Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Kənd təsərrüfatı bitkilərinin seçilməsi



Yüklə 137,16 Kb.
səhifə31/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

3. Kənd təsərrüfatı bitkilərinin seçilməsi. Kənd təsərrüfatı bitkilərinin radionuklidləri müxtəlif konsetrasiyada özündə toplamaq qabiliyyəti məhsulda radionuklid maddələrin miqdarını idarə etməyə imkan verir. Belə ki, radionuklidlərin normadan artıq miqdarının müşahidə edildiyi ərazilərdə əkin zamanı konsentrasiya etmə qabiliyyəti zəif olan bitkilərə daha çox üstünlük verilməlidir.

4. Radionuklidlərlə çirklənmiş torpaqların fitomeliorasiyası. Məlum olduğu kimi, bir sıra təbii və kənd təsərrüfatı bitkiləri kimyəvi elementləri və radionuklidləri özündə toplamaq qabiliyyətinə malikdir. Bu maddələrin bitkidəki konsentrasiyası torpaqdan, adətən, bir neçə dəfə çox olur. Bunu nəzərə alaraq bitkilərin toplamaq qabiliyyətindən istifadə etməklə onların vasitəsilə (vegetasiya dövrünün sonunda sahədən çıxarılmaqla) torpaqların bioloji təmizlənməsini həyata keçirmək mümkündür. Bu üsul torpaqların fitomeliorasiyası adlanır. Adətən, bu tədbirlər AES qəzalarından sonra və digər səbəblərdən müəyyən ərazilərdə radionuklidlərlə çirklənmə baş verərkən tətbiq edilir. Radionuklidlərlə çirklənmiş torpaqların ekoloji problemlərinin həllində aqrotexniki, aqrokimyəvi, fitomeliorativ və digər tədbirlərin əhəmiyyəti böyük olsa da, onların ətraf mühitdə yayılmasına qarşı profilaktik tədbirlərin görülməsi daha önəmlidir. Bunlar içərisində Respublika ərazisinə daxil olan sənaye və k ənd təsərrüfatı məhsulları üzərində ekoloji nəzarətin gücləndirilməsi, transsərhəd zonalarda, xüsusən də AES və onun tullantıları ilə problemi olan Ermənistan Respublikası ilə sərhəddə daimi ekoloji monitorinqin qoyulması təxirəsalınmazdır.

Mövzu 19 Torpağın rekultivasiyası

Plan:
1. Müxtəlif səbəblərdən pozulmuş torpaq sahələrinin rekultivasiyası
2. Rekultivasiyanın 1-ci mərhələsi
3. Rekultivasiyanın 2-ci mərhələsi
4. Rekultivasiyanın 3-cü mərhələsi

Texniki tərəqqi əsrində, dünyanın bir sıra ölkələrində sənayenin yüksək inkişaf etməsilə əlaqədar torpaq örtüyünün pozulması, dağılması fəlakətli miqyas almışdır. Əvvəllər kənd təsərrüfatı bitkiləri becərilən sahələr, məhsuldar meşələr, çəmənlər, otlaqlar altında olan münbit torpaqların yerində karxanalar qazılmış, yararsız laylarla örtülmüş, yollar, borular salarkən dağıdılmışdır. İnsan fəaliyyəti ilə relyefi, hidroloji rejimi dəyişmiş, torpaq örtüyü dağılmış və çirklənmiş, bitki örtüyü məhv edilmişdir, belə yerlər pozulmuş sahələr adlanır. Bu zaman həm də sular və atmosfer də çirklənməyə məruz qalır. Sənaye tərəfindən pozulmuş ərazilərdə nisbətən qısa bir vaxtda insan təlabatını təmin edən yeni məhsuldar və davamlı təbii ərazi kompleksləri yaratmaq üçün insanın aktiv və məqsədyönlü iş görməsi lazım gəlir. Sənayenin neqativ nəticələrini aradan qaldırmaq üçün hazırda sənaye inkişaf etmiş ölkələrdə torpağın rekultivasiyası kimi aktual problem irəli sürülür. Pozulmuş torpaqların, ərazilərin bərpası prosesi rekultivasiya adlanır.


«Rekultivasiya» termini faydalı qazıntılarda açıq üsulla istehsalın inkişafı ilə əlaqədar geniş yayılmışdır. Sənaye tərəfindən pozulmuş ərazilərin rekultivasiya işlərinə ilk dəfə XIX əsrin ortalarında Almaniyada başlanmışdır. XX əsrin əvvəllərində isə bu işlər İngiltərə və ABŞ –da aparılmışdır. Avropa və ABŞ-da rekultivasiya işləri II Dünya müharibəsi başlamamış və əsasən müharibədən sonra daha geniş vüsət almışdır.

Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə