Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Sahil zolaqda torpaqların istifadəsi



Yüklə 137,16 Kb.
səhifə26/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Sahil zolaqda torpaqların istifadəsi - Burada əsas çirkləndirici sahələr limanlardır. Bura çirkli sular gəmilərdən düşür, şəhər ərazisindən – yaşayış və sənaye sahələrindən axır, çay gətirmələri ilə daxil olur. Limanların akvatoriyası çox vaxt axınla pis yuyular və orada davamlı çirkli zona yaranır. Sahil zonasında rekreasiya, ərazinin istifadəsində ciddi rəqabətlik hesab olunur.
Sahil zonadan dənizə çirkab sularının axıdılması ciddi problem sayılır. Əsas çirkləndiricilər patogen mikroorqanizmlər, üzvi maddələr, biogen elementlərin birləşmələri, sintetik üzvi maddələr, ağır metallar, neft məhsulları, çayların çirkli asılı gətirmələri hesab olunur. Çirklənmənin əsas nəticələrindən yoluxucu xəstəliklər, sahil sularının evtrofikasiyası, oksigen çatışmazlığı, müxtəlif kimyəvi maddələrin insana və təbiətə toksiki təsirini göstərmək olar. Məsələn, 50-ci illərdə Yaponiyada Manamatı körfəzinin sahillərində Kunsun adasında insanlarda ağır xəstəliklər müşahidə olunur – onların böyrəkləri zədələnmiş, əsəb və qan sistemləri pozulmuşdur. Tədqiqatlar göstərdi ki, insanlar körfəzdən tutulan tərkibində çoxlu miqdarda qurğuşun olan balıq və molyusklarla qidalanmışlar. Körfəzə qurğuşun birləşmələri sahildə yerləşən kimya zavodlarından daxil olmuşdur.
Sənaye tullantıları və təmizləyici qurğuların çöküntülərinin dənizə atılması da xüsusi problem sayılır. Bu maddələr olduqca zəhərli ola bilər. Belə maddələrin dənizə atılması olduqca təhlükəlidir. Qabarma və ləpədöyən zolaqda və dəniz səthində plastik zibillərin yayılması da ayrıca özünəməxsus problem hesab olunur. Hətta açıq dənizdə də belə zibillərə rast gəlinir, bura müxtəlif qablamalar, müxtəlif əşyalar, sintetik plyonkalar, plasmas torlar, butulkalar və s. daxildir. Belə zibillər praktiki olaraq çürüməyə məruz qalmır, su üzərində və çimərliklərdə uzun müddət qalır.
Dünya okeanı fiziki çirklənməyə də (radioaktiv və istilik çirklənməsinə) məruz qalır. Radioaktiv məhsullar Okeana nüvə silahlarının sınaqdan keçirildiyi, həcminin xüsusi kanteynerlərdə radioaktiv tullantıların atılması və onların zədələnməsi zamanı baş verərək suda olduqca geniş əraziləri əhatə edir. Mikroneziyada 50-ci illərdə 50-dən artıq nüvə partlayışı keçirilmişdir. Minə yaxın ada, öldürücü radiasiya təsirinə məruz qalmışdır. Plasmas məmulatlar gəmiçilik üçün ciddi təhlükə yaradır. Onlar gəmilərin avar vintlərinə dolaşaraq çox vaxt onların qəzasına səbəb olur. Onlar bir çox təkrar olunmaz flora və faunanın məhvinə, ada sakinlərinin qorxulu xəstəliklərinə səbəb olmuşdur. Hələ indiyə qədər burada anormal uşaqlar doğulur, onların çoxu doğulduqdan sonra tez bir vaxtda ölür. Okeanın istilik çirklənməsi də təhlükəlidir. Elektrik stansiyaları və digər mənbələrdən atılan isti sular sahilyanı ekosistemlərin ekoloji tarazlığını ciddi surətdə pozur. Alimlərin hesablamalarına görə hər 8-10 il müddətində okeana atılan isti suların miqdarı iki dəfə artır. - Okeanın ən zərərli kimyəvi çirkləndiriciləri neft və neft məhsulları hesab olunur. Hər il dəniz və okeanlara 6...10 milyon ton neft daxil olur. Sular ən çox tankerlər və sualtı qazma işləri zamanı neftin sızması nəticəsində çirklənir. Dünya okeanının antropogen çirklənməsinin təxminən yarısı gəmiçiliyin payına düşür.

Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə