Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Torpağın radionuklidlərlə çirklənməsi



Yüklə 137,16 Kb.
səhifə30/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Torpağın radionuklidlərlə çirklənməsi. Çernobıl AEC-dəki qəzadan sonra respublikamızın torpaqlarında stronsium 90-ın konsentrasiyası təxminən üç dəfə artdı, bu hal Lənkəran zonası torpaqlarında daha çox müşahidə olundu. Bu, burada atmosfer yağıntılarının miqdarının çox olmasilə aydınlaşdırılır. M.A. Abdullayev və C.Ə. Əliyevin (1998) tədqiqatları göstərir ki, respublika torpaqlarının ümumi radioaktivliyini təbii radionuklidlər yaradır. Süni radionuklidlər torpağın ümumi radioaktivliyinin 2-dən 10% -ə qədərini təşkil edir. Torpağa (səpin altına) optimal miqdarda və ya yüksək dozalarda mineral gübrələrin verilməsi süni və təbii radionuklidlərin bitkinin tərkibinə daxil olmasını zəiflədir. Torpağa (səpin altına) optimal və ya yüksək dozalarda mineral gübrələrin verilməsi məhsuldarlığın artması ilə bərabər, həm də süni və təbii radionuklidlərin taxıl və dənli-paxlalı bitkilərin dəninə və kövşəninə keçməsini azaldır. Bu əsasən fitokütlənin çoxalması hesabına olur. Respublikamızda radionuklidlər Ukrayna, Belorus və Rusiyanın bir sıra vilayətlərində olduğu kimi ciddi problemlər yaratmasa da, bütövlükdə bu maddələrin fonunda baş vermiş d əyişikliklər göz qabağındadır. Respublikamızda torpaqların və k ənd təsərrüfatı bitkilərinin radionuklidlərlə çirklənməsinin ekoloji problemlərinin həlli kompleks tədbirlərin görülməsini tələb edir. Bunlar aşağıdakılardan ibarətdir

  1. Aqrokimyəvi tədbirlər. Əkinçiliyin kimyalaşdırılması (torpağa onun fiziki-kimyəvi xassələrini yaxşılaşdıran və onun münbitliyini artıran gübrə və meliorantların verilməsi) radionuklidlərin torpaqdan kənd təsərrüfatı bitkilərinə v ə sonra da heyvandarlıq məhsullarına daxil olmasının qarşısını alan ən səmərəli vasitələrdən biridir. Mineral gübrələrin tətbiqi nəticəsində məhsulda radionuklidlərin konsentarsiyasının aşağı düşməsi bir sıra səbəblərlə izah edilə bilər.

2. Xüsusi aqrotexniki tədbirlər. Bir çox hallarda atmosferdən torpağa daxil olan radionuklidlər torpağın səthində (0-2 sm) toplanır. Torpağın şumlanması radionuklidlərin konsentrasiyasının azalmasına gətirib çıxarır. Şum qatı artdıqca radionuklidlərin paylanma sahəsi də genişlənir. Əkin qatının 30 sm olduğu hallarda radionuklidlərin bitkilər tərəfindən mənimsənilməsi 20-30% azalır (A.N.Ratnikov, 1991).

Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə