Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Balaxanı tullantı poliqonunda yaşıllaşdırma işləri davam etdirilir



Yüklə 137,16 Kb.
səhifə38/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Balaxanı tullantı poliqonunda yaşıllaşdırma işləri davam etdirilir
İDEA İctimai Birliyinin təşəbbüsünə qoşulan İqtisadiyyat Nazirliyinin və "Təmiz Şəhər" ASC-nin əməkdaşları Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda növbəti ağacəkmə aksiyası keçiriblər. İqtisadiyyat Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və İDEA İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə təşkil olunan aksiyada 1000 ədəd ağac əkilib.
Əkilən ağaclar daim "Təmiz Şəhər" ASC-nin əməkdaşlarının nəzarətində olacaq, poliqon əməkdaşları tərəfindən onlara qulluq ediləcək. Poliqon ərazisində yaşıllaşdırma işlərinin aparılması artıq ənənəyə çevrilib və bir neçə ildir ki, İDEA-nın, İqtisadiyyat Nazirliyinin və "Təmiz Şəhər"in əməkdaşları burada ağacəkmə aksiyaları keçirirlər. Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 9 minə yaxın ağac əkilib.
Son illər yaşıllıq və ağaclıq ərazisinə çevrilən poliqon ərazisi 2009-cu ilədək Bakının məişət tullantılarının açıq şəkildə atıldığı sahələr idi. Tullantıların üfunəti, yanma nəticəsində yaranan tüstü şəhərə yayılırdı. "Təmiz Şəhər" ASC fəaliyyətə başladıqdan sonra isə məişət tullantılarının alışmasının və tüstülənmənin qarşını tamamilə alındı, bütün məişət tullantıları örtüldü. 120 hektar əraziyə malik poliqonda lazımi infrastruktur yaradıldı və tullantıların düzgün qəbuluna başlanıldı.
Artıq Balaxanı poliqonu Avropa standartlarına tam uyğun sanitar poliqon kimi fəaliyyət göstərir. Tullantılar basdırılaraq zərərsizləşdirilməsi üçün qazılmış, izolyasiya edilmiş böyük hücrələrdə qəbul edilir. Burada yığılan tullantı suyu drenaj vasitəsilə toplanılır və təmizləndikdən sonra suvarma və texniki su kimi istifadə edilir. Hücrələr dolduqda onların üzəri xüsusi örtüklərlə bağlanacaq və üzərinə münbit torpaq qatı səriləcək. Bununla poliqon həm yaşıllığı ilə ərazinin ekologiyasına müsbət təsir göstərəcək, həm də ərazidə gözəl mənzərə yaranacaq. Hazırda ikisi hazır olan bu hücrələrin sayının 19-a çatdırılması planlaşdırılır.
Tullantıların zərərsizləşdirilməsi prosesində isə bioqazın tutulması atmosferə atılan istilik effekti yaradan qazların azalmasına səbəb olacaq. Həmçinin, bioqaz ərazidə quraşdırılacaq stansiyada emal ediləcək və alternativ enerji kimi elektrik və ya istilik enerjisi istehsal olunacaq.
Bununla yanaşı, bərk məişət tullantılarının yandırılması zavodunda məişət tullantılarının yandırılması nəticəsində alınan enerji elektrik enerjisinə çevirilir və şəbəkəyə ötürülür.

Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə