Şəxsiyyət, fərd və fərdiyyət anlayışları



Yüklə 19,58 Kb.
tarix20.03.2023
ölçüsü19,58 Kb.
#102869
referat 428


Şəxsiyyət, fərd və fərdiyyət anlayışları
İnsanı orqanizmin’, fərd ve şəxsiyyət səviyyəsinde xarakterizə etmek olar. Bu anlayışlar bir-bir ilə qarşılıqı əlaqədədir, lakin onlardan hər birinin özünəməxsus evristik mənası vardır.
Orqanizm anlayışı bioloji elmlər, şəxsiyyət anlayışı isə sosial elmler kontekstinde formalaşmışdır.
Orqanizm geniş anlayışdır. Hər bir canlı varlıq bitki də, heyvan da, insan da orqanizmdir. Psixologiya insanı orqanizm kimi de­yil, ferd ve şəxsiyyet kimi öyrənir.
Her bir insan, bir tərəfdən, bioloji varlıqdır, digər tərəfdən, so­sial varlıqdır. Onun bioloji varlıq kimi psixoloji xüsusiyyətlərini fərd termini, sosial varlıq kimi psixoloji xüsusiyyətlərini şəxsiyyet termini ile ifadə edirlər. İnsanın həyat fəaliyyətində bu iki cəhət bir-bir ile ele uzlaşır ki, biz çox vaxt nəinki onları aydın şekildə fərqləndirmir, hətta bu haqda fikirləşmirik. Halbuki insanın fərd və şexsiyyət kimi xarakteristikasını vəhdət teşkil etse də, onunla eyniləşdirmək olmaz. Təsadüf nəticəsində heyvanlar arasına düşmüş və onların içerisində böyümüş uşaqlara aid faktlarla bu baxımdan tanış olaq.
Elmə təxminən 50-ye qəder belə hadisə məlumdur. Müxtelif heyvanlar - meymun, canavar, ceyran, ayı və s. içerisinde böyümüş bele uşaqların ancaq bir neçesi, xüsusilə 1920-ci ilde Hindistanda canavar yuvasından tapılmış, Kəmale ve Amale adlandırılmışmış qızlar psixoloqlar tərəfindən nisbətən ətraflı öyrənilmişdir.
Kəmalənin çox uzun və qabarıq əlləri var idi, ovucları batmışdışdı, qulaqları yastı idi. O, demək olar ki, soyuğu və istini hiss etmirdi. Yalnız çiy ət yeyir, süd içirdi, çox güclü alt çənəsi və iti dişləri var idi. Gündüzlər, demək olar ki, hərəkət etmir, gecələr isə gəzişir və canavar kimi ulayırdı. Bir il keçəndən sonra o, ətrafdakı adamlarla maraqlanmağa başlayır. İkinci ildə qız artıq stəkandan istifadə edir ve otuz söz bilirdi. O, küçəyə çılpaq çıxmağa daha razı olmurdu.
Qarşıya sual çıxır: bu uşaqı şexsiyyət adlandırmaq olarmı? Əgər olmazsa, bunu nə ilə əsaslandırmaq mümkündür? Gəlin, bu suallara cavab vermək üçün fərd ve şəxsiyyət anlayışları ilə tanış olaq.
Biz uşağı fərd kimi səciyyələndirərkən, birinci növbədə, onun insan növünə mənsub olduğunu qeyd edirik. Bunu başa düşmək üçün təkcə onu göstərmək kifayətdir ki, insan balası heyvanlar içərisinə düşdükdə belə, heyvan balasına çevrilmir, insan olaraq qalır. Amalə və Kəmaləni canavar balalari ilə müqayisə etsəniz, bu cəhəti aydın göre bilersiniz: onlarm bədənləri, beyinləri, əlləri və s. quruluşu nəinki canavarın, hətta meymunun bədəni, beyni ve ya əllerinin quruluşundan kəskin surətdə fərqlənir.
Bədənin konfiqurasiyası dik yerimek, beynin quruluşu intellek-tin inkişafı, əllerin quruluşu alətlərdən istifadə etmək üçün imkan yaradır. Aydın məsələdir ki, heyvanlar mühitində insan övladının bu imkandan tam heyata keçmir.
Lakin bununla belə o, məhz özünün bu xüsusiyyətləri ilə heyvanın balasından kəskin surətdə fərqlənir.
Fərd anlayışı bir cəhətden də maraqlıdır: eyni növlü bitki ve heyvanlar bir-birinden müəyyən xüsusiyyətlərə görə fərqlənsələr də, onların arasında oxşarlıq daha çoxdur. İnsanlar isə belə deyildir: psixoloji baxımdan onlar bir-birlərine oxşamırlar. Biz insanı fərd kimi xarakterizə edərkən məhz bu cəhətləri nəzərə çatdırıq.
Fərd özünəməxsus psixoloji xüsusiyyətləri olan, heç kəsə oxşamayan tebii varlıq deməkdir. Fərd anlayışının evristik mənası da elə bundan ibarətdir.
Bu baxımdan hər bir adam - həm təzə doğulmuş uşaq, həm də hər hansı bir yaşlı adam fərddir. Eyni sözleri biz Amale və Kəma­lə haqqında da deyə bilərik; onlar da fərddirlər.
Bir cəhəti dəqiqləşdirək: insan fərd kimi doğulur, cəmiyyətdə müəyyən sosial keyfiyyətlər kəsb edir ve şəxsiyyətə çevrilir.
Şəxsiyyət nədir? Sovet psixologiyasında şəxsiyyətin 50-dən çox tərifi melumdur. Bu gün şəxsiyyet haqqmda hamı tərəfindən eyni dərecəde qəbul edilən tərif olmasa da, müəlliflerin demək olar ki, hamısı şəxsiyyəti xarakterizə edərkən iki cəhətə xüsusi diqqət yetirirlər. Həmin cəhətlər aşağıdakılardan ibarətdir:
a) melumdur ki, insanın mahiyyəti öz gerçekliyində ictimai
münasibətlerin məcmusundan ibaretdir.
Bütün ictimai münasibətlər sistemi qanunauyğun surətdə mad­di nemətlər istehsalı üsulundan asılıdır: istehsal prosesində insanlar maddi məhsullar, yaşayış vasitələri yaratmaqla kifayətlənmirlər. Onlar maddi nemətlər istehsal etmeklə öz ictimai münasibətlərini də istehsal və təkrar istehsal edirlər.
Yəni cəmiyyət şəxsiyyət üçün sadəcə olaraq müeyyən bir xarici mühit deyildir. O, cəmiyyətin üzvü kimi ictimai münasibətlər sisteminə obyektiv surətdə daxil olur.
Şəxsiyyətin motivləri, cəhdləri, yönəlişləri, alətləri, rəğbəti və nifrəti onun istehsala, mübadilə və istehlaka obyektiv münasibətlərinin necə olmasından, hansı vətəndaşlıq hüquqlarına malik olmasmdan, cəmiyyətin siyasi və ideoloji həyatına necə daxil ol-masından və s. asılıdır. Bu prosesdə insanda müxtəlif sosial keyfiyyətlər formalaşır ki, onlar da sistemli xarakter daşıyır, insanın əməl və hərəkətlərində, intellektual, emosional, iradi və b. xassələrində ifadə olunmur. Şexsiyyət dedikdə, hər şeyden əvel, fərdi bu və ya digər cəmiyyətin üzvü kimi xarakterizə edən sosial keyfiyyətlərin sistemi nəzərde tutulur. Məlumdur ki, şəxsiyyətin mahiyyetini «nə onun saqqal, nə qanı, nə abstrakt fıziki təbiəti deyil, sosial keyfiyyətləri təşkil edir (K.Marks).
«Sosial» sözünə diqqət edin. Bu keyfıyyətlər ictimai münasibətlərin mənimsənilməsi zəmininde əmələ gəldiyi üçün onlara so­sial keyfıyyətlər deyilir
b) şəxsiyyət ictimai proseslərə daxil olmaqla öz həyat şəraitini
fəal surətde dəyişməyə başlayır. O, münasibət subyektinə, şüurlu
fəaliyyət subyektinə çevrilir. Bu о deməkdir ki, şəxsiyyət ancaq şüur və məntiq şüurunun yaranması ile birlikde əmələ gəlir.
Şəxsiyyət mürəkkəb fenomendir. O, psixoloji baxımdan müxtəlif xüsusiyyətlərlə xarakterizə olunur. Bu nöqteyi-nəzərdən aşağıdakıları xüsusilə qeyd etmək olar:
- i c t i ai fəallıq; şexsiyyət Öz fəaliyyət dairəsini ardıcıl surətdə genişləndirir, nəinki Öz həyat yolunu müəyyən edir, həm də həyat şəraitini dəyişdirir, ən mürəkkəb həyati situasiyalar da öz daxili inanma və həyat mövqeyinə görə hərəkət edir.

  • motivlərin davamlı sistemi: motivlərin maraqlar,

əqlidə və s. üstünlük teşkil edən sistemi formalaşır və onlar şəxsiyyətin istiqamətini müəyyən edirlər.
Şəxsi məna - şəxsiyyətin teləbatına və s. uyğun gəlen obyektlər onun üçün şəxsi məna kəsb edir. Bu cəhət birinci növbədə şəxsiyyətin sosial yönəlişləri və həyat mövqeyində, emo-siya və hisslərində, maraq və meyilərində özünün aydn ifadəsini tapır.

  • Münasibətlər - şəxsiyyətin nüvəsini təşkil edir. İnsanın başqa adamlara, əməyə, şeylerə, özünə münasibətləri onun şəxsiyyətihi xarakterizə edir. Şəxsiyyətin mənlik şüura da nəticə etibarilə onu münasibətləri ile müeyyən olunur və s.

Şexsiyyet fərd üçün subyektiv olaraq onun məni - özü haqqında təsəvvürlər sistemi (mən obrazı, men konsepsiyası) kimi meydana çıxır. Şəxsiyyətin özünə verdiyi qiymətlərdə, özünə hörmət hissində, iddia səviyyəsində və s. onun özü haqqmda təsəvvürləri əks olunur.
Psixologiyada həmin cəhəti təhlil etmek üçün i n t e q г a 1 (latmca inteqer - bütöv deməkdir) fərdiyyət anlayışmdan istifadə olunur, insanın bütün fərdi xüsusiyyətleri – biokimyəvi, ümumi somatik, neyrodinamik (sinir sisteminin xassələri), psixodinamik (temperament xassələri), şexsiyyətə məxsus xassələri qarşılıqlı əlaqədə təhlil edilir. Fərdi xüsusiyyətlərin nəzərdən keçirdiyimiz sistemində şəxsiyyətə aid xüsusiyyətler müəyyənedici ehemiyyət kəsb edir. Müasir psixologiyada bu baxımdan şəxsiyyet fərdi inteqrasiya orqanı kimi başa düşülür və təhlil olunur.
Yüklə 19,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə