Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə9/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   117

Sahib  parazitin  qida  mənbəyi  və  ya  yaşayış  mühiti  kimi  istifadə  etdiyi 
orqanizmdir. Parazitin bioloji növ kimi mövcud olması üçün əhəmiyyətindən asılı 
olaraq  spesifik  və  qeyri  -  spesifik  sahiblər  ayııd  edilir.  Yaşayış  mühiti  -  bioloji 
növün  həyat  fəaliyyətini  təmin  edən  şəraitlərin  cəmidir.  Bioloji  növün 
saxlanmasında  iştirakına  görə  infeksion  xəstəlik  törədiciləri  üçün  əsas  (spesifik), 
əlavə və təsadüfi yaşayış mühiti fərqləndirilir. 
Parazitizm. Makro- və mikroorqanizmin müxtəlif  simbiotik münasibətləri  - 
bir-birinə faydalı (mutualizm) və antoqonist (parazitizm) - vardır. 
Makroorqanizmin vəziyyətindən və mikroorqanizmin viru- lentliyindən asılı 
olaraq, parazitlə orqanizm arasındakı qarşılıqlı əlaqə müxtəlif cür nəticələnə bilər. 
Parazit  -  digər  canlı  orqanizmlərdən  yaşayış  mühiti  və  qidalanma  mənbəyi 
kimi  kimi  istifadə  edən  orqanizmdir,  parazitizm  isə  növarası  münasibətlərin 
forması olub bir canlı orqanizmin digəri tərəfindən qidalanma mənbəyi və yaşayış 
mühiti kimi isttifadə etməsi ilə səciyyələnir. «Parazit» anlayışına ekoloji baxımdan 
müxtəlif  orqanizmlər  daxildir.  Parazitizmin  dərəcəsi  onların  mövcud  olmasının 
parazitik və qeyri-paıazitik mərhələlərinin nisbəti ilə müəyyən olunur. Parazitlərin 
3 kateqoriyası ayırd edilir: obliqat, fakültativ və təsadüfi. Həqiqi-obliqat parazitlər 
yalnız sahibin orqanizmi ilə bağlıdırlar, onlar digər qidalanma tipləri ilə qidalanma 
qabiliyyətini itirmişlər, ona görə də ətraf mühitdə məskunlaşa bilmirlər. Bu qrupa 
insana  hemokontakt,  cinsi,  transplascntar,  laktasiya  yolu  ilə  ötürülən  parazitlər 
daxildir. 
İnfeksion prosesdə makroorqanizmin və mikroorqanizmin rolu 
Mikroorqanizm  ilə  makroorqanizmin  görüşməsinin  nəticəsi  sonuncunun 
ümumi immunoloji reaktivliyindən əhəmiyyətli dərəcədə asılıdır. 
İnfeksion xəstəliklərin inkişafını və gedişini öyrənərkən raakro- orqanizmin 
vəziyyətini  həmişə  nəzərə  almaq  lazımdır.  Təbii  rezistentliyin  və  spesefik 
immunitetin yüksək səviyyəsi orqanizmin patogen mikroba münasibətdə mütləq və 
ya nisbi davamlılığını təmin  edir.  Müəyyən  vəziyyətlər,  məsələn, dərman  yuxusu 
və s. orqanizmin ümumi rcaktivliyini aşağı saldığı üçün infeksion prosesi dəf edir 
və hətta qarşısını alır. 
Məlumdur ki, epidemiyalar zamanı və ya kollektivdə infeksion xəstəlik baş 
verdikdə heç də mikroorqanizmlə görüşmüş bütün şəxs- 
27 
downloaded from KitabYurdu.org


 
lər xəstələnmirlər. Burada orqanizmin fərdi həssaslığının böyük əhəmiyyəti vardır. 
Foıdlik  amili  geniş  hüdudda  variasiya  edir  və  infeksiyanın  xüsusiyyətlərindən 
asılıdır. Təbii çiçək, qızılca və s. infeksiyalar zamanı kontagiozluq indeksi vahidə 
yaxınlaşır,  törədicilərlə  yoluxmuş  və  immunizasiya  olunmamış  şəxslər  tez 
xəstələnirlər.  Əksinə,  poliomiclit,  difteriya  zamanı  və  ya  digər  xəstəliklərdə 
infeksiya  mənbəyi  ilə  təmasda  olmuş  şəxslərin  az  bir  hissəsi  xəstələnirlər 
(kontagiozluq  indeksi  0,01  -  0,1%)  .  Belə  hallarda  yalnız  bəzi  səbəblərə  görə 
(həmin şəxsin mikrob və ya onun toksininə qarşı həssaslığının artmasını müəyyən 
edən  səbəblərə  görə)  infeksiyaya  qarşı  daha  həssas  olan  şəxslər  xəstələnirlər. 
Şübhəsiz,  bu  zaman  orqanizmə  düşmüş  infeksion  agentin  dozası  da  mühüm  rol 
oynayır. 
İnfeksion  prosesin  gedişinə  törədicinin  do  müxtəlif  xüsusiyyətləri  təsir 
göstərir. 
Patogenlik törədicinin təkamül prosesində parazitik xassələri ilə bağlı olan 
bioloji  xüsusiyyəti  hesab  edilir.  Bu  xüsusiyyətinə  görə  mikro-  orqanizmlər  insan 
üçün  patogen  və  qeyri-patogen  növlərə  bölünürlər.  Həmçinin  şərti-patogen 
törədicilər  do  ayırd  edilir  ki,  onlar  yalnız  «müəyyən  şəraitlərdə»,  yəni 
makroorqanizmin  təbii  rczistentliyinin  zəifləməsi  zamanı,  immundcfisitli 
insanlarda xəstəlik törətməyə qabildirlər. 
Törədicinin  patogenliyinin  səciyyələndirilməsi  infeksion  prosesin  ümumi 
qiymətləndirilməsindən  kənarda  mümkün  deyildir.  Məsələn,  yüksəkpatogen  təbii 
çiçək  virusu  qısa  müddətdə  xəstəliyin  yüksək  letallığa  malik  ağır  formalarını 
törədir.  Lakin  epidemiya  zamanı  xəstələnənlərin  yalnız  1/3-i  ölür.  İnsanın 
immundefisit virusu (İİV) bu cəhətdən xeyli geridə qalır, 7-10 il ərzində bu virusla 
yoluxmuş şəxslər 
zahirən sağlam olaraq qalırlar. Lakin zaman keçdikcə xəstəlik bütün 
_ • 
şəxslərdə 100% ölümlə nəticələnən QIÇS mərhələsinə keçir. Xəstəliyin nəticəsinə 
əsasən  qiymətləndirdikdə  IIV  patogenlik  həddinə  çatmışdır  və  bütün  yoluxan 
şəxslərin  ölməsinə  baxmayaraq,  epidemik  proses  inkubasiya  dövründən  QİÇS 
mərhələsinə  (illərlə  sürən)  qədər  törədici  tərəfindən  sahibin  dəyişilməsi  hesabına 
davam edir. 
Virulenilik  -  mikroorqanizmlərin  patogenliyinin  kəmiyyət  ölçüsü  və  ya 
dərəcəsidir.  Onun  maddi  daşıyıcısı  mobil  genetik  elementlərin  (plazmidləı*, 
transpozonlar,  orta-bakteriofaqlar  və  s.)  tərkibinə  daxil  olan  genlərdir.  Bir  qayda 
olaraq,  virulcntlik  hər  hansı  növün  davamlı  əlaməti  sayılmır.  Məsələn, 
korinobakteriyaların,  eşerixiya-  ların,  stafilokokların,  streptokoklaıın  və  bir  çox 
digər mikroorqa- 
28 
downloaded from KitabYurdu.org


nizmlərin toksin ifraz edən şlamları fenotipik və ya praktiki olaraq həmin növün 
avirulcnt ştamlarından fərqlənmirlər. 
İnvazivlik (makroorqanizmin toxumalarında törədicinin yayılma qabiliyyəti) 
və  müxtəlif  uyğunlaşma  mexanizmləri  (məsələn  kap-  suləmələgətirmə,  mimikriya 
və  s.)  virulcnlliyin,  o  cümlədən  pato-  genliyin  amilləri  sayılırlar. 
Mikroorqanizmlərin  virulentliyi qeyri- hossas orqanizmlərdə  passaj edildikdə  artır 
və ya həssas orqanizmlərdə isə tamamilə əks hal baş verir. 
Toksigenlik  -  mikroorqanizmlərin  toksin  hasil  etmək  qabiliyyətidir. 
Toksigenlik  və  virulentlik  çox  vaxt  paralel  baş  verən  hadisələrdir.  Bu  zaman 
virulentlik  daha  çox  törədicinin  orqanizmə  daxil  olmasını,  məskunlaşmasını  və 
invaziyanı, toksigenlik isə infeksiyanın manifestliyini və ağırlığını müəyyən edir. 
EPİDEMİK PROSES HAQQINDA TƏLİM 
Epidemik proses, onu təşkil edən və inkişafına təsir göstərən amillər 
Epidemik  proses  haqqında  təlim  ümumi  epidemiologiyanın  əsas  hissəsidir. 
Epidemik proses epidemologiyanın predmetini təşkil edir. 
L.V.Qromaşevski göstərmişdir ki, epidemik proses bir-birinin ardınca davam 
edən  infeksion  hallar  zənciridir.  Və  ya  «Epidemik  proses  bir-birinin  ardınca 
qanunauyğun şəkildə baş verən yoluxucu xəstəlik hadisələrindən ibarət olub, bütün 
yoluxucu xəstəliklərin (paıazitar xəstəliklərin) yeganə real saxlanma formasıdır». 
V.D.Belyakov  (1964,  1976)  isə  epidemik  prosesi  xarakterizə  edərək 
söyləmişdir  ki,  o,  populyasiya-növ  səviyyəsində  törədici-  paıazit  və  insan 
orqanizminin  qarşılıqlı  təsirinin  özünütənzimləmə  prosesi  olub  labüd  və  kifayət 
qədər sosial və təbii şəraitlərdə infeksiyanın manifest və simptomsuz formalan ilə, 
tək-tək və çoxlu xəstələnmələrlə təzahür edir. 
Epidemik  prosesin  inkişafının  əsasında  3  başhca  halqa  durur:  infeksiya 
mənbəyi, yoluxma mexanizmi, həssas orqanizm. 
29 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə