Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Müharibələrin ətraf mühitə təsiri



Yüklə 137,16 Kb.
səhifə51/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Müharibələrin ətraf mühitə təsiri 1945-1988-ci illərdə 200-dən artıq silahlı konfliktlər və müharibələr olmuşdur, bunun nəticəsində 20 mlndan artıq adam ölmüşdür. Bu dövrdə olan böyük müharibələrə Koreyada (1950-1953); Cənubi-Şərqi Asiyada (1965-1975-ci illər); Əfqanıstanda (1979-1998); İran körfəzində (1991-ci il) və Yuqoslaviyada (1990-cı illərdə) bilavasitə 20-dən çox ölkə cəlb olunmuşdur. XX əsrə qədər aparılan müharibələr təbiətə təsirilə o qədər nəzəri cəlb etməmişlər. Odur ki, uzun müddət
356
müharibələrin ekoloji aspekti tədqiq olunmamışdır, hərçənd bu problem haqqında bəzi qeydlərə rast gəlinir. Məsələn, eramızdan əvvəl 512-ci ildə farslar və skiflər arasındakı müharibə zamanı t əbiətə ciddi zərərin vurulması göstərilir. Belə ki, skiflər fars çarı Dariyanın qoşunlarının qarşısını almaq üçün geri çəkilərkən, ilk dəfə «torpağın yandırılması» taktikasından istifadə edərək, bütün bitki örtüyünü və evləri yandırmışlar. Müharibə vaxtı bir çox flora və fauna növləri məhv edilmişdir. Müharibə aparılması vasitələri inkişaf etdikcə, təbiətə daha ciddi və daha geniş sahələrdə t əsir göstərilmişdir. Nəticədə «müharibə və ekologiya» elmi istiqaməti meydana gəldi. XX əsrdə baş verən iki dünya və yüzlərlə lokal və regional müharibələrin ciddi ekoloji nəticələri ilə əlaqədar olaraq «genosid» məfhumu ilə yanaşı, elmi və c əmiyyət terminologiyasına «ekosid» m əfhumu (anlayışı) da meydana gəldi. Ekosid hərbi əməliyyatların bilavasitə və dolayı yolla yer üzərində eyni dərəcədə həyat üçün vacib sayılan orqanizmlər və cansız materiya daxil olmaqal geosistemlərə təsirini ifadə edir. Genosid və ekosid qarşılıqlı əlaqədədir. XX əsr yaddaşımızda yalnız texniki tərəqqi kimi deyil, həm də genosid və ekosid kimi yadda qalacaqdır. Geosistemin bütün elementləri yerin inkişafı üçün eyni dərəcədə vacibdir, onlardan əsas komponentlərdən birinin – homo sapiens-in (insanın) məhv edilməsi və ya hazırda və gələcəkdə Yerin biosferinin vəziyyəti ona məhvedici təsir göstərəcəkdir. Misal gətirək: son on il ərzində hərbi əməliyyatların gedişində 2 mln-a qədər uşaq ölmüş, 1 mln. yetim qalmış, 5 mln. uşaq isə şikəst olmuşdur. Uşaq və yeniyetmələrin ölümü – əhalinin yaşama müddətinin (ömrünün) gələcəkdə hesablanmasında mühüm göstəricidir.

Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə