Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə3/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   117

R.Ə.Bayramova  və  Ş.N.Həsənov  işləmişdir.  Ə.Mərdanlı  sonralar  kafedranın  dosenti 
olmuş  və  ömrünün  sonuna  qədər  kafedrada  işləmişdir.  Ş.Həsənov  sonralar 
epidemiologiya kafedrasının baş müəllimi, dosenti və yoluxucu xəstəliklər kafedrasının 
dosenti  olmuşdur.  R.Bayramova  isə  ATU-nun  mikrobilogiya  və  immunologiya 
kafedrasının professoru olmuşdur. 
1964-cü  ildən  1992-ci  ilə  qədər  kafedraya  əməkdar  elm  xadimi,  professor 
T.Tağızadə rəhbərlik etmişdir. O, 1964-cu ildə doktorluq dissertasiyası müdafiə etmiş, 
1965-ci ildə professor elmi adını almışdır, bütün ömrü boyu ATU-nun epidemiologiya 
kafedrasında işləmişdir. Müxtəlif illərdə (1962-1966, 1981) Azərbaycan SSR Səhiyyə 
Nazirliyinin  ET  Tibbi  Parazitoiogiya  və  Tropik  Təbabət  İnstitutunun  direktoru 
olmuşdur,  elmi-tədqiqatları  əsasən  leptospiroz,  malyariya,  helmintozlar  və  sal- 
manelloz  xəstəliyinin  müalicə  və  profilaktikasına  həsr  edilmişdir.  Azərbaycan  SSR 
Epidemioloqlar,  Mikrobioloqlar  və  Parazitoloqlar  Elmi  Cəmiyyətinin  sədri  olmuşdur 
(1974-cü  ildən).  T.Ə.Tağızadə  “Səhiyyə  əlaçısı”  döş  nişanı  (1954),  “Şərəf  nişanı” 
ordeni  və  medallarla  təltif  edilmiş,  1981-ci  ildə  “Əməkdar  elm  xadimi”  fəxri  adma 
layiq görülmüşdür. 
T.Tağızadənin  təşəbbüsü  sayəsində  epidemiologiya  fənninin,  digər 
respublikalarda  olduğu  kimi,  müalicə-profilaktika,  pediatriya,  stomatologiya 
fakültələrində də tədrisinə nail olunmuşdur. 
Professor  T.Tağızadə  kafedranın  maddi-texniki  bazasını  genişləndirməklə 
yanaşı  tədrisin  keyfiyyətinin  yüksəldilməsinə  və  kadr  hazırlığına  da  xüsusi  diqqət 
yetirmişdir.  Hazırda  kafedranın  elmi  dərəcəsi  olan  əməkdaşların  əksəriyyəti  onun 
yetirmələridir. Professor T.Tağızadənin rəhbərliyi altında 11 doktorluq, 27 namizədlik 
dissertasiyası müdafiə edilmişdir. 
Kafedra yarandığı ilk günlərdən tədris işi ilə yanaşı elmi-tədqiqat işinə də geniş 
yer  ayırmışdır.  Elmi  işlərin  əsas  istiqamətləri  respublikamızın  ölkə  patologiyası  və 
səhiyyənin  aktual  problemləri  nəzərə  alınmaqla  planlaşdırılır.  Belə  ki,  kafedra  təşkil 
olunan  ilk  illərdə  malyariya,  qayıdan  yatalaq,  dəri  leyşmaniozu,  pappataçi  qızdırması 
kimi  xəstəliklərin  epide-  miologiyasmın  öyrənilməsinə  geniş  yer  verilirdisə,  sonralar 
T.Tağızadənin rəhbərliyi altında leptospiroz probleminin hərtərəfli öyrənilməsinə dair 
silsilə  elmi-tədqiqat  işləri  aparılmışdı.  Alman  elmi  nailiyyətlər  nəticəsində  kafedranın 
nəzdində təşkil olunmuş leptospiroz laboratoriyası keçmiş Zaqafqaziya və Orta Asiya 
Respublikaları üçün metodik mərkəz kimi qəbul olunmuşdu. 
Epidemiologiya  kafedrasına  1992-ci  ildən  əməkdar  elm  xadimi,  əməkdar 
müəllim, professor İbadulla Əliaga oğlu Ağayev rəhbərlik edir. 

downloaded from KitabYurdu.org


ÜMUMİ 
 
EPİDEMİOLOGİYA 
downloaded from KitabYurdu.org


Epidemiologiya elm kimi 
Epidemiologiyanın tərifi, predmeti və vəzifələri 
Epidemiologiya  insanın  yoluxucu  xəstəliklərinin  yaranması,  yayılması  və 
profilaktikası qanunauyğunluqlarını öyrənən elmdir. Onun maraq dairəsinə törədicinin 
təbiətdə  saxlanması,  kollektiv  immunitetin  formalaşması,  insanların  fəaliyyətinin 
infeksiyamn  yayılmasına  təsiri,  yoluxucu  xəstəliklərin  təkamülü  və  yeni  törədicilərin 
yaranması kimi məsələlər daxildir. 
Bəşəriyyət  tarix  boyu  kütləvi,  bəzən  isə  dağıdıcı  yoluxucu  xəstəliklərlə 
qarşılaşmışdır.  Müəyyən  illərdə  insanların  yoluxucu  xəstəliklərdən  ölüm  göstəricisi 
70%-ə çatmışdır. Yoluxucu xəstəliklərin vurduğu zərəri təsəvvürə gətirmək üçün təkcə 
onu demək kifayətdir ki, 1918-1919-cu illərdə qrip pandemiyası dövründə dünyada 20 
mln.  insan  məhv  olmuşdur.  İqtisadi  cəhətdən  geri  qalmış,  inkişaf  etməkdə  olan 
ölkələrdə  ölümün  səbəbləri  içərisində  əvvəlki  kimi  infeksiyalarm  xüsusi  çəkisi 
yüksəkdir.  Hazırda  Afrikanın  bəzi  ekvatorial  ölkələrində  İİV-infeksiya  böyük  yaşlı 
əhalinin ölümünün səbəbləri arasında üçüncü yerdə durur. 
İlkin  olaraq  epidemiologiya  yoluxucu  xəstəlikləri  öyrənən  elm  kimi  təşəkkül 
tapmışdır.  Lakin  sonralar  burada  istifadə  edilən  metodlar  qeyri-infeksion  xəstəliklərin 
öyrənilməsində də tətbiq olunmağa başlandı. Bunun nəticəsində «yoluxucu xəstəliklərin 
epide-  miologiyası»  və  «qeyri-yoluxucu  xəstəliklərin  epidemiologiyası»  anlayışı 
formalaşdı ki, onların hər ikisinin məqsəd və vəzifələri eynidir. 
XX  əsrin  aparıcı  epidemioloqlanndan  sayılan  V.D.Belyakov  yoluxucu 
xəstəliklərin  epidemiologiyasını  əhalinin  ayrı-ayrı  qruplarının  xəstələnməsinin 
qarşısının alınması, ümumi əhalinin xəstələnmə göstəricilərinin azaldılması və ayrı-ayrı 
infeksiyalarm  ləğv  edilməsi  üzrə  nəzəri,  metodik,  təşkilati  və  praktik  biliklərin, 
metodların və vasitələrin sistemi kimi müəyyən etmişdir. 
Xaricdə epidemiologiya - konkret populyasiyaların sağ. lamlığını və xəstələnmə 
vəziyyətlərinin  paylanmasını,  həmçinin  onları  şərtləndirən  amilləri  öyrənən  və  əldə 
olunmuş  bilikləri  patoloji  hallarla  mübarizədə  tətbiq  edən  elm  kimi  təyin  edilir. 
Beləliklə,  xaricdə  epidemiologiya  həm  yoluxucu,  həm  də  somatik  xəstələnməni 
öyrənən elm kimi nəzərdən keçirilir. 
10 
downloaded from KitabYurdu.org


Yoluxucu xəstəliklərin cpidemiologiyasınm əsas vəzifələri bunlardır: 
-
 
yoluxucu  xəstəliklərin  tibbi  və  sosial-iqtisadi  əhəmiyyətinin  öyrənilməsi, 
xəstəliklərin strukturunda onların yerinin müəyyən edilməsi
-
 
yoluxucu  xəstəliklərin  yayılmasının  ilin  fəslindən,  xəstələrin  cinsindən, 
yaşından, sənəti, məişət və milli fərqlərindən asılı olaraq aşkar edilməsi
-
 
yoluxucu  xəstəliklərin  yayılmasında  müxtəlif  səbəb  və  şərtlərin  rolunun 
qiymətləndirilməsi; 
-
 
yoluxucu xəstəliklərlə mübarizə və profilaktikanın strategiya və taktikasının 
işlənib hazırlanması; 
-
 
yoluxucu xəstəliklərin yayılmasının proqnozlaşdırılması. Epidemiologiyanın bir 
elm kimi yaranması tarixini Hippokratla 
bağlamaq lazımdır - o, 2000 il əvvəl yoluxucu xəstəliklərin əmələ gəlməsinə ətraf 
mühit  amillərinin  təsir  etdiyini  söyləmişdir.  Təcrübəyə  arxalanaraq  qədim  dünya 
təbibləri  epidemiyalarla  mübarizədə  bir  sıra  tədbirlərdən  istifadə  etmişlər:  xəstə 
şəxslərin şəhərdən uzaqlaşdırılması, xəstələrin və ölənlərin əşyalarının yandırılması, 
xəstəlik keçirmiş şəxslərin xəstələrə qulluq məqsədilə cəlb edilməsi. Avropada XIV 
əsrdə  karantiıı  tətbiq  olundu,  cüzamlı  xəstələrin  ictimai  yerlərə  (kilsə,  çörokxana) 
getməsi,  quyulardan  yararlanması  qadağan  olunmuşdur.  Rusiyada  XVI  əsrin 
əvvəlində «qorxulu xəstəliklərdon» ölənlərin dəfn mərasiminin yerinə yetirilməsinə 
qadağa qoyulmuşdur: onları ayrıca qəbiristanda basdırırdılar. 
Lakin  əsrlər  boyu  yoluxucu  xəstəliklərlə  mübarizədə  təsadüfi  metodlardan 
geniş  istifadə  olunurdu.  Epidemiologiyanın  elm  kimi  ilkin  əsasları  XVI  əsrdə 
İntibah dövrünün italyan alimi Cirolamo 

   m_m 
Frakastro  (1478-1553)  tərəfindən  verilmişdir.  Oz  əsərlərində  o,  yoluxmanın  üç 
yolunu  göstərmişdir:  vasitəsiz  (birbaşa)  tomas  zamanı,  vasitəli  (əşyalarla)  və 
məsafədən (mütləq xırda və gözəgörünməyən «xəstəlik rüşeymləri»nin iştirakı ilə). 
C.Frakastro ilk dəfə olaraq, tibbi mənada «infeksiya» terminini tətbiq etmiş və təbii 
çiçək, qızıca, taun, vərəm, quduzluq, cüzam, səpgili yatalaq və s. kimi xəstəlikləri 
təsvir  etmişdir.  Beləliklə,  o  bir  elm  kimi  yoluxucu  xəstəliklərin  klinikasının  və 
cpidemiologiyasınm əsaslannı qoymuşdur. 
Rusiyada 
epidemiologiyanın 
sərbəst 
elm 
kimi 
formalaşması 
D.S.Samoyloviçin (1724-1810) adı ilə bağlıdır. Bu alim epidemiya- 
11 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə