Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə14/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   117

Dəri mikroorqanizmlərin əksəriyyəti üçün dəfcdilməz mexaniki baryer sayılır, 
tər  vəzlərinin  şirəsində  bir  sıra  mikroorqanizmlərə  münasibətdə  bakterisid  sayılan 
lizosim  vardır.  Selikli  qişalar  da  həmçinin  mikroorqanizmlərin  yayılmasında 
mexaniki baryer hesab olunur. Selikli qişaların şirəsində sekıetor immunqlobulinlər, 
lizosim, faqositar hüceyrələr vardır. 
Duz  turşusu  hasil  edən  mədənin  selikli  qişası  yüksək  bakterisid  təsirə 
malikdir.  Mədə  şirəsinin  turşuluğu  aşağı  olduqda  və  ya  sekrcsiyaarası  dövrdə  onun 
miqdarı  minimal  olan  şəxslərdə  bağırsaq  infeksiyalarının  inkişaf  etməsini  məhz 
bununla əlaqələndirmək lazımdır. 
Dərinin  və  selikli  qişaların  rezident  mikroflorası  da  bir  çox  patogen 
mikroblara qarşı kəskin antoqonist təsir göstərir. 
Hematocnscfalitik  baryer  güclü  müdafiə  təsirinə  malikdir,  ona  görə  beyin 
maddəsinə mikroorqanizmlər nisbətən nadir hallarda daxil olurlar. 
Qcyri-spesifik  müdafiə  amillərinə  faqositoz  qabiliyyətinə  malik  hüceyrələr  - 
makro-  və  mikrofaqlaı*  aid  edilir  ki,  bunlar  xarici  baryerlərdən  sonra  patogen 
mikroorqanizmlərin yayılması yolunda növbəti mərhələdir. 
Normal anticisinılər, komplement, interferonlar mühüm müdafiə funksiyasını 
yerinə yetirirlər. Mikroorqanizmlərə qarşı spesifik müdafiə immun sistem tərəfindən 
yerinə  yetirilir,  xəstəliyin  inkişaf  ehtimalı,  gedişinin  xarakteri  və  nəticəsi  onunla 
müəyyən edilir. 
Yoluxucu xəstəliklərə qarşı həssaslıq səviyyəsinə bir çox amillər və şəraitlər 
təsir göstərir: həddindən artıq donma və qızma, qidalanmanın xarakteri, orqanizmin 
vitaminlərlə təchiz olunması, ətraf mühit amillərinin (kimyəvi maddələr, radiasiya), 
immunsup-  ressiya  effektinə  malik  dərman  preparatlarının  (kortikosteroidlərin, 
sitostatiklərin  və  s.)  təsiri,  emosional  fon  və  stress  hallarının  olması.  Patogenlərə 
qarşı  həssaslıq  insanlarda  birincili  və  ikincili  immundefısit  zamanı  (məsələn 
İİV/QİÇS zamanı) kəskin yüksəlir. 
Həssaslıq-  insan  orqanizminin  növ  xüsusiyyəti  və  ya  törədicinin  daxil 
olmasına infeksion proseslə cavab vermək qabiliyyətidir. 
İnsan və heyvan orqanizminin yoluxucu xəstəliklərə qarşı təbii həssaslığı irsi 
keçən  bioloji  xüsusiyyətdir.  Təbii  həssaslığın  mahiyyəti  yoluxmuş  orqanizmdə 
parazitin  spesifik  patogen  təsiri  və  orqanizmin  fizioloji  reaktivliyi  nəticəsində 
qanunauyğun  olaraq  patoloji  və  immonoloji  vəziyyətlərin  və  reaksiyaların  baş 
vermasindən ibarətdir. 
43 
downloaded from KitabYurdu.org



Təbii  yolla  yaranmış  qeyri-həssaslıq  insanlarda  və  ya  müəyyən  heyvan 
növlərində  filogcncz  və  ontogenezdə  əsası  qoyulmuş  növ  xüsusiyyətidir.  Bu 
xüsusiyyət  orqanizmdə  fılogcnctik  cəhətdən  ona  yad  olan  parazitin  yaşamasına 
imkan vermir. 
Təbii  həssaslıq  və  qeyri-həssaslığa  misal  kimi  insan  orqanizminin  qarın 
yatalığı,  vəba,  qızılca,  qrip  xəstəliklərinə  qarşı  həssaslığını  və  heyvanların  bu 
xəstəliklərə qarşı qeyri-həssaslığını, bunun əksinə, insanın iribuynuzlu heyvanların, 
itlərin  taunu,  toyuq  vəbası  xəstəliklərinə  qanş  qeyri-həssaslığını  və  əksinə  həmin 
heyvanların yüksək həssaslığını göstərmək olar. 
Təbii  qeyri-həssaslıq  (qeyri-spesifik  rezistentlik)  immunitet  yaratmır, 
immunitet anticisimlərin anadan (passiv qazanılma) keçirilməsi və yoluxucu xəstəlik 
keçirdikdən  sonra  (aktiv  qazanılma)  orqanizmin  aktiv  şəkildə  əldə  etdiyi 
anticisimlərin  sayəsində  yaranmış  təbii  spesifik  qeyri-həssaslıqdır.  İnsan 
orqanizmində  vaksinlər  və  immun  zərdablar  vasitəsilə  süni  (aktiv  və  passiv) 
immunitet yaratmaq olar. 
Rezistentlik  immunitet  deyildir.  Orqanizmin  rezistentliyi  ontogenezdə  əldə 
edilmiş patogen parazitlərin təsirinə qarşı fərdi qeyri-spesifik fizioloji davamlılıqdır. 
Orqanizmin  rezinstentliyi  müxtəlif  şəraitlərdən,  səbəb  və  amillərdən  asılıdır:  fərdi 
(ontogcnctik)  inkişafın  səviyyəsindən,  orqanizmin  anatomik-fizioloji  xüsusiyyət-
lərindən,  əsəb  sistemi  və  eııdokrin  aparatının  (hipofiz,  böyrəküslü  vəzi,  qalxanvari 
vəzi)  inkişafından  və  funksional  vəziyyətindən,  xüsusilə  də  qidalanma  və  vitamin 
balansından.  Rezistentliyin  dəyişməsi  (azalıb-çoxalması)  ultrabənövşəyi  və 
ionlaşdırıcı  şüaların,  meteoroloji  amillərin,  somatik  və  yoluxucu  xəstəliklərin 
təsirindən  baş  verə  bilər.  Rezinstentliyi  yüksəlmək  üçün  müxtəlif  vəsait  və 
üsullardan istifadə olunur (keyfiyyətli qidalanma, dozalanmış ultrabənövşəyi şüalar, 
hemotransfuziya,  pirogen  və  heteroloji  zülal  və  qeyri-patogen  mikroblann 
polisaxaridləri, mediatorlar, dibazol və s.). 
Bununla yanaşı, epidemioloqlar müxtəlif şəxslərin fərdi immuniteti ilə yanaşı, 
həmçinin  kollektiv  immuniteti  ilə  də  rastlaşırlar.  Bu  baxımdan  immunitet  geniş 
immun təbəqənin olması nəticəsində kollektivlərin qeyri-həssaslığı kimi deyil, daha 
geniş  mənada  «əhali-  nin  immunitcti»  kimi  başa  düşülür,  onun  yaranmasında 
müxtəlif amillər (təbii və süni qazanılmış immunitetdən başqa, əhalinin yaşayış tərzi, 
apanlan  əksepidemik  tədbirlərin  effektivliyi  və  s.)  iştirak  edir  və  bunlar  yoluxucu 
xəstəliklərə qarşı həssaslığın səviyyəsini tənzim edir. 
44 
downloaded from KitabYurdu.org


Patogen mikroblarm spesifik lokalizasiyası 
Epidemik  prosesin  mütləq  elementlərinin  qarşılıqlı  əlaqəsi  və  ya  epidemik 
prosesin  əsas  hərəkətverici  qüvvələri  -  sosial  şəraitlərlə  coğrafi  mühit  amilləri 
arasındakı  münasibətdir.  Məsələn,  insan  və  heyvan  orqanizmində  patogen  parazitin 
lokalizasiyası  onun  ayrı-ayn  növlərinin  optimal  yaşayış  mühitinə  müqayisəli 
uyğunlaşmasının  qanunauyğun  nəticəsidir.  Ancaq  lokalizasiyanın  yüksək  patogenetik 
və  kliniki  əhəmiyyətə  malik  müxtəlifliyinə  baxmayaraq  (xüsusilə  polipatogen 
parazitlərdə),  patogen  mikroblarda  onun  xarici  mühitə  ifrazı  yolları  və  həmin  növün 
gələcək  varlığını  təmin  edən  toxuma,  üzv  və  sistemlərə  müvafiq  adaptasiya 
yaranmışdır (bağırsaqlar - qarın yatalağı və dizenteriya bakteriyaları, vəba vibrionları 
və  cntcroviruslar  üçün,  tənəffüs  sistemi  -  qrip  virusları,  adcnoviruslar  və  difteriya 
bakteriyaları  üçün,  qan  dövranı  sistemi  -  Provaçck  rikketsiyaları,  Obermcycr 
spiroxetləri,  pappataçi  qızdırması  virusu,  malyariya  plazmodiumları  üçün,  xarici  dəri 
və selikli qişa örtüyü - mikozlarm, traxomanm, dəri lcyşmaniozunun törədicisi üçün). 
Epidcmioloji  nöqteyi-nəzərdən  bu,  spesifik  lokalizasiyadır.  O,  patogen 
parazitin  yoluxma  mexanizmini  müəyyən  edir  və  onun  bioloji  xüsusiyyətlərini 
formalaşdırır:  xarici  mühitdə  yaşama  formaları  (spor  əmələgətirmə  -  məs:  qara  yara, 
tetanus,  botulizm  və  yara  anaerob  bakteriyaları),  xarici  mühit  amillərinə  davamlılıq, 
transovarial və transfazal yolla yoluxma və s. Patogen parazitin spesifik lokalizasiyası 
və yoluxma mexanizmi bir-birilə qarşılıqlı əlaqədədir. Bu hadisələrin bir-birindən sıx 
asılılığı epidemik prosesin inkişafına səbəb olur. 
Patogen  parazitin  insan  və  heyvan  orqanizmində  spesifik  lokalizasiyası  və 
törədicilərin  müvafiq  yoluxma  mexanizmi  insanların  yoluxucu  xəstəliklərinin 
təsnifatının elmi əsasını təşkil edir. Bu meyara əsasən onlar aşağıdakı qruplara təsnif 
olunurlar:  1)  həzm  sisteminin  yoluxucu  xəstəlikləri,  2)  tənəffüs  yollarının  yoluxucu 
xəstəlikləri,  3)  qan  sisteminin  yoluxucu  xəstəlikləri,  4)  xarici  örtüklərin  yoluxucu 
xəstəlikləri, 5) müxtəlif yoluxma mexanizminə malik yoluxucu xəstəliklər. 
Epidemik prosesin hərəkətverici qüvvələri 
Epidemik  prosesin  əsas  hərəkətverici  qüvvələrini  onun  3  mütləq  şərtinin 
(infeksiya mənbəyi, yoluxma amilləri, həssas orqanizm) qarşılıqlı təsirinin cəmi, sosial 
şərait və coğrafi mühitin əlverişli amilləri təşkil edir. 
45 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə