Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə37/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   117

2.Epidemik göstərişlərə əsasən aparılan peyvəndlər. 
Planlı peyvəndlərin təqvimi 
<
sy
 
>

Peyvənd 
Doğuşdan sonra 12 saat ərzində 
B hepatiti əleyhinə 
Doğuşdan sonra 4-7 gün ərzində 
BCG, OPV-O 
2 aylıq 
DGR-l,OPV-l,B hepatiti 
3 aylıq 
DGT- 2, OPV -2 
4 aylıq 
DGT-3, OPV-3, B hepatiti 
12 aylıq 
Qızılca, epidemik parotit, məxmər ək 
18 aylıq 
DGT-4, OPV - 4 
6 yaş 
DT, Qızılca, epidemik parotit, məxmər 
ək 
Vaksinoprofüaktika  peyvənd  kabineti  olan  uşaq  poliklinikalarında  həyata 
keçirilir.  Hokim-immunoloq  peyvəndləri  təşkil  edir  və  immunizasiyaya  dair 
məsləhətlər  verir.  Yaksinasiya  məktəbəqədər  uşaq  müəssislərində  və  məktəblərdə  bu 
müəssisələrin  tibb  heyəti  tərəfindən  yerinə  yetirilir.  Kənd  yerlərində  peyvəndlər 
müalicə-profilaktika  idarələrinin  işçiləri  və  ya  müvəqqəti  peyvənd  məntəqəsində 
yaradılmış xüsusi briqada tərəfindən yerinə yetirilir. 
Böyüklərə  peyvəndlər  ümumi  tibb  şəbəkəsi  və  müəssisələrin  tibbi  xidməti 
tərəfindən  aparılır.  Son  illərdə  böyüklərə  edilən  vaksiansiyanın  səviyyəsinin 
yüksəldilməsinə daha çox diqqət verilir. Tetanusa qarşı təcili profilaktika və quduzluq 
əleyhinə peyvəndlər travmatoloji məntəqələrdə aparılır. 
Revaksinasiya  başa  çatdırılmış  vaksinasiyadan  müəyyən  müddət  keçdikdən 
sonra vaksinin yeridilməsidir ki, o öz növbəsində birinci immunizasiya ilə məhdudlaşa 
və ya buster immunizasiya ilə tamamlana bilər. 
Vaksinlərin yeridilməsi adətən postvaksinal immuniteti müşayiət edən ümumi 
və yerli reaksiyaların yaranmasına səbəb olur. Reaksiyaların ifadə dərəcəsi preparatdan 
və  orqanizmin  fərdi  xüsusiyyətlərindən  asılıdır.  Vaksinə  qarşı  reaksiya  1-2  sutkadan 
sonra  baş  verir,  2-8  sutka  qalır,  adsorbsiya  olunmuş  anatoksinlər  yeridildikdə  isə 
inyeksiya yerində şişkinlik 15-30 sutka saxlanır. 
Vaksinə  qarşı  ümumi  reaksiyalar  temperaturun  37,5-38,5°C  həddində 
yüksəlməsi, halsızlıq, bayılma, qusma, konyunktivit, 
112 
downloaded from KitabYurdu.org


burun-udlaqda  kataral  dəyişikliklər  şəklində  təzahür  edir.  Vaksinə  qarşı  reaksiya 
adətən 10-12 saat sonra əmələ gəlir və 1,5-2 sutka ərzində saxlanır. 
Vaksinlərin  əksəriyyəti  üçün  ümumi  reaksiyaların  tezliyi  7%-  dən  yüksək 
olmamılıdr, ümumi güclü reaksiyalar qızılca vaksinində 4%-dən, AGDT - 1%-dən 
yüksək olduqda işlədilməsinə icazə verilir. 
Vaksinə qarşı qeyri-adi güclü reaksiyaların yaranması da mümkündür. Onlar 
xüsusi müalicə tələb edir və peyvənd almış şəxslər göstərişə əsasən hospitalizasiya 
edilirlər. Milli peyvənd təqviminə daxil edilmiş profilaktik peyvəndlər və epidemik 
göstərişə  görə  aparılan  peyvəndərlə  əlaqədar  baş  verən  postvaksinal  ağırlaşmalar 
profilaktik peyvəndlər nəticəsində əhalinin sağlamlıq vəziyyətinin ağır və davamlı 
pozulmasına səbəb olur. 
Əlavə  reaksiyalardan  fərqli  olaraq,  vaksinasiyanın  ağırlaşmaları  çox  nadir 
hallarda rast gəlir. Yerli ağırlaşmalara diametri 3 sm-dən böyük olan və oynaqdan 
kənara çıxan şişkinlik; inyeksiya yerində irinli (vaksinasiya qaydaları pozulduqda) 
və «steıil» (BÇJ-nin düzgün yeridilməməsi) iltihab aiddir. 
Ümumi ağırlaşmalar qrupunu təşkil edir: 

 
temperaturun 40°C-dən çox artması və intoksikasiya ilə müşayiət olunan son 
dərəcə  güclü  ümumi  reaksiyalar;  MSS-nin  zodolənməsi  ilə  gedən 
ağırlaşmalar (davamlı, kəskin uşaq ağlaması,  qıcolmalar, ensefalopatiyalar, 
postvaksinal seroz meningit); 

 
vaksin mikroorqanizmi nəticəsində yayılmış infeksiya

 
müxtəlif  orqanların  (böyrəklərin,  oynaqların,  ürəyin,  mədə-  bağırsaq 
yolunun və s.) zədələnməsi; 

 
yerli  (Kvinke  ödemi)  və  ümumi  xarakterli  (allergik  səpgilər,  boğaz  ağrısı, 
təngnəfəslik,  müvəqqəti  yüksək  qanaxma,  toksik-  allergik  vəziyyət, 
ürəkgetmə, anafilaktik şok). 
Anafilaktik şok son dərəcə nadir ağırlaşma sayılsa  da, onu istənilən vaksin 
törədə  bilər.  Ağırlaşmalar  adətən  peyvənddən  sonra  ilk  30  dəqiqə  müddətində 
inkişaf edir və renimasiya tədbirləri tələb edir. Uşaqlarda anafilaksiyanm analoqu 
kollaps  sayılır.  Bədən  temperaturu  artmadan  baş  verən  qıcolmalar  AGDT 
vaksinasiyası  zamanı  rast  gəlir.  Febril  qıclolmalardan  fərqli  olaraq,  onlar  beynin 
müəyyən sahələrinin və beyin qişalarının vaksin antigenləri ilə qıcıqlanması və ya 
onlara qarşı reaksiyanın yaranması ilə bağlıdır. 
113 
downloaded from KitabYurdu.org


Ağır  fəsadların  olması  vaksinayalara  qarşı  əks-göstərişlərin  işlənib 
hazırlanmasına ehtiyac yaratdı. Əks-göstəıişlər bölünür: 

 
həqiqi  -  vaksinlərə  dair  təlimatlarda  sadalanan  əks-göstəıiş-  lordir,  onlar 
adətən  vaksinin  müəyyən  komponenti  tərəfindən  törədilir  (AGDT 
vaksinində göyöskürək komponenti); 

 
yalançı  -  həqiqətdə  onlar  yoxdurlar,  ancaq  həkimlər  və  pasi-  ycntlər 
tərəfindən  yaranmış  və  müəyyən  mülahizələr  əsasında  vaksinasiyadan 
yayınmaq üçün verilmişdir - məsələn, pcrinatal eıısefalopatiya; 

 
mütləq  -  mütləq  qüvvəyə  malik  əks-göstərişlər,  bu  zaman  həmin  peyvənd 
heç bir şəraitdə yeridilmir; 

 
nisbi - həqiqi əks-göstərişlər olub onun yeridilməsi haqqında son qərar bir 
sıra  amillərin  -  epidemiyaların  yaxınlaşması,  infeksiya  mənbəyi  ilə  təmas 
ehtimalının dərəcəsi əsasında, həkim tərəfindən verilir

 
müvəqqəti  -  əks-göstərişlər  həmin  anda  var,  lakin  müəyyən  müddət 
keçdikdən sonra o, götürülə bilər (məsələn KRVI zamanı peyvənd edilmir, 
ancaq sağaldıqdan sonra peyvəndlərə icazə verilir); 

 
daimi  -  bu  zaman  hətta  müəyyən  müddət  keçidik  dən  sonra  belə  əks-
göstərişlər götürülmür (məsələn, birincili immundefisit zamanı); 

 
ümumi  -  bütün  peyvəndlər  üçün  ümumi  sayılır:  məsələn,  temperaturun 
yüksəlməsi  ilə  müşayiət  edilən  kəskin  infeksiyaların  olması,  xronik 
xəstəliyin ağırlaşması və ya kəskin xəstələnmə; 

 
xüsusi  -  yalnız  həmin  peyvəndə  və  ya  konkret  vaksinə  aid  olan,  lakin 
digərlərinə  aid  olmayan  əks-göstərişlər  (hamiləlik  -  diri  vaksinlərlə, 
məsələn, məxmərək, sarı qızdırma üçün əks- göstəıişdir, ancaq inaktivasiya 
olunmuş preparatlarla - qrip, V hepatitinə qarşı vaksinasiya edilə bilər). 
Profilaktik  vaksinlərin  yaradılması  idarə  olunan  infeksiyaların  ləğv 
edilməsi  məsələsini  real  etmişdir.  Tdarə  olunan  infeksiyalar  -  kütləvi  tətbiq 
olunan,  uzunmüddətli  və  davamlı  immunitet  yaradan,  vaksinlərlə  xəstələnmə 
səviyyəsi azaldılan xəstəliklərdir. 1980-ci ildə ləğv edilmiş təbii çiçəkdən və ləğvi 
artıq başa çatdırılmaq üzrə olan poliomielitdən başqa, hazırda qızılca, məxmərək, 
epidemik  parotit,  B  hepatiti,  sarı  qızdırma  və  B  tip  hemofil  infeksiyanın  ləğvi 
məsələsi gündəmdədir. 
114 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə