Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr



Yüklə 137,16 Kb.
səhifə1/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade



Bakı İdarəetmə və Texnologiya Kolleci
Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli
İstifadə fənnindən mühazirələr

Müəllim: Şamxalova Lətifə Nürəddin qızı
2020-2021


Mövzu-1. Ətraf mühitin mühafizəsi

Plan:
1. Ətraf mühit anlayışı
2. Ətraf mühitin öyrənilməsi və ekologiya elminin rolu
3. Ekoloji amillər

Ətraf mühit anlayışı.
Ətraf mühit deyərkən - insanları əhatə edən, onlarla qarşılıqlı əlaqədə olan günəş şüaları, su, torpaq, hava və canlılar, antropogen maddələr, əşyalar və qurğular nəzərdə tutulur. İnsan özü də ətraf mühitin ayrılmaz və çox güclü təsirə malik olan hissəsidir. Alimlər ətraf mühiti təbii mühit və süni mühit olaraq iki hissəyə ayırmışlar. İnsanların həmişə asılı olduqları mühit təbiidir. Süni mühit isə cəmiyyətin inkişafı ilə əlaqədar insanların fəaliyyəti nəticəsində yaradılmışdır. 
Müasir elmin köməyi ilə yaradılmış yeni çoxsaylı bitki və heyvan növləri, süni dəryalar, göllər, qoruqlar və s. süni mühitin obyektləridir. Artıq XX əsrin ortalarında ekoloji böhran özünü bildirməyə başladı. Bu dövrü ətraf mühitin nəzarətsiz istismarının get-gedə artması dövrü kimi qiymətləndirmək olar.

Ekologiya elmi. Ekologiya yunan sözüdür (oykos – ev, daxma, logiya - elm). Lakin yunan sözü olsa da onu ilk dəfə alman bioloqu 1869-cu ildə Ernest Hekgel işlətmişdir. Ekologiya canlı orqanizmlər arasında və onların olduğu mühitlə qarşılıqlı əlaqə haqqında sintetik bioloji elmdir. Ekologiyanın əsas predmeti daxilində enerji və üzvi maddələrin transformasiya prosesi gedən və bir-birilə qarşılıqlı əlaqədə olan canlı orqanizmlərin məcmusunu öyrənməkdir. Ekologiyanın əsas vəzifəsi ekosistemdə enerji və materiyanın qarşılıqlı təsirini öyrənməkdir . Ekoologiya elminin inkişafı XX əsrin əvvəlinə təsadüf edir. Çünki təbiətin vəziyyəti bu əsrin 30-cu illərinə qədər ciddi təşviş doğurmurdu. Lakin II Dünya müharibəsindən sonra təbiətə, ətraf mühitə, təbii ehtiyatlara qarşı mənfi münasibət ilbəil gücləndiyindən ekologiya elmi tamamilə yeni, inkişafı zəruri sayılan elm sahəsinə çevrildi. Hazırda elmi-texniki tərəqqinin sürətlə inkişafı ilə əlaqədar təbii ehtiyatların mühafizəsi məsələlərinin həlli müasir ekologiyaya olan maraq dairəsini özünün qanuni bioloji sərhədindən çıxarmışdır. Bununla əlaqədar ekologiya elminin xüsusi sahələri meydana gələrək sürətlə inkişaf etməkdədir: bitkilərin ekologiyası, torpağın ekologiyası, coğrafi ekologiya, heyvan ekologiyası, mikroorqanizmlərin ekologiyası, suların, dənizlərin ekologiyası, atmosferin, hidrosferin ekologiyası, kənd təsərrüfatının, sənayenin, nəqliyyatın, şəhərlərin ekologiyası, ekoloji biologiya, geokimyəvi ekologiya, mədəniyyət ekologiyası, sosial ekologiya və onun qolu olan insan ekologiyası,
kosmik ekologiya və s. Odur ki, son 30-40 il ərzində ekologiya yalnız biologiya elmləri deyil, həm bütün təbiət, həm də sosial və iqtisadi elmləri arasında populyar, tətbiqi elm sahəsinə çevrilmişdir. Bu göstərilən ekoloji sahələr ümumi ekologiyanın müstəqil bölmələri olub nəzəri və tətbiqi ekologiyaya bölünür. Bir tədris kimi ekologiya 4 əsas bölməyə ayrılır: 1) antekologiya və ya faktorlar ekologiyası (ekoloji faktorlar haqqında təlim); 2) populyasiya ekologyiası, yaxud demekologiya; 3) ekosistem və ya qruplaşma ekologiyası, yaxud biosenologiya (biogeosenologiya); 4) biosfer haqqında təlim.
Ekologiya elminin son tətbiqi nəticələri aşağıdakılardan ibarət olmalıdır: müasir və gələcək nəsilləri sağlam ətraf mühitlə t əmin etmək üçün elmi əsaslar hazırlamaq; təbii ehtiyatların mühafizəsi və tullantısız texnologiyanın ekoloji əsaslarını a şkar etmək; optimal və etibarlı f əaliyyət göstərən süni (antropogen) ekosistemlər, xüsusilə kənd təsərrüfatı yaratmaq; rəsmi və qeyri-rəsmi səviyyələrdə ekoloji təhsilə və əhalinin bütün təbəqələri arasında ekoloji mədəniyyətə yiyələnmək. Ekologiyanın inkişaf tarixi. Ümumiyyətlə, ekologiyanın inkişaf tarixini üç əsas mərhələyə bölmək olar. Birinci mərhələ – ekologiyanın bir elm kimi yaranma və təşəkkülü (XIX əsrin 60-cı illərinə qədər). İkinci mərhələ (XIX əsrin 60-cı illərindən sonrakı dövr). Bu mərhələdə ekologiya elmin müstəqil sahəsi kimi formalaşır. Üçüncü mərhələ (XX əsrin 50-ci illərindən başlayaraq bu günə qədər olan dövr). XX əsrin ikinci yarısında ətraf mühitin çirklənməsinin intensivləşməsi və insanın təbiətə təsirinin güclənməsi ilə əlaqədar ekologiya elmi xüsusi əhəmiyyət kəsb edir. Belə vəziyyətin nəticəsində ekologiya kompleks elmə çevrilərək təbii və ətraf mühitin qorunması elmini də özündə cəmləşdirdi. Ciddi bioloji elmdən ekologiya biliklərin tsiklinə çevrilərək özünə coğrafiya, geologiya, kimya, fizika, sosiologiya, mədəniyyət tarixi, iqtisadiyyat bölmələrini daxil etdi (Reymers, 1994). Ekologiyanın dünyada inkişafının müasir dövründəki inkişafı xarici ölkələrin görkəmli alimləri Y.Odum, C.M.Andersen, E.Pianka, R.Riklefs, M.Biqon, A.Şveyser, C.Xarper, R.Uitteker, N.Borlauq, T.Miller, B.Nebel və b. adları ilə bağlıdır. Rusiya ekoloq almilərindən İ.P.Gerasimov, A.M.Qilyarov, V.Q.Qorşqov, Y.A. İzrael, Y.N.Kurajskovski, K.S.Losyev, N.N.Moiseyev, N.P. Naumov, N.F.Reymers, V.V.Rozanov, Y.M.Sviriyev, A.L.Yanşin, İ.A.Şilov və b. göstərmək olar.

Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə