripieron (buruna 
damcı şəklində) 
1  yaşdan  yuxarı  uşaqlar  və  böyüklər  üçün.  Əks-  göstərişlər  və 
əlavə effektləri yoxdur. 
Dibazol 
Kurs təyin olunur: sentyabr, noyabr, yanvarda hər ayın 1-ci 
günü gündə 1 dəfə: 6 yaşa qədər uşaqlara 0,004; 4-14 yaşlı 
uşaqlara 0,01; 15 yaşlı uşaqlara və böyüklərə 0,02 q təyin 
olunur. 
Leykositar insan 
interfeıonu 
Uşaqlara və böyüklərə 20-25 gün ərzində hər burun dəliyinə 
0,25 ml təyin olunur. 
«Oksidin» məlhəmi 
Uşaqlara 0,25% məlhəmdən gündə 2 dəfə 15-25 gün, böyüklərə 
gündə 2 dəfə 15-25 gün. 
«Remantadin» 
Böyüklərə 1 həb olmaqla 5 gün (ocaqlı profilaktika), 1 həb 
olmaqla 15-20 gün (planlı profilaktika). 
«Ribomunil» 
Xroniki xəstəliyi olan uşaqlar üçün KRVİ ilə tez-tez və uzun 
müddət xəstələnən uşaqlar üçün preparat birdəfəlik dozada (3 
həb və ya 1 paket) sutkada 1 dəfə oktyabrdan marta qədər 
aşağıdakı sxem üzrə təyin edilir: oktyabr - 3 həftə ərzində hər 
həftənin ilk günü, sonrakı 5 ay (noyabr-mart) hər ayın ilk 4 
günü. 
 
138 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə