Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Ətraf mühİtİn mühafİzəsİ sahəsİndə hüquqlar və vəzİfələr



Yüklə 137,16 Kb.
səhifə8/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Ətraf mühİtİn mühafİzəsİ sahəsİndə hüquqlar və vəzİfələr
Maddə 4. Ətraf mühitin mühafizəsi sahəsində dövlətin hüquqları və vəzifələri
1. Ətraf mühitin mühafizəsi sahəsində dövlətin hüquqları:
1.1. dövlət siyasətinin əsas istiqamətlərini, onun həyata keçirilməsi üçün strateji tədbirləri hazırlamaq;
1.2. ətraf mühitin mühafizəsi sahəsində təsərrüfat və başqa fəaliyyətin ekoloji tarazlığa olan keyfiyyət normativlərini işləmək və təsdiq edilməsi qaydalarını müəyyən etmək;
1.3. ətraf mühitin mühafizəsinin dövlət fondları haqqında əsasnamələri təsdiq etmək;
1.4. qanunvericiliyə müvafiq olaraq təbii resursların istifadəyə verilməsi haqqında qərarları qəbul etmək, təbiətdən istifadəyə görə limitləri və kvotaları müəyyən etmək, müqavilələri (kontraktları) bağlamaq;
. ekoloji auditor fəaliyyətinin aparılması qaydalarını müəyyən etmək;
1.13. ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması sahəsində xərcləri təsdiq etməkdir.
2.2. dövlət ekoloji ekspertizasını təşkil etmək;
2.3. ətraf mühitin, heyvanlar və bitki aləminin mühafizəsinə, bərpasına və istifadəsinə dövlət nəzarətini həyata keçirmək;
2.3-1. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının idxalına və dövriyyəsinə dövlət nəzarətini həyata keçirmək; i
2.4. heyvanlar və bitki aləminin nadir və yer üzündən yox olması təhlükəsinə məruz qalmış növlərinin dövlət kadastrını aparmaq ("Qırmızı kitab"ı nəşr etmək);
2.5. beynəlxalq əməkdaşlığı həyata keçirmək;
2.6. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun digər vəzifələri həyata keçirməkdir.

1.1. hər bir vətəndaş həyatı və sağlamlığı üçün əlverişli ətraf mühitin olması, onun vəziyyəti və vəziyyətinin yaxşılaşdırılması barədə tədbirlər haqqında dəqiq məlumat almaq;


1.2. ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində onların sağlamlığına və əmlakına vurulan zərərə görə ödənc almaq;
1.3. sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq;
1.4. müəyyən edilmiş qaydada təbii resurslardan istifadə etmək, onların mühafizəsi və bərpası üzrə tədbirləri həyata keçirmək, ətraf mühitin mühafizəsində və sağlamlaşdırılmasında iştirak etmək;
1.5. qanunvericilikdə müəyyən edilmiş qaydada ətraf mühitin mühafizəsinə aid yığıncaqlarda, mitinqlərdə, piketlərdə, yürüşlərdə və nümayişlərdə, referendumlarda iştirak etmək;
1.6. ətraf mühitin mühafizəsinə dair dövlət hakimiyyət orqanlarına və təşkilatlarına müraciət etmək;
1.7. ictimai ekoloji ekspertiza haqqında təkliflər vermək;
1.8. insan həyatına və ətraf mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların və başqa ekoloji zərərli obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini və həmçinin fiziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti dayandırılmasını və hüquqi şəxslərin ləğv edilməsini tələb etmək;
1.9. ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində təqsirkar təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətə cəlb edilməsi barədə müvafiq orqanlar və məhkəmələr qarşısında iddialar qaldırmaq;
1.10. qanunvericilikdə nəzərdə tutulan başqa hüquqlarını müəyyən edilmiş qaydada həyata keçirmək.
2. Ətraf mühiti qorumaq hər bir kəsin vəzifəsidir.

i


Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə