Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr



Yüklə 137,16 Kb.
səhifə29/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Mövzu 18 Torpağın qorunması

Plan:
1. Gübrələrdən istifadənin ekoloji problemləri
2. Torpağın radionuklidlərlə çirklənməsi
3. Aqrokimyəvi tədbirlər

Dünyanın torpaq resurslarından son min illikdə istifadə olunmasının əsas xarakterik cəhəti əhalinin və ərzağa olan tələbatın artımı ilə əlaqədar əkin sahəsinin artmasıdır. . Dünya əhalisinin artması insanların yerləşməsi və onların xidmət sahələri ilə təmin olunması , məsələn , zibilxanalar və onların işlənməsi yerləri , yollar , avtomobil dayanacaqları , kollektiv nəqliyyat yerləri və s – nin sahələrinin artırılması lazım gəlir.Bir qayda olaraq şəhər kateqoriyası üçün yaşayış məntəqələri salmaq daha əlverişli olan ən yaxşı kənd təsərrüfatı sahələri, o cümlədən əkin yerləri ayrılır . Ərzağa olan tələbatın durmadan artması və dünya iqtisadiyyatının genişlənməkdə davam etməsi torpaq resurslarının istifadəsinin və onun vəziyyətinin strategiyasına ciddi təsir göstərir. Əgər istehsala yeni torpaq sahələri cəlb etməklə ərzağa olan tələbatı ödəmək mümkün deyilsə, onda yalnız başqa yol, yəni kənd təsərrüfatının səmərələşdirilməsi yolu ilə torpağın münbitliyinin artırılması lazımdır. Lakin bu yol ekosfer üçün, o cümlədən həyatın əsası sayılan pedosferin dayanıqlı mövcudluğuna ciddi təhlükə yaradır. Belə təhlükə kənd təsərrüfatı fəaliyyətində artıq müxtəlif cür real olaraq özünü göstərir. Kənd təsərrüfatının sonrakı səməriləşdirilməsində bu təhlükə daha da güclənə bilər.


Gübrələrdən istifadənin ekoloji problemləri. Bitki inkişafı üçün müəyyən miqdarda biogen maddələrə ehtiyac göstərir (azot birləşmələri, fosfor, kalium və s.), bu maddələri o, adətən torpaqdan mənimsəyir. Təbii ekosistemlərdə bitki tərəfindən assimlyasiya olunan biogenlər, toxumlar, bitki töküntüləri, ölmüş tumurcuqlar, köklər və s. maddələrin mübadiləsində destruksiya prosesləri nəticəsində torpağa qayıdır. Azot birləşmələrinin bir hissəsi bakteriyalar vasitəsilə atmosferdən fiksasiya olunur. Biogenlərin bir hissəsi yağıntılar vasitəsilə torpağa düşür. Balansın mənfi tərəfləri infiltrasiya, həll olmuş biogenlərin səthi axımı, onların eroziya prosesi zamanı torpaq hissəcikləri ilə aparılması, həmçinin azot birləşmələrinin qaz şəklinə düşərək atmosferə keçməsi hesab olunur. Buna görə torpağın münbitliyini saxlamaq və məhsuldarlığı yüksəltmək üçün gübrələrdən istifadə etmək lazım gəlir. İntensiv əkinçilikdə gübrəsiz torpağın münbitliyi elə sonrakı ildə aşağı düşür. Yerli şəraitdən asılı olaraq adətən azot, fosfor və kalium gübrələrindən müxtəlif formada və birləşmələr şəklində istifadə olunur. Qeyd edək ki, dünyanın bütün torpaqlarının tərkibində 150 mld. ton azot vardır. Hətta ən kasıb torpaq sayılan çimli-podzol torpaqları tərkibində 20 sm-lik şum qatında hektarda 2-4 ton azot saxlayır. Qaratorpaqda isə bu rəqəm 20-30 tona çatır. Göründüyü kimi torpaqda artıqlamasılə azot vardır, lakin torpağa yenə də azot verilir. Bunun səbəbi müxtəlif azot formaları bitki tərəfindən kifayət qədər mənimsənilə bilmir. Gübrənin tərkibindəki azot ammonium və ya nitrat duzları şəklində olub bitki tərəfindən daha yaxşı mənimsənilir, lakin gübrənin davamiyyəti uzunmüddətli olmur. Sonrakı ildə gübrənin effektivliyi ilk təsirinə nisbətən 20%-ə enir.
Müasir əkinçiliyi aqrokimyəvi vasitələrsiz təsəvvür etmək mümkün deyildir. Bitkiçilikdən alınan məhsulların yarısı aqrokimyəvi vasitələrin hesabına əldə edilir. Bəzi hesablamalara görə kimyəvi vasitələrdən istifadə bitkiçilikdən alınan məhsulun 50-60, bəzən isə 70%-ni xəstəlik və zərərvericilərdən qoruyur. Digər hesablamalara görə Yer kürəsi əhalisinin 30%-i, yəni dörddə birdən də bir qədər çoxu mineral gübrələrin hesabına ərzaqla təmin edilir. Hazırda dünyada 300 mln. tondan artıq gübrə istehsal olunur. Bununla belə, yenə də dünyanın bir çox ölkələrində, əsasən də Afrikada bir çox səbəblərdən, o cümlədən qeyri-üzvi və üzvi mineral gübrə q ıtlığı s əbəbindən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı olduqca aşağıdır. YUNESKO-nun məlumatına görə hər il Yer kürəsində milyonlarla insan aclıqdan ölür, on milyonlarla insan isə ərzaq qıtlığından daim əziyyət çəkir. Bu o zaman baş verir ki, planetimizin əhalisi durmadan artır, adam başına düşən kənd təsərrüfatına yararlı torpaqların sahəsi isə ildən-ilə azalmaqda davam edir. Yaşayış m əskənlərinin daim genişlənməsi, torpaqların eroziyası, şorlaşma və bataqlaşması dünyanın hər yerində müşahidə edilir. V.A.Kovda (1978) bir sıra kimyəvi birləşmələrin, elementlərin və ağır metalların müxtəlif xəstəliklərlə əlaqəsi olması haqqında məlumat verir. Məsələn, gübrələmə texnologiyası gözlənilməyəndə azotun nitrat formalarının ərzaq məhsullarında, yemdə və suda toplanması baş verir ki, o da insan orqanizminə keçərək bəzi xəstəliklərin yaranmasına səbəb olur (Ə.Güləhmədov, MPBabayev, F.Z.Axundov, 1988; Z.R.Mövsümov, 1994). Nitratlar nitritlərlə birgə konserogen təsir yaradaraq, insan oraqnizmi və ətraf mühit üçün daha ağır fəsadlar törətmək imkanına malikdirlər. Meyvə-tərəvəz və su ilə q əbul edilmiş nitratların 80%-nin insan orqanizmindən xaric edilməsinə baxmayaraq onun mədə-bağırsaq sistemində qalan hissəsi bəzi mikroorqanizmlərin və fermentlərin təsiri ilə daha yüksək toksiki maddəyə – nitritə çevrilir. Nitritin insana toksiki təsiri nitratdan 10-20 qat artıqdır. Ona görə də nitratın insana zərərli təsiri eyni zamanda nitritin təsiri ilə daha da güclənir. Bu maddələrin insan və heyvan orqanizmlərinə təsir mexanizmi aşağıdakı kimi izah edilir. Normal halda qanın tərkibində olan hemoqlobin nəfəs alan zaman havanın oksigenini özünə birləşdirərək oksihemoqlabinə çevrilir. Oksihemoqlabin qanla birlikdə toxumalara yayılaraq özünə birləşdirdiyi oksigeni bədənin hər yerinə çatdırır. Beləliklə, normal vəziyyətdə hemoqlobin bədəndə oksigen daşıyıcısı vəzifəsini yerinə yetirir. Orqanizmə nitrat və nitrit daxil olduqda isə onlar hemoqlobinlə birləşərək methemoqlobin adlanan davamlı birləşmə əmələ gətirirlər. Nəticədə qanda hemoqlobinin miqdarı azalır, orqanizmin oksigenlə normal təchizi pozulur. Adətən normal orqanizmdə methemoqlobinin miqdarı hemoqlobinin ümumi miqdarının 2%-ni təşkil edir. Kiçik yaşlı uşaqlarda, xüsusilə vaxtından tez doğulmuş körpələrdə methemoqlobinin miqdarı 4%-ə çatır. Yaşlıların orqanizmində xüsusi ferment sistemi mövcuddur. Bu sistem əmələ gəlmiş methemoqlobini parçalayaraq hemoqlobinin miqdarını b ərpa edir. Uşaqlarda isə bu ferment sistemi fəaliyyət göstərmədiyi üçün nitrat və nitritlə zəhərlənmə ölümlə nəticələnə bilir. Nitrat və nitritlər orqanizmə kəskin, ötəri və xroniki təsir göstərir. İnsan və heyvan orqanizminə bir dəfəyə yüksək miqdarda nitrat və nitrit daxil olduqda methemoqlobinemiya, yəni methemoqlobinin miqdarının artması prosesi inkişaf etməyə başlayır. Methemoqlobinin qanda miqdarı 10%-ə çatdıqda əlamətsiz sianoz xəstəliyi müşahidə edilir. Methemoqlobinin miqdarı 20-50%-ə çatdıqda isə sianoz xəstəliyinin inkişafı kəskinləşir. Bu xəstəliyin əsas əlamətləri oksigen çatışmazlığı, zəiflik, baş ağrısı, ürək döyünməsi və huşun itirilməsidir. Methemoqlobinin miqdarının 50%-ə keçməsi ölümlə nəticələnir. Nitrat azotunun orqanizmə, hətta az miqdarda, lakin mütamadi daxil olması insanın xroniki zəhərlənməsinə səbəb olur. Bu zaman qaraciyərdə və böyrəklərdə, ürəkdə və ağ ciyərlərdə bəzi dəyişikliklər baş verir.

Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə