Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə4/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   117

larin kontagioz tobiotini müəyyən etmiş, onun əsərləri isə taunla 
mübarizəyə həsr olunmuşdur. 
   _  ______________________________   ___________   • • 
XIX  əsrin  sonu  XX  əsrin  əvvəlində  L.Paster,  R.Kox,  I.I.Mcç-  nikov, 
D.İ.İvanovski və s. kimi görkəmli alimlərin tədqiqatları sayəsində epidemiyaların 
infeksion  təbiəti  sübuta  yetirildi,  bir  çox  yoluxucu  xəstəliklərin  törədiciləri  aşkar 
edildi.  Bütün  bunlar  epidemio-  logiyanın  elmi  fənn  kimi  formalaşmasına  imkan 
yaratdı. 
Yoluxucu 
xəstəliklərin 
epidemiologiyasımn 
sonrakı 
inkişafı 
D.K.Zabolotnının  (1866-1929)  fəaliyyəti  ilə  bağlıdır.  Onun  tələbəsi  görkəmli  rus 
epidemioloqu  L.Y.Qromaşevski  (1887-1979)  infeksi-  yanın  yoluxma  mexanizmi 
haqqında təlimi işləyib hazırlamışdır. 
Epidemiologiyanın  inkişafına  digər  alimlər  də  böyük  töhfə  vermişlər. 
Məsələn, E.N.Pavlovski (1884-1965) - transmissiv infek- siyaların təbii-ocaqlılığı 
nəzəriyyəsini, V.D.Belyakov (1921-1996) - parazitar sistemlərin özünütənzimləmə 
nəzəriyyəsini işləyib hazırlamışlar. 
Qeyri-infeksion xəstəliklərin epidemiologiyası ilkin olaraq sərbəst elm kimi 
bir  çox  alimlər  tərəfindən  (I.I.Yolkin,  I.I.Roqozin,  V.D.Belyakov  və  s.)  mənfi 
qarşılanmışdır. Onlar belə hesab edirdilər ki, qeyri-infeksion xəstəliklərin etioloji 
amili  törədicisi  yoxdur.  Digər  müəlliflər  (V.A.Başenin,  V.M.Jdanov)  isə  başqa 
mövqedə  idilər.  Həyat  sübut  etdi  ki,  qeyri-infeksion  xəstəliklərin  epidemio- 
logiyası  nəinki  sərbəst  yaşamağa,  həmçinin  əhalinin  sağlamlığının  bir  çox 
problemlərini müvəffəqiyyətlə həll etməyə qadirdir. 
Yoluxucu xəstəliklərin epidemiologiyası ümumi və xüsusi 
• • 
hissədən ibarətdir. Ümumi epidemiologiya yoluxucu xəstəliklərin profilaktikasının 
ümumilikdə  nəzəri,  metodik,  təşkilati  və  praktik  əsasları,  xüsusi  epidemiologiya 
isə  ayrı-ayrı  nozoloji  formalar  haqqında  biliklərin  məcmuyudur.  Ümumi 
epidemiologiya 
yoluxucu 
(parazitar) 
xəstəliklərdə 
epidemik 
prosesin 
yaranmasının,  inkişafının və sönməsinin  ümumi qanunauyğunluqları  sistemini və 
bu xəstəliklərin profilaktikasının əsas prinsiplərini və onlarla mübarizə tədbirlərini 
nəzərdə  tutur.  Ümumi  epidemiologiyanın  bölmələrinə  aşağıdakılar  aiddir: 
epidemiologiyanın  predmeti  və  metodları,  epidemik  proses  haqqında  təlim, 
epidemioloji  nəzarət,  epidemioloji  təhlil,  epidemioloji  diaqnostika,  yoluxucu 
(parazitar)  xəstəliklərlə  mübarizə  və  onlann  profilaktikasının  elmi  və  təşkilati 
prinsipləri. 
Xüsusi epidemiologiya - yoluxucu (parazitar) xəstəliklərin ayn-ayn nozoloji 
formalarında epidemik prosesin yaranmasının, inkişafının və 
12 
downloaded from KitabYurdu.org


sönməsinin xüsusiyyətləri, onların hər birinə dair aparılan profilaktika və mübarizə 
vasitələrinin və  metodlarının  konkret formaları haqqında biliklər sistemidir.  Lakin 
həm  ümumi  (epidemik  prosesin  ümumi  və  xüsusi  qanunauyğunluqlarının 
öyrənilməsi),  həm  də  xüsusi  epidemiologiya  (konkret  yoluxucu  xəstəliklərin 
yayılmasının qanşısının alınması və onlarla mübarizə) nəzəri və praktik məsələləri 
həll edir. 
Epidemiologiya  bioloji,  tibbi  və  digər  elmlərlə  sıx  əlaqədədir.  O,  xüsusilə 
mikrobiologiya,  virusologiya,  parazitologiya,  helminto-  logiya,  immunologiya, 
yoluxucu  xəstəliklərin  klinikası,  gigiyena,  tibbi  zoologiya,  baytarlıq, 
mikroorqanizmlərin və insanın genetikası, tibbi coğrafiya, biotibbi statistika ilə sıx 
bağlıdır.  Müasir  epidemioloji  xidmətin  fəaliyyətində  ərazinin  bitki  örtüyünün 
kompüter  analizi  ilə  birgə  kosmik  müşahidə  vasitələri,  su  mənbələrinin  spektral 
analizi və s. geniş işlədilir. 
Yoluxucu  xəstəliklərin  epidemiologiyasının  öz  əsas  metodu  vardır. 
Epidemioloji  metod  ~  infeksiyanın  məkan  və  zaman  daxilində  yayılmasının 
xüsusiyyətlərinin  təhlilinə  əsaslanmış,  xəstələnmənin  əmələ  gəlməsi  səbəblərinin, 
şərtlərinin  və  formalaşması  mexanizmlərinin  aşkarlanması  və  xəstəliklərin 
profilaktikasına  dair  tədbirlərin  əsaslandırılması  üçün  nəzərdə  tutulan  metodik 
üsulların  cəmidir.  Epidemioloji  metodun  təcrübədə  tətbiq  edilməsi  epidemioloji 
diaqnostika adlanır. 
Epidemiologiyanm müasir tibb elmləri arasında yeri 
Epidemiologiya anlayışı birmənalı deyildir. Çoxəsrlik inkişaf dövrü ərzində 
bakterioloji 
kəşflərdən 
sonra 
o, 
epidemik 
prosesin 
profilaktikasının 
qanunauyğunluqlarını öyrənən elm kimi formalaşmışdır. 
Son  illər  bütün  xəstəliklərin  (infeksion  və  qeyri-infeksion)  populyasiya 
səviyyəsində öyrənilməsinin metodik əsaslan və ümumi prinsipləri formalaşmışdır 
ki, bunları adlandırmaq üçün «epidemio- logiya» terminindən istifadə edilir. 
Hazırda  elm  tarixində  belə  bir  situasiya  alınmışdır  ki,  elmin  ənənəvi 
başlanğıcı  onun  qəbul  edilməsinin  daha  ümumi  hissəsi  olmuşdur.  Bunun  üçün  do 
hazırda ayırd edilir: 
1)
 
Epidemiologiya ümumi tibb elmi kimi: 
2)
 
Epidemiologiya epidemik proses haqqında elm kimi. 
13 
downloaded from KitabYurdu.org


Epidemiologiva 
ümumi 
tibb 
elmi 
kimi 
əhalinin 
xəstələnməsinin 
aydınlaşdırılmasının səbəblərini, şərtlərini və mexanizmini, onun ərazi üzrə, müxtəlif 
əhali  qrupları  arasında  və  məkan  daxilində  yayılmasını  analiz  yolu  ilə  öyrənir.  Bu 
sahədə  əldə  etdiyi  nəticələri  xəstəliklərin  profilaktikası  üsullarının  hazırlanmasında 
istifadə edir. 
Yoluxucu 
xəstəliklərin 
epidemiologiyası 

epidemik 
prosesin 
qanunauyğunluqları  vo  onun  öyrənilmə  metodları  haqqında,  həmçinin  əhali 
qruplarında yoluxucu xəstəliklərlə xəstələnmənin qarşısını almaq, əhalinin xəstələnmə 
göstəricilərinin aşağı salınması və ayrı- ayrı infcksiyaların ləğv edilməsi məqsədi ilə 
aparılan  əksepidemik  tədbirlər  və  onların  yerinə  yetirilməsi  haqqında  biliklər 
sistemidir. 
«Epidenıiologiya» anlayışının məzmunu 
«Epidcmiologiya» sözü yunanca «epi» (üzərində), «demos» (əhali) və «loqos» 
(elm) söz birləşmələrindən əmələ gəlmişdir. 
«Epidemiologiya» terminin bir çox tərifləri verilmişdir. Ən  yaxşısı Last  J.M. 
(1988)  tərəfindən  verilmişdir:  «Epidemiologiya  cəmiyyətdə  xəstəliklərin  baş 
verməsinin  səbəblərinin  vo  yayılmasının  xüsusiyyətlərini  öyrənən  elm  olub  alınmış 
bilikləri səhiyyənin problemlərinin həll edilməsi üçün tətbiq edir». 
Epidemiologiya  epidemik  prosesin  inkişaf  qanunauyğunluqlarını  öyrənən 
elmdir;  bu  elm  insanlar  arasında  yoluxucu  xəstəliklərin  yayılma  prosesini  (infeksiya 
mənbəyi, yoluxma mexanizmi və həssas orqanizm), sosial şəraitdən asılı olaraq yeni 
yoluxmanın əmələ gəlməsini öyrənir. 
Epidcmiologiyanın  müasir  tərifi  ilk  dəfə  1927-ci  ildə  D.K.Za-  bolotnı 
tərəfindən  vermişdir.  D.K.Zabolotnıya  görə  «Epidcmiologiya  epidemiyalar  haqqında 
elmdir,  epidemiyaların  baş  verməsinin  və  inkişafının,  epidemiyaların  yayılmasına 
kömək  edən  şəraitlərin  öyrənüməsi  ilə  məşğul  olur,  onlara  qarşı  mübarizə  üsullarını 
təklif edir». 
Bu  anlayış  son  illərə  qədər  epidcmiologiyanın  mahiyyətini  tam  əks  etdirirdi. 
Lakin  müasir  dövrdə  buna  münasibət  dəyişmişdir.  Belə  ki,  əvvəllər  çoxlu 
epidemiyalar  törədən,  külli  miqdarda  insan  tələfatına  səbəb  olan  vəba,  taun,  səpgili 
yatalaq və b. yoluxucu xəstəliklər artıq epidemiya törətmirlər, təbii çiçək xəstəliyi isə 
tamamilə  ləğv  edilmişdir.  Ona  görə do, müasir  epidcmiologiyanın vəzifəsi  epidemik 
prosesin intensivliyindən asılı olmayaraq insanlar arasında yoluxucu xəstəliklərin baş 
verməsinin və yayılmasının səbəblərini öyrənməkdən ibarətdir. 
14 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə