Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Mövzu 28 Ətraf mühitin elektromaqnit çirklənməsi və ona qarşı mühafizə tədbirləri



Yüklə 137,16 Kb.
səhifə49/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Mövzu 28 Ətraf mühitin elektromaqnit çirklənməsi və ona qarşı mühafizə tədbirləri

Plan:
1. Antropogen mənşəli elektromaqnit sahələri
2. Elektromaqnit sahəsinə görülən tədbirlər

Ekoloji problemlərin təhlili zamanı elektrik və maqnit sahələrinin bütün növlərini mənşəyinə görə aşağıdakı qruplara ayırmaq olar: • Keçmiş mənbələrdən törəyən elektromaqnit sahələri (Günəş, ulduzlar və s.); • Yerin sabit elektrostatik maqnit sahəsi; • Yerin atmosferi və ionosferində baş verən bəzi proseslər zamanı əmələ gələn elektromaqnit sahələri (şimşək, qütb şəfəqi və s.); • Bioloji obyektlərdən törənən elektrik sahələri; • Antropogen mənşəli elektromaqnit şüalanması. İnsan fəaliyyəti ilə törənən elektromaqnit sahələri yalnız son 10 ildə Yerin təbii fonu ilə müqayisədə min dəfədən də çox artmış və bu sahələrin diapazonu da kəskin genişlənmişdir. Odur ki, insanın elektromaqnit sahəsi (EMS) ilə qarşılıqlı təsiri problemi son vaxtlar olduqca aktual olub, radioəlaqə və radiolokasiyanın intensiv inkişafı, texnoloji əməliyyatları h əyata keçirmək üçün elektromaqnit enerjisindən istifadə sferinin genişlənməsi, məişət elektrik və radioelektron qurğularının kütləvi yayılması ilə bağlıdır. Son onilliklərdə ətraf mühitin yeni faktoru – antropoen mənşəli elektromaqnit sahələri – elektrosmoq formalaşmışdır.



EMS-nin bioloji təsiri sahəsində aparılan tədqiqatlar insan orqanizminin ən həssas sistemləri – əsəb (sinir), immunitet və endokrin olmasını təyin etməyə imkan yaratdı. Elektromaqnit çirklənmənin insana təsiri üzrə qeydə alınan nəticələr arasında orqanizmin əsas funksiyalarının, o cümlədən, ürək-damar və həzm sistemlərinin zədələnməsi, psixi pozuntuların inkişafı və b. göstərmək olar. EMS-in hətta nisbətən zəif səviyyədə təsiri xərçəng xəstəlikləri, davranışın dəyişməsi, huşun itirilməsi, bronxit, astma, aritmiya, miqren, xroniki yorğunluq və bir çox digər neqativ vəziyyətin inkişafına səbəb ola bilər.
Antropogen mənşəli elektromaqnit sahələri. Bizim mənzillərdə t əhlükəli maqnit sahələri aşağıdakı güclü cərəyanlı cihazlardır: qril, ütü, soyuducu, televizor, kompüter, giriş yolundakı və ya liftdəki ümumi yüksək enerjili kabel. «Palma» yemək hazırlayan mikrodalğalı elektrik sobası da təhlükəli cihazlar siyahısına aid edilmişdir. Ev qadını sobanın yanında saatlarla dayanır, sobadan 30 sm aralıda maqnit sahəsinin miqdarı 04-4 mk Tl təşkil edir. Mikrodalğalı sabadakı hətta 1 m aralıda maqnit sahəsi 0,5 mk Tl-dən aşağı olmur. Maqnit sahəsinin yüksək miqdarı qabyuyan maşın və paltarı yuyub-qurudan maşının yanında da qeydə alınır. Videooyunlar, elektrik odeyalları və digər elektrik qızdırıcılarından müntəzəm istifadə edən uşaqların leykoz xəstəliklərinə tutulma riskinin yüksək olması haqqında 1991-ci ildə ABŞ-da məlumatlar dərc olunmuşdur.
Güclü elektromaqnit şüalanmasının biri də cib radiotelefon Mobil rabitəsi sayılır. Məişət şunursuz telefonlar təhlükə yaratmır. 900 MQs diapazonunda, 1 Vt şüalanma gücü ilə işləyən radiotelefonlar insanın gicgahının kəllə hissəsi sahəsində yol verilən miqdardan (10 mk Vt/sm2) 10-100 dəfə artıq axın gücü sıxlığı yaratmağa monal xəstəliklərə, təzyiqin yüksəlməsinə ürək-damar effektinə və davranışın dəyişməsinə gətirib çıxarır. Bir ay ərzində, həftədə 6 gün, gündə iki saat standart mobil telefondan istifadə edən 20 nəfər könüllü üzərində eksperiment aparılmışdır. Bunun nəticəsində h əmin şəxslərdə qalxanvari vəzin işinə m əsul olan hormonların davamlılığının aşağı düşməsi müşahidə olunmuşdur. Bu zaman oksigendən istifadə azalmış, mübadilə proseslərinin sürəti aşağı düşmüşdür. Bunun xarici əlamətləri – saçın tökülməsi, quru sarı çalarlıqlı şişkin dəri, xırıltılı səs olmuşdur.
Kompüterdən istifadə zamanı insan aktiv seyirçi yükünə malik olur: o, displeydə şəklə baxır, konkret məlumatlar alır, simvolları, qrafikləri, tekstləri oxuyur və yerinə yetirdiyi iş üzrə qərar qəbul etmək üçün daima məşğuldur. Kompüter arxasında əyləşən şəxsin gözləri iş günü ərzində 15-20 min dəfə fokus axtarmalıdır. Ekranın parıltı titrəyişi, simvolun görünüşünün yaxşı olmaması, işıq ləkələrinin və təhriflərin olması, aydınlıqlı (parlaqlıqlı) kontrastlığın optimal qarşılıqlı nisbətindəki problemlər istifadəçinin gözlərində v ə beynində ciddi problemlər yaradır, bu isə seyrçi diskomfortuna, gözlərin sancmasına, 60-85% istifadəçinin görmə qabiliyyətinin pisləşməsinə səbəb olur. Kompüter istifadəçiləri üçün sağlamlıqlarında bir sıra subyektiv şikayətlər səciyyəvidir. Bura gözlərin sancması, baş ağrısı, yüksək əsəbilik, yorğunluq, yaddaş pozğunluğu, yuxunun pozulması, saçın tökülməsi, dərinin quruluğu və
353
qızarması, ekzema və allergiya, düzgün oturmamaqla əlaqədar qarında və beldə ağrı, işçi yerinin konfiqurasiyasının düzgün olmamasından (yerləşməməsindən) irəli gələn bilək və barmaqlarda ağrılar daxildir.

Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə