Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Mövzu – 8. Tullantısız və ya az tullantılı texnologiyalar



Yüklə 137,16 Kb.
səhifə11/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Mövzu – 8. Tullantısız və ya az tullantılı texnologiyalar.

Plan:
1. Təbii resurslardan daha səmərəli istifadə
2. Tullantısız texnologiyanın əsas istiqamətləri
3. Dünya ölkələri tullantısız texnologiyaya necə sahib olur?

Hazırda müasir geniş qaztəmizləmə texnikası olmasına baxmayaraq xammaldan tullantı olmadan kompleks istifadə edərək ətraf mühiti çirkləndirməmək istiqamətində texnoloji proseslər yaratmaq ekologiyanın radikal həlledici məsələsi olmaqda qalır. Təbii resurslardan daha səmərəli istifadə etmək yolu ilə ətraf mühitin keyfiyyəti stabilləşdirilməsi və yaxşılaşdırılması tullantısız istehsalın yaradılması və onun inkişaf etdirilməsilə bağlıdır . Resursların qorunması xalq təsərrüfatının artmaqda olan tələbatını təmin etmək sahəsində həlledici mənbədir. Tullantısız istehsal texnologiyasında istehsalın təşkili prinsipi belə anlaşılır: İlk xammal resursları – «istehsal» - «istifadə» - «təkrar xammal resursları» tsikli ekoloji tarazlığı pozmadan xammalın bütün komponentlərindən, bütün enerji növlərindən səmərəli istifadə olunması üzrə qurulmuşdur. Tullantısız istehsal bir kombinat, sahə, region, nəticədə nəhayət bütün xalq təsərrüfatı üçün yaradıla bilər. Tullantısız istehsal uzunmüddətli və tədrici proses olub bir – birilə bağlı olan bir sıra texnoloji , iqtisadi , təşkilatı , psixoloji və digər məsələlərin həllini tələb edir. Praktikada tullantısız sənaye istehsalını yaratmaq üçün ilk növbədə prinsipcə yeni texnoloji proseslərə , cihazlara , avadanlıqlara əsaslanmalıdır. Tullantısız texnologiya bütün sənaye və kənd təsərrüfatı istehsalının ekoloji strategiyası hesab olunur. Tullantısız texnologiyanın əsas istiqamətləri aşağıdakılardır: - tullantıların utilləşdirilməsi, xammal və materiallardan kompleks istifadə edilməsi, qapalı tsiklli istehsalın təşkili, çirkab sularının atılmaması, zərərli maddələrin atmosferə buraxılmaması. İstehsal tullantılarından xammal, yarım fabrikat , yanacaq və s . kimi faydalı istifadə edilməsi utilizasiya adlanır. Utilizasiyanın xalq təsərrüfatında əhəmiyyəti vardır. Bir sıra sahələrdə utulizasiya məqsədilə xüsusi sexlər və hətta utulizasiya zavodları yaradılır. Utulizasiya tullantılarının toplanması ilə xüsusi müəssisələr məşğul olur. «Tullantısız» texnologiya üzvü tullantıların təkrar emal edilməsində də tətbiq edilir. Bakıda üzvi tullantıların illik miqdarı 2,5 milyon tondan çoxdur. Bu, əsasən ağac emalı, şərab və pivə istehsalı, dəri emalı müəssisələrinin



və ət kombinatının tullantılarından ibarətdir. Bunların yalnız 5-6 % - i təkrar emal edilir, qalanı isə yandırılır. Bu üzvi tullantıları emal etməklə həm ətraf mühitin çirklənməsinin qarşısı alınar, həm də xeyli gübrə istehsal etmək olar. BDU – nun alimləri ( Q.Qasımov və A.Əhmədov) üzvi tullantılardan asan və ucuz yolla gübrə istehsal etməyin üsulunu işləyib hazırlamışlar. Bu usulu hər bir rayonda , hər bir təsərrüfatda asanlıqla tətbiq etmək mümkündür. Üzvi tullantıları 3 gün ərzində kimyəvi məhlulda islatmaq yolu ilə gübrə əldə etmək, bununla da ətraf mühiti təmizləməklə yanaşı ondan xeyli mənfəət götürmək olar. Sankt – Peterburq yaxınlığında məişət tullantılarının mexaniki emalı ilə məşğul olan kiçik bir zavod fəaliyyət göstərir. 150- ə qədər işçisi olan bu zavodda məişət tullantılarından ildə 2 min tondan çox qara metal ayrılır. Burada üzvi tullantılar mikroorqanizimlərin 3 günlük təsirindən sonra insanın səhhəti üçün təhlükəli, müxtəlif xəstəliklər törədən mikroblar məhv edilir; əldə edilən məhsul xammal şəklində lazimi yerlərə göndərilir. Bir sıra təssərrüfatlarda ondan gübrə kimi istifadə olunur . Əvvəllər üzvi tullantıların təqribən 1/3- ni təşkil edən və mikroorqanizimlər tərəfindən təsir göstərilə bilməyən şüşə, ağac və əlvan metal qırıntılarını, rezin və dəri parçalarını, plastik kütləni ayıraraq tullamaq lazım gəlirdi. Sonralar alimlər bu bərk qarışıqları havasız yerdə yüksək temperaturda qızdıraraq pirokarbon, yanacaq qaz və duru qətran kimi qiymətli məhsullar almağa nail oldular. İri sənaye şəhərlərində İES və başqa müəssisələr atmosferə xeyli sulfat anhidridi buraxır. Onun təsirindən metallar karroziyaya uğrayır, tikinti qurğuları aşınır, bitkilər məhv olur, xəstəliklər artır. Halbuki, həmin stansiyaların tüstülərindən SO2- ni ayıraraq sulfat turşusu hazırlamaq olar. Dünyada ilk dəfə 1952- ci ildə Moskvada 12№ - li İES – də bu üsuldan istifadə edilmişdir. Ukranyada tikilmiş kimya kombinatında tullantılar başqa sexlərdə kompleks emal edilərək azot gübrələrinə, mal – qara üçün zülal vitamin konsentratına, karbon qazına və onu da quru buza çevirir. Estoniyada iri azot gübrəsi zavodunda əvvəl havanı çirkləndirən tullantı indi xammal kimi istifadəyə verilir. Kanalizasiya suları çirkli halda, tullantılarla qarışıq şəkildə çay və dənizlərə tökülür, onları və atmosferi çirkləndirir. Çirkli suların kimyəvi tərkibi onların hansı istehsal sahəsində tətbiq olunmasından asılıdır. Məs., neft emalı zavodlarından buraxılan sular müxtəlif üzvi maddələrlə (fenollar, amin turşuları, qatran və s.) zəngin olur. Kanalizasiya sularının təkibində müxtəlif üzvi maddələr, fosfor, kalium və digər mikroelementlər vardır. Bir çox ölkələrdə kanalizasiya sularından gübrə kimi istifadə edilir. Bu sahədə Çin xalqı bir neçə əsrlik təcrübəyə malikdir. Berlin şəhərində kanalizasiya sularından istifadəyə hələ XIX əsrdən başlanılmışdır.Burada kanalizasiya şəbəkəsinə xüsusi meliorasiya qurğuları qoşulur və «maye gübrə» böyük təzyiq altında əkin sahələrinə verilirdi. Polşa alimi A.Lenkova qeyd edir ki, çirklənmiş sulardan yenidən istifadə edilsə, 4 qat səmərə əldə edilər: təmizləmə qurğularının tikintisinə xərc azalar: əkin sahələri əlavə su alar ; süni gübrəsiz məhsuldarlıq artar: çay və dənizlərin sanitar vəziyyəti yaxşılaşar.Bunun üçün çirkli suların müxtəlif xəstəliktörədən bakteriyalardan təmizlənməsi tələb olunur. Bu isə o qədər də böyük problem deyil. Neft və qaz yataqlarının işlənməsi ( istismarı ) prosesi zamanı yataqda neft və qazla bərabər çoxlu miqdarda çıxarılan lay suları tullantı şəklində çay və dənizlərə axıdılır. Halbuki, həmin sularda sənaye əhəmiyyətli yod, brom , xlor, natrium və s . elementlər var. Neftçala şəhərində yerləşən yod – brom zavodunun istismar obyekti həmin yataqdakı neftli layların sularıdır. Həmin sularda yodun miqdarı litrdə 60 – 70 mq – a çatır. Zaparojye şəhərinin bir qrup mühəndisi şəhərin zavodlarının tullantılarından 66 növünü (bərk , qaz , maye şəkildə ) böyük bir qabda qarışdıraraq müəyyən vaxt saxlamışlar . Nəticədə tullantılar tam zərərsizləşdirilmiş, bərk , qaz və maye şəkilli müxtəlif xammal növləri alınmışdır. Atmosfer havası ətraf mühitin həyat üçün vacib olan ən əhəmiyyətli ünsürlərindən biri olmaqla onun çirklənmədən mühafizəsi günün aktual tələbidir . Luis – Con Batanın «Çirkli səma» kitabında qeyd edilir: İkisindən biri olmalıdır : ya adamlar elə etməlidir ki, havada tüstü azalsın və yaxud əksinə, tüstü elə edər ki, yerdə adamlar azalar.



Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə