Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Səs və vibrasiyanın ətraf mühitə və insana təsiri



Yüklə 137,16 Kb.
səhifə47/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Səs və vibrasiyanın ətraf mühitə və insana təsiri Səsin insana və onun orqanizminə təsiri və ona qarşı tədbirlər son onilliklərdə bütün dünyada ən aktual problemlərdən biri sayılır. Qeyd edildiyi kimi, səs insana istehsalatda (sənaye müəssisələri və b əzi səsli obyektlər), küçədə v ə evdə t əsir göstərir. Yaşayış evində buna çox vaxt zəngin radiotexnika, divarların konstruksiyası və s. səbəb olur. Sənayenin intensiv artması səs və onun insanlara təsiri haqqında elmin inkişafına səbəb oldu. 1868-ci ildə alman fiziki H.Helmhols (1821-1894) ilk dəfə eşitmə və görmənin fiziologiyasını əsaslandırdı. Həmin vaxtdan etibarən sağlamlığa ziyanlı istehsalatda (dəmirçi, pərçimçi, qazançı) insanlarda ağır eşitmə ilə bağlı müxtəlif istiqamətlərdə tədqiqatlar aparılmışdır. Səs, ümumi bioloji qıcıqlandırıcı olub insan orqanizminin bütün orqanlarına və sisteminə təsir göstərərək müxtəlif fizioloji dəyişkənliklər əmələ gətirir. Bu təsir həm spesifik xarakter (eşitmənin dəyişməsi) daşıyır, həm də qeyri spesifik hadisələr (qan təzyiqinin yüksəlməsi, diqqətin və yaddaşın zəifləməsi, gözlərin yorğunluğu), psixi-fizioloji göstəricilərin (qıcıqlanmanın artması, yuxunun pozulması, həmçinin məktəbə hazırlığın aşağı düşməsi) pozulması şəklində özünü göstərə bilər. Ətraf mühitin səs çirklənməsi şəraitində yaşayan uşaqlarda çox vaxt məktəbə hazırlaşma problemi yaranır. Bu uşaqlarda psixi pozuntuların artma sürəti 1dBA səviyyədə səsə 0,5% olduğu aşkar edilmişdir. Səsin təsir effekti genetik və orqanizmin əldə etdiyi xüsusiyyətlərdən asılıdır. Bəzi adamlar səsə qarşı xüsusi hissiyata malikdir.

Səsin ürək-damar sisteminə təsiri. Səs ürək-damar sistemi stresinin potensial faktoru sayılır. Aviasiya və nəqliyyat səsi həm gündüz, həs də gecə vaxtları bütün dünyada qəbul edildiyi kimi, qan təzyiqinə təsir göstərir. Böyük Britaniyada nəqliyyat səsinin təsiri qiymətləndirildikdə ürəyin işemiya xəstəliyi 66-77 dBA səviyyədə 1,1 təşkil edildiyi aşkar olunmuşdur. Alman alimlərinin «hadisə-nəzarət» metodu ilə apardığı tədqiqatlar göstərdi ki, 60-80 dBA səviyyəsində səs infarkt-miokardanın əmələ gəlməsi riskini yaradır. Magistral nəqliyyatının və aeroportun yüksək səviyyədə səsinin təsiri nəticəsində uşaqlarda sistoloji və diostoloji qan təzyiqinin yüksəlməsi müəyyən edilmişdir. Bir sıra mənbələrdən yaranan səsin gündəlik təsiri fizioloji sistemlər bərpa olunduğu istirahət dövründə əhalinin sağlamlığına pis təsir göstərə bilər. Fasiləsiz yüksək səs qan təzyiqinin qalxmasına, ürək döyüntüsünün qısalmasına, qan damarlarının daralmasına, qanın əzələlərə, beyinə v ə digər orqanlara verilməsinin güclənməsinə s əbəb olur. Səsin təsiri nəticəsində beyin maddələrində adrenalinin və noradrenalinin ayrılması arta bilər. Məlum olduğu kimi, adrenalin ürəyin fəaliyyətinə təsir göstərir, sərbəst turşu və qanın ayrılmasına şərait yaradır. İnsanda belə effektin yaranması üçün onun qısa müddət ərzində 60-70 dBA səviyyəsində səsə məruz qalması kifayət edir.




Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə