Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr



Yüklə 137,16 Kb.
səhifə16/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Dizel yanacağı. Dizel yanacağını alman mühəndisi Rudolf Dizel (1858-1913) kəşf etmişdir. Benzin mühərriklərində işçi qarışığı (yanacaq-hava) kənar mənbədən yəni (elektrik qığılcımından) alovlanırsa, dizel mühərriyində isə alovlanma qarışığın sıxılması nəticəsində yüksələn temperaturun təsirilə baş verir. Dizel mühərriyi benzin mühərriyinə nisbətən 20-30% az yanacaq işlədir. Son vaxtlar dünyada dizel mühərriklərinə qayıtmaq tendensiyası artmışdır. Dizel yanacağı ilə işləyən avtomobillərdə işlənmiş qazların zərərlilik dərəcəsi xeyli az olur. (yəni komponentlərin cəminə görə benzin mühərriklərinə nisbətən təxminən üç dəfə az olur.) Dizel mühərrikləri də ekoloji baxımdan təhlükəsiz sayılmır, belə ki,
iş zamanı onlar da havaya bərk hissəciklər: məsələn, his, yağ aerozolları və yanmamış yanacaq, kükürd anhidridi buraxır. Bu maddələr atmosfer havasına düşərək insan orqanizmində kanserogen birləşmələr toplanır ki, onlar da benzin mühərriklərindən çıxan karbon oksidindən az təhlükəli sayılmır.
Elektromobil. 1973-cü ildə, xüsusilə kəsgin elektrik krizisindən sonra elektromobillərin kütləvi istehsalına maraq artdı. Bu yalnız elektrik problemi ilə deyil, həmçinin ciddi ekoloji problemlərlə əlaqədardır: belə ki, elektromobil havanı çirkləndirmir, qızdırmır, həm də o qədər də səsküylü deyil. 1993-cü ildə ABŞ-da Kaliforniyada verilən qanunda milli istehsalçıların buraxdığı avtomobillərin mütləq 2% - dən az olmayaraq «sıfır qazlarla» işləyən, xüsusən elektromobillər olması göstərilir. İsveçdə buraxılan 15 tonluq yük maşını gələcəyin maşını adlandırıldı. Onun mühərriyinə elektromühərrik və qaz turbini birləşdirilir.Elektromotordan şəhərin küçələrində istifadə olunur ki, atmosfer çirklənməsin, turbin isə şəhərdən kənar şosselərdə birləşdirilir. Mühərrik kifayət qədər güclü olub sürəti 110 km/saata qədərdir. Qaz turbini etanolla işləyir, bu halda işlənən qazların zərərlilik dərəcəsi porşenli mühərriklərə nisbətən 10 dəfə azdır. Yanacaq kimi həm də metanol, benzin, dizel yanacağı, raps yağı və təbii qazdan istifadə etmək olar. Bütün ölkələri növbəti dəfə də geridə qoyan Yaponiya elektromobil erasına daxil olur. Osaka şəhərində planetdə ilk dəfə sürət yarımstansiyası (köməkçi stansiya) şəbəkəsi fəaliyyət göstərir. Burada 30 dəqiqə ərzində ekoloji təmiz avtomobilə enerji doldurmaq olar. İndiyə qədər batareyanı doldurmağa 10 saatdan artıq vaxt sərf olunurdu, bu isə dünyada elektromobilin geniş yayılmasına mane olan əsas səbəblərdən biri sayılırdı. Elektromobillərin son modellərinin sürəti 75km/saat təşkil edir.Ətraf mühitin mühafizəsi marağını nəzərə alaraq avtonəqliyyatın elektriklə işləməsinə keçmək məqsədə uyğundur. Elektromobillərin inkişafının sonrakı mərhələsində onların kütləvi seriyal istehsalı, buraxılması və avtomrbil nəqliyyatında onların payının artırılması qarşıda durur. Bu istiqamətdə aparılan işlərə verilən qiymət 2025-ci ilə qədər dünyadakı avtomobillərin 15% - i elektromobil olacağı gözlənilir.

Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə