Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə5/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   117

1960-cı  ildə  epidemioloqlann  Praqa  şəhərində  keçirilən  beynəlxalq 
simpoziumunda  cpidemiologiyanm  müasir  tərifi  verilmişdir:  «Epidcmiologiya  tibb 
elminin  insan  cəmiyyətində  yoluxucu  xəstəliklərin  baş  verməsi  və  yayılmasının 
tədqiqi  ilə  məşğul  olan  və  alınmış  məlumatlara  əsasən  bu  xəstəliklərin  qarşısının 
alınması, mübarizə və profilaktika tədbirlərini hazırlayan sərbəst elm sahəsidiı». 
Epidemiologiyanm tarixinə dair qısa məlumatlar 
Epidemiologiyanın  epidemiya  haqqında  elm  kimi  formalaşması  qədim 
təbabətin  yaranması  dövrü  ilə  eyni  vaxta  təsadüf  edir.  Epidemiya  termini  («Epi»-
üzərində+  «demos»-xalq)  müəyyən  ərazidə  əvvəllər  qeyd  olunmayan  yoluxucu 
xəstəliyin  yaranması  və  artması  kimi  başa  düşülür.  Yoluxucu  xəstəliklər  haqqında 
dəqiq  məlumata  bizim  eradan  4000-3000  il  əvvəl  rast  gəlirik,  ancaq  yoluxucu 
xəstəliklərin  əksəriyyətinin  törədicilərinin  insan  bədəninə  uyğunlaşması  insanın 
şüurlu  növ  kimi  (H.sapiens)  yaranması  vaxtına  düşür.  Qədim  Misirdən  qalmış 
papiruslarda b.e.ə. 3700-3710-cu illərdə təbii çiçəyə oxşar xəstəliyin olması haqqında 
qeydlər  vardır;  cüzam  xəstəliyi  haqqında  ilk  məlumatlar  orada  b.e.ə.  3000-2500-cü 
illərdə verilmişdir. Yoluxucu xəstəliklərin yaranma səbəbi ilkin olaraq bir çox qədim 
dövlətlərdə  din  ilə  əlaqələndirilirdi.  Epidemiya  allahın  qəzəbi  kimi  şərh  edilirdi  və 
onun qarşısının alınmasının qeyri- mümkün olmasına inam yaradılırdı. Bizim eradan 
əvvəl  1120-ci  ildə  Misirdən  köçürülmüş  yəhudilər  arasında  taun  epidemiyası 
haqqında qədim dini sənədlərdə qeydlər vardır. Taun xəstəliyinin siçovullarla əlaqəsi 
haqqında qədim hindlilərin müqəddəs kitabında məlumat verilərək göstərilir ki, əgər 
«damdan  siçovul  düşüb  ölürsə,  bu,  taunun  yaxında  olmasını  göstərir».  Bir  çox 
yoluxucu  xəstəliklər  haqqında  ilk  məlumatlara  Hippokratın  əsərlərində  (b.e.ə.  460-
377-ci illər) («Hava, su, yer», «Epidcmiyalar», I-VI1 kitablar və s.) rast gəlirik. 
«Epidemik  konstitusiya  («miazmatik»)  nəzəriyyəsi  ilə  Hippokrat  b.e.ə.  460-
377-ci ildə «Epidemiologiya» terminini təbabətə gətirmişdir. O, bu terminlə bu və ya 
digər  ərazilərdə  bir  sıra  epidemiyaların  inkişaf  etməsini  izah  etmişdir.  Alim 
epidemiyaları  iqlim,  davranış,  atmosfer  və  digər  təsirlərlə  əlaqələndirmiş,  həmçinin 
onların müxtəlif təbii hadisələrdən: vulkan püskürməsi, daşqınlar və s. asılı olaraq baş 
verdiyini söyləmişdir. 
15 
downloaded from KitabYurdu.org



Orta  əsrlərdə  yoluxucu  xəstəliklərin  geniş  yayılmasına  baxmayaraq 
epidemiyaların  öyrənilməsində  yenilik  qeydə  alınmır.  Dindarlar  bu  sahədə  yeni 
fikirlərin əmələ gəlməsinin qarşısını alaraq qədim dövrlərdə tətbiq olunan tədbirlərin 
həyata keçirilməsinə maneçilik törədirdilər. 
intibah dövründə (XIV-XV əsr) körkomli italyan həkimi, astronomu Ciralamo 
Frakastro (1478-1553) öz kitabında («kon- tagiyalar, kontagioz xəstəliklər və onların 
müalicəsi») ilk dəfə epidemik xəstəliklərin yaranması və inkişafı haqqında nəzəriyyə 
yaratmağa  cəhd  göstərmişdir.  1546  il-cı  ildə  yazılmış  bu  kitabda  o,  dahi 
uzaqgörənliklə yoluxucu xəstəliklərdə (təbii çiçək, taun, qızılca, quduzluq, cüzam və 
s.)  canlı  törədicilərin  əhəmiyyətini  göstərərək  qeyd  edir  ki,  onlar  artmaq 
qabiliyyətinə malikdirlər. Onlar xəstənin əşyaları ilə birbaşa tomasda olduqda, hətta 
hava vasitəsilə yayılırlar. 
Sonralar  sənaye  inqilabı  dövründə  (XVI-XVIII  əsrdə)  cpidiıniologiyanın 
sərbəst  tibb  elminə  çevrilməsində  rol  oynayan  təbiət  elmində  yerinə  yetirilən  elmi 
işlərin  sayı  artdı.  Həmin  dövrdə  yaranmış  əlverişli  şərait  yeni  bir  elmin  - 
baktcriologiyanın meydana gəlməsinə, bu da öz növbəsində bütün tibb elminin, eləcə 
də  yoluxucu  xəstəliklərlə  mübarizə  sahəsində  elmi  və  təcrübi  fəaliyyət  imkanına 
malik bir elmin - epidemiologiyanm tərəqqisinə təkan verdi. 
O  dövrün  alimləri  arasında  yoluxucu  xəstəliklərim  təbiətini  izah  edən  biri-
birinə zidd iki fikir tərəfdarları mövcud idi: 1) miazmatiklər, 
2)
 
kontagionistlər. 
Birincilər  (miazmatiklər)  hesab  edirlər  ki,  epidemiyanın  əmələ  gəlməsi 
iqlimdən asılı olan atmosferin «epidcmik konstitusiyalarının dəyişməsindən asılıdır. 
Müəyyən şəraitlərdə «zərərli başlanğıc» (raiazmalar) torpaqda artır, havaya yayılaraq 
insanları yoluxdurur və xəstəlik əmələ gətirirlər. Təbabətdə bu istiqamətin tərəfdarı 
məşhur ingilis həkimi Tomas Saydenham (1524-1689) idi. O, yoluxucu xəstəliklərin 
müalicəsi  ilə  məşğul  olarkən  qızılca,  göy  öskürək,  təbii  çiçək,  vəba,  skarlatina, 
malyariya və başqa yoluxucu xəstəliklərin geniş təsvirini vermişdir. 
ikincilərin  (kontagionistlər)  fikrincə,  xəstəlik  xəstənin  bədənində  artan 
«kontagiya» və xarici mühitə ifraz olunan canlılar (kontagiyalar) tərəfindən törədilir. 
Bu fikrin müəllifi görkəmli rus həkimi Danilo Samoyloviç idi (1744-1805). 
Epidemiologiyanm  inkişafında  ingilis  həkimi  E.Cenner  (1749-  1823) 
tərəfindən inək çiçəyi ilə insanların peyvənd edilməsi faktının 
16 
downloaded from KitabYurdu.org


böyük köməyi oldu. Bununla yanaşı XIX əsrin ikinci yarısında 
L.Paster (1822-1825), İ.İ.Mcçnikov (1845-1916), R.Kox (1843-1910), • 
D.I.Ivanovskinin  (1864-1920)  apardığı  elmi  işlərin  sayəsində  mikrobiologiyanın 
sürətlə  inkişaf  etməsi  yoluxucu  xəstəliklərin  epidemiologiyasında  hazırda  mövcud 
olan müasir fikirlər təsdiq edildi. 
Bəzən  belə  hesab  edirlər  ki,  bakteriologiyada  baş  vermiş  kəşflər 
epidemiologiyada  da  inqilaba  səbəb  olmuşdu.  Ancaq  bu,  lək  epidcmiologiyanın 
deyil,  bütünlüklə  təbabətin  nailiyyəti  idi.  İnkişaf  edən  yeni  tibb  elminin  - 
baktcriologiyanın  təsiri  altında  yoluxucu  xəstəliklər  haqqında  təlim  işlənib 
hazırlandı.  Həmçinin  yeni  tibb  elmləri:  immunologiya,  yoluxucu  xəstəliklərin 
klinikası meydana gəldi. 
Epidcmiologiyanın  canlanması  yeni  tibb  elmlərinin  müvəfoqiy-  yətləri 
sayəsində  baş  verdi.  Bu  müvəffəqiyyətlər  XX  əsrin  görkəmli  alimlərindən  olan 
D.K.Zabolotnı (1866-1929), L.V. Qromaşevski (1887-1980), V.A. Başenin (1882-1978), 
Y.N. Pavlovskinin (1884- 1969) apardığı işlərin nəticəsində qazanılmışdır. D.K.Zabolotnı 
-  i^V  sovet  epidemiologiyasının  banisidir,  ilk  «Epidemiologiyanın  əsasları»  'O  (1927) 
kitabının  müəllifidir.  Epidemiologiyanın  sonrakı  inkişafı  bir  ^  neçə  onilliklər  ərzində  3 
məktəbin  rəhbərləri  L.V.Qromaşevski,  M  V.A.Başenin  və  Y.N.  Pavlovskinin  adları  ilə 
bağlıdır. 
Y.N.  Pavlovski  epidemiologiya  ilə  parazitologiyanın  kəsişdiyi  sahədə 
epidemioloji müayinəni inkişaf etdirdi. O, əsas diqqətini mənbəyi vəhşi heyvanlar, 
keçiricisi buğumayaqhlar olan yoluxucu xəstəliklərə cəlb etmişdir. 
Son  onillikdə  bir  çox  tibb  elmlərində  populyasion  yanaşma  məfhumu  qəbul 
edilmişdir.  Bunun  nəticəsində  qeyri-yoluxucu  xəstəliklərin  epidemiologiyası 
anlayışı meydana gəldi. Bu, bir çox elmi mübahisələrə səbəb oldu. Lakin həyal özü 
bu məsələni həll etdi və epidemiologiya termini yeni, daha geniş mənada tibb elmi 
və təcrübəsinə daxil oldu. Epidcmiologiyanın ümumtibb elm olması bir daha təsdiq 
edildi. 
Qısaca olaraq, epidemiologiyanın inkişaf dövrlərini belə göstərmək 
olar: 
I
 
dövr. Bakteriologivaya qədər ki dövr ( X I X  əsrin son rübünə qədər) 
1)
 
Hippokralm  məkan  və  zaman  epidemik  konstitusiyası  haqqında 
konsepsiyası; 
2)
 
Hippokrat və Saydenqhamın miazmatik hipotczası; 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə