Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Mövzu 16 Dəniz və okeanların qorunması



Yüklə 137,16 Kb.
səhifə24/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Mövzu 16 Dəniz və okeanların qorunması

Plan:
1. Dünya okeanının əhəmiyyəti
2. Okeandan istifadənin digər istiqamətləri
3. Dənizlərin vəziyyətinə təsir göstərən insan faktoru
4. Xəzər dənizinin ekoloji vəziyyəti

Okeanlar Yer səthinin böyük hissəsini tutur. Dünya okeanının böyüklüyünü təsəvvür etmək üçün müqayisəli misallar gətirək: Əgər Yer səthi tamamilə düz olsaydı Okean onu 2700m qalınlığında su təbəqəsi ilə örtmüş olardı; planetimizin hər bir sakininə orta hesabla 311 mln. ton su düşür. Yuxarıda qeyd edildiyi kimi Dünya okeanı 34 mln. km2 sahə tutur, yəni planetimizin səthinin 71%-ni təşkil edir


Dünya okeanının əhəmiyyəti Bəşəriyyətın həyatında okeanın rolu çoxtərəflidir. Okean mühüm mühit yaradıcı funksiyası daşıyır. Yerin radiusu ilə müqayisədə okeanın su təbəqəsi nazik pərdə təşkil etsə də Yerdə həyatın mövcudluğunda okeanın əhəmiyyəti böyükdür. O, iqlimin və atmosferin qaz tərkibinin formalaşmasında, mineral maddələrin dövranının yerinə yetirilməsində mühüm rol oynayır. Okean və atmosfer arasında istilik mübadiləsi nəticəsində iqlimi və havanı təyin edir. Qeyri-bioloji resurslar (xammal və energetika). Hazırda Okeanın dərinliklərində yerləşən müxtəlif mineral xammal ehtiyatlarından ən çox neft və qaz böyük əhəmiyyət kəsb edir. Dəniz dibində olan neft ehtiyatları Yer kürəsindəki neft ehtiyatının yarısı qədərini təşkil edir. İndi dünyanın bütün kontinental şelflərindən neft çıxarılır, dənizə çıxışı olan 140 dövlətdən 100-dən çoxu şelflərdə neft istehsal edir, 2000 –dən artıq neft və qaz yataqları aşkar edilmiş, onların 700-dən çoxunda istehsal başlanmışdır.
Bioloji resurslardan istifadə. Okeandan istifadənin ən qədim növü balıqçılıq-balıq ovudur. Hər il dəniz vətəkələrindən gələn gəlir 60 milyard dollara yaxındır. Okeanda tutulan balıq çəkicə planetin quru hissəsindən əldə edilən qida məhsulunun yalnız 1%-ni təşkil edir. Lakin unutmaq olmaz ki, bəşəriyyətin istifadə etdiyi heyvan mənşəli zülalın 4 1 - i okeanın payına düşür. Bəzi ölkələrdə isə (məsələn, Yaponiya, Çin, Myanmı) heyvan mənşəli zülalın yarısı dənizdən əldə edilir. Bu ölkələrdə balıqdan çox istifadə olunur. Yaponiyada ildə adam başına 69 kq, Cənubi Koreyada – 51 kq, Filipində 34 kq balıq istifadə edilir. Son on illər ərzində balıq ovu çoxalmışdır. Belə ki, 1950-ci ildə dünyada 22 mln. ton təşkil edirdisə, 1989cu ildə bu rəqəm 100 mln. tona çatdırıldı. Balıq ovunun genişlənməsi adam başına istifadəsinin də artmasına səbəb oldu, yəni 1950-ci ildə adam başına 9 kq-dan, 1989-cu ildə 19 kq-a çatdırıldı. İxtioloqların hesablamalarına görə balıq biokütləsinin illik artımı 100 mln. ton təşkil edir. Bu, bərpa olunan resurs sayılan balığın il ərzində maksimum mümkün olan ölçüsu, yəni balıqçılığın dayanıqlı həddidir. Əgər balıq ovu bu həddi keçərsə təhlükəli nəticələr verə bilər. Belə ki, balıq resursları azalmağa doğru gedir. Proqnozlaşdırmalar göstərir ki, 2030 ilə balıqdan istifadənin orta statistik göstəricisi adam başına ildə 11 kq-a enəcəkdir.

Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə