Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Ətraf mühitin akustik çirklənməsinin sağlamlığa təsiri



Yüklə 137,16 Kb.
səhifə46/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

1. Ətraf mühitin akustik çirklənməsinin sağlamlığa təsiri
2. Səs və vibrasiyanın ətraf mühitə təsiri
3. Səsdən mühafizənin əsas istiqamətləri

Ətraf mühitin akustik (səs) çirklənməsi və sağlamlığa təsiri Səs tezliyi 20 hs-lə 20000 hs arasında olan və ixtiyari elastik mühitdə yayılan mexaniki dalğadır. Tezliyi 20 hs-dən aşağı olan səs infrasəs, 20000 hs-dən yuxarı olan səs ultrasəs, 109-1013 hs olan səs hipersəs adlanır. Hipersəsin yuxarı sərhədi atom və molekulların ölçüləri ilə təyin edilir: qazlarda 109 hs-dən, bərk cisimlərdə isə 1013 hs-dən yuxarı olmur. Səsin əsas xarakteristikası onun spektridir. Spektrdə əsas tezlik səsin ucalığını, harmonik toplananlar çoxluğu səsin tembrini təyin edir. Səsin intensivliyi onun təzyiqinin amplitudasından, mühitin xassəsindən, dalğanın formasından asılıdır. Səsin sürəti mühitin sıxlığından və onun elastikliyindən asılıdır; quru havada 00C temperaturda 330 m/san, şirin suda 170C temperaturda 1430 m/san-dir. Əksər metallarda uzununa dalğanın sürəti 4000-7000 m/san, eninə dalğanın sürəti 2000-3500 m/san-dir. Müasir ekologiyanın qlobal problemləri (istilik – parnik effekti, ozon qatının dağılması, suyun və atmosferin çirklənməsi, radioaktiv tullantılar və s.) arasında akustik (səs) çirklənməsi ən həyəcanlı problemlərdən sayılır, çünki insanlara digər faktordan, məsələn, ozon qatının dağılması, turşulu yağışlardan az təsir göstərmir. Əlverişsiz akustik təsiri planetimizdə bu və ya digər dərəcədə hər iki adamdan biri hiss edir. Sənayeyə yeni intensiv texnologiyanın geniş tətbiqi, avadanlıqların gücü və sürəti, bir sıra yer, hava və su nəqliyyatından geniş istifadə olunması, müxtəlif elektrikləşdirilmiş məişət avadanlıqlarının hər yerdə tətbiqi insanın işdə, məişətdə, istirahət yerlərində, hərəkət etdikdə və s.-də insan bir çox zərərli səslərin təsirinə məruz qalır. Yeniyetmələr üçün pleyerlər v ə diskotekalar xüsusilə təhlükə yaradır. Skandinaviya alimləri belə nəticəyə gəlmişlər ki, hər beşinci yeniyetmə ağır eşidir, lakin çox vaxt bunun səbəbini anlamır. Səbəbi isə pleyerlərdən sui istifadə v ə diskotekalardakı s əs-küydür. Diskotekalarda səsin adi səviyyəsi 80-100 dBAarasında tərəddüd edir, pleyerin səsinin gücü 100-114 dBA-ya çatır. Elə kömürsındıran çəkic də, belə qulaqbatırıcı s əslə i şləyir, lakin belə v əziyyətdə s əsdən qorunma tədbiri nəzərdə tutulur. Fransız mütəxəssislərinə görə, pleyer əsrində eşitmənin pozulması gənclərdə müşahidə olunur və pleyerdən sonra bu adamlar eşitmə aparatına keçməlidir. Bakının şadlıq evlərində musiqi səsinin səviyyəsi demək olar ki, diskotekalardakı s əsin səviyyəsinə yaxındır. Burada eşitmənin pisləşməsinin ilk simptomunu «toy» effekti adlandırmaq olar. Çoxsaylı insanların toy məclisində gur səsin təsirindən yanında əyləşən ayrı-ayrı məclis iştirakçılarının danışıq səsini və nitqini qarışıq salırsan, bilmirsən kim nədən söhbət edir, nə üçün gülür, pis vəziyyətdə qalırsan. Toydan çıxanda elə bil başın şişir, süstləşirsən, o gecəni yata bilmirsən, səhər isə iştahan olmur, əzgin halda durub evdən çıxmağa çalışırsan. Sonralar isə çoxsaylı görüşlərdən kənarlaşmağa çalışırsan, bu isə insanı sosial təcrid olunmağa, təklənməyə aparır. Musiqinin səsi ucaldıqca orqanizmdə çoxlu miqdarda stres hormonları, məsələn adrenalin yaranır. Bu zaman qan damarları daralır, bağırsağın fəaliyyəti ləngiyir. Sonralar isə bütün bunlar ürəyin və qan dövranının fəaliyyətini də pozur. Bu həddindən artıq yüklənmə infarkta səbəb ola bilər.


Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə