Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr



Yüklə 137,16 Kb.
səhifə54/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Tornado. Amerikada güclü atmosfer burulğanının adıdır, Avropa trombu ilə müqayisədə olduqca tez-tez təkrarlanır. ABŞ-ın cənub-şərqində, xüsusən Missisipi çayının orta axarı boyunca və Vest-Hinddə (Qərbi Hindistanda) baş verir. Tromb başlıca olaraq yazda və yayda kiçik bir sahədə müşahidə edilir. Bu zaman küləyin sürəti 50-100 m/san-yə çatır və fəlakətli dağıntılar əmələ gətirir. ABŞ-ın şərq hissəsində ildə bir neçə yüz tromb müşahidə olunur. Beləliklə, hava kütlələrinin sürətlə hərəkəti ilə əlaqədar baş verən təbii fəlakətlər həyat fəaliyyətini xeyli aşağı salır. Göstərilən təbii proseslərin mənfi nəticələrini azaltmaq üçün ilk növbədə dövri olaraq fəlakətlər baş verən rayonlarda onlara uyğun hava kütlələrinin hərəkətinə davam gətirən binalar və qurğular inşa edilməli, ikincisi isə baş verəcək fəlakətlər haqqında vaxtında xəbərdarlıq edilməlidir. Lakin belə təbii fəlakətlərin həyat fəaliyyətinə təsirini tam aradan qaldırmaq hələ ki, mümkün olmamışdır.
ZƏLZƏLƏ Təbii səbəblərdən (əsasən tektonik proseslərdən) və antropogen faktorların təsirindən yeraltı təkanların yaranması və Yer səthinin tərpənməsi zəlzələ adlanır. İnsan fəaliyyəti nəticəsində süni yaranan və ya texnogen zəlzələlər baş verir. Onların gücü nəqliyyatın hərəkəti ilə bağlı olduqda torpaq-qruntun bir qədər tərpənməsi şəklində olur. Yeraltı nüvə partlayışı sınaqları zamanı, su anbarları yaradıldıqda, həmçinin suyun dərin qatlara yeridilməsi (vurulması) zamanı isə nəzərə çarpacaq dərəcədə titrəyiş baş verir. Məsələn, Kolorado ştatında (ABŞ) radioaktiv tullantılarla zəhərli suların xüsusi dərin quyulara vurulması 700-dən artıq kiçik zəlzələlərin baş verməsinə səbəb olmuşdur (A.Allison, D.Palmer, 1984). Zəlzələlər Yer səthində qeyri-bərabər yayılmışdır. Yer kürəsində əsas iki seysmik qurşaq məlumdur. Aralıq dənizi (Avrasiyanın cənubu ilə Portuqaliya sahillərindən qərbə – Malayya arxipelaqınadək uzanır) və Sakit okean (Sakit okean sahillərini halqa kimi əhatə edir). Zəlzələlərin 90%-i Sakit okean halqa qurşağına düşür. Göstərilən qurşaqlardan kənarda, materiklərdə zəlzələ episentrləri ən yeni tektonik aktivləşmə sahələrində (Tyanşan tipli epiplatforma orogenləri), həmçinin qırılmalar sisteminin əmələ gəlməsi ilə müşayiət olunan riftzonalarındadır (Şərqi Afrika, Qırmızı dəniz riftləri, Baykal riftlər sistemi və s.). Platformalarda və okean dibinin çox hissəsində (okeanlardakı silsilələrdən başqa) zəlzələlər nadir hallarda baş verir və gücü az olur. Hər il 20-dən artıq güclü zəlzələ baş verərək böyük dağıntılara səbəb olur, onlardan orta hesabla yalnız biri fəlakətli olur. Respublikamızda da bütün əsrlərdə zəlzələlər olmuşdur. 427-ci ildə Gəncə şəhərindən 25 km cənub-şərqdə (episentrdə) 9 bal gücündə, 1139-cu ildə G əncədən 50 km cənubda 9 bal gücündə dağıdıcı z əlzələlər baş vermişdir, Kəpəz dağının bir qanadının zəlzələnin təsirindən uçaraq Ağsu çayının qabağını kəsib Göygölün yaranması da həmin dövrə təsadüf edir. Ən dağıdıcı zəlzələlər 1662, 1669, 1671-ci illərdə Şamaxıda olmuşdur. Qış aylarında, yəni 4 yanvar 1869-cu il, 1 fevral 1871-ci, 28 yanvar 1872-ci il və 13 fevral 1902-ci ildə Şamaxı şəhəri rayonunda baş verən zəlzələlər ən güclü sayılır. 1859-cu ildə Şamaxıda baş verən zəlzələ daha faciəli olmuşdur, 1 neçə saniyə davam edən zəlzələ nəticəsində şəhər dağılmış, 8 minə qədər adam ölmüşdür. XIX əsrdə Lənkəranda 25, Naxçıvanda 20, Şuşada 14 dəfə zəlzələ olmuşdur.
SUNAMİ Yaponca- əsasən güclü sualtı zəlzələ, qismən vulkanik püskürmə və digər tektonik proseslər nəticəsində okean səthində yaranan dalğalardır. Yayılma sürəti 50-1000 km/saat, hündürlüyü açıq okeanda 2-3 m, sahil yaxınlığında 10-50 m və daha çox olur. Sunami qurunun içərilərinə soxularaq böyük dağıntılara səbəb olur. Əsasən Sakit okeanda müşahidə olunur. Sunami ilə əlaqədar 1000-dən artıq hadisə məlumdur; bunun 100-dən çoxu (məs. Yaponiya sahilləri yaxınlığında, 1933, Kamçatkada, Kuril adalarında, 1952 və s.) faciə ilə nəticələnmişdir. 1946-cü ildə Aleut adalarının (Sakit okeanın şimalında arxipelaq, ABŞ, Alyaska ştatı) baş verən sunami 780 km/saat orta sürəti ilə 3800 km yol (məsafə) qət etmişdir. Yüksək dalğalar əvvəlcə buxtanı qurutmuş, sonra isə sahilə doğru təxminən 1 km soxularaq evləri, körpüləri, insanları, dənizdə gəmiləri yuyub geri qayıtmışdır. 1960-cı ildə Çilidə baş verən zəlzələ 15 saat ərzində Havay adalarına (Sakit okeanda arxipelaq, ABŞ-ın ştatı) çataraq, 11000 km məsafə qət edir, qabaqcadan xəbərdarlığa baxmayaraq, insan tələfatına səbəb olmuş, 75 mln. dollar ziyan yetirmişdir. 8 saatdan sonra dalğalar Yaponiyaya çataraq, 180 adamın ölümünə səbəb olmuş, liman qurğularını dağıtmışdır. 2004-cü ildə İndoneziya, Hindistan, Şri-Lanka, Malayziya, Tayland, Banqladeş, Somalini əhatə edən sunami 150 min insanın tələf olmasına və İtkin düşməsinə səbəb oldu, 1 mlrd. dollara qədər maddi ziyan törətdi. 2005-ci il avqust ayının 23-də başlanğıcını Atlantik okeanının Baham adalarından götürən Katrina adlanan sunami, ABŞ-da Meksika körfəzinin ən gözəl guşəsində, Luiziana ştatının Yeni Orlean şəhərini bütünlüklə su altına aldı. Dəniz səviyyəsindən aşağıda yerləşən Missisipi deltası Yeni Orlean şəhərini cənubdan dövrəyə alır. Ondan şimalda Pontçartreyn gölü yerləşir və bunlar birlikdə yaratdığı çökəklikdə Yeni Orlean şəhəri yerləşir. Şəhər qasırğanın epimərkəzində olmayıb, Katrina dalğası şərqə tərəf yönəlir, bu isə dəhşətli daşqının inkişafı üçün təhlükəli variant olur: leysan yağışları Pontçartreyn gölünü ağzına qədər doldurur və onun suyu qoruyucu bəndi dağıdır. Katrina sunamisi 2005-ci il 23 avqustdan 31 avqusta kimi davam edir, bu zaman küləyin sürəti saatda 280 km-ə çatır.

Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə