Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr



Yüklə 137,16 Kb.
səhifə44/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Narkomaniya və toksikomaniya Hesablamalara görə hazırda dünyada 50 mln. narkoman verdır. Narkomanlıq bütün bəşəriyyət üçün təhlükəlidir. Yunanca narke- donma, donub qalma, mania – ağılsızlıq, dəlilik deməkdir. Narkomaniyanın mahiyyəti (həmçinin onun sosial mənası) daha tam şəkildə aşağıdakı kimi ifadə olunur: narkomaniya – sosial təhlükəli psixi xəstəlik olub, əsası bu və ya digər kimyəvi birləşmələr qəbul etmək yolu ilə mərkəzi sinir sistemində «komfort sahəsi»ni süni olaraq stimullaşdırmaq üçün (şövqləndirməklə) fərdin (şəxsin) qarşısıalınmaz cəhd göstərməsidir. Narkomaniya zamanı deformasiya baş verir, sonra sübutlar (səbəblər) sistemi dağılır, əvvəlki sosial əlaqələr kəsilir və x əstədə narkotik maddə əldə etmək məqsədilə istənilən qeyri hüquqi əmələ əl atmaq davranışı formalaşır. Narkomaniya cəmiyyətə böyük əxlaqi və maddi zərər yetirir. «Narkomaniya» termini daha ümumi olan «toksikomaniya» termini ilə müqayisədə xüsusidir. İş ondadır ki, narkotik vəziyyəti psixikaya (ruhi aləmə) təsir göstərən bir çox maddələr yarada bilər. Onların hamısı olduqca zəhərlidir. Bunların arasında elələri də var ki, tibbdə əvvəllər narkotik kimi heç vaxt istifadə edilməmişdir. Bunlar geniş çərçivədə – psixotrop effektli dərmandan tutmuş kimyəvi məişət vasitələrinə kimi maddələrdir. Alkoqol və nikotin də narkogen (toksik) maddələr olsalar da, narkotiklər nisbətən az təhlükəli hesab olunur, onlara həvəslə aludə olmağın özü də toksimaniya sayılır. Bu zaman alkoqol və siqaret çəkmə digər narkotiklərə yol açır. Bununla belə, «narkomaniya» və «toksikomaniya» hazırda paralel də işlədilir. «Narkomaniya» - «klassik» narkotiklərə (opiya preparatları, Hindistan çətənəsi, cənubi Amerika bitkisi kökü və b.) hərislik və toksikomaniya isə geniş yayılan, nizamsız və getdikcə yayılması daha da genişlənən, psixikaya təsir göstərə bilən maddələr olub, bura müxtəlif növ həblərdən tutmuş benzinə qədər daxildir. Buna uyğun olaraq bir sıra narkomanlar və toksikomanlar (bura əsasən yeniyetmələr, cavan yaşlılar daxildir) ayrılır. Narkotik maddələrdən asılılığın ilk (birinci) mərhələsində onu qəbul edən adam hər hansı bir məsuliiyyətsizlik, arzusuna çatmaq hissiyyatı keçirir, nəyinsə çatışmazlığı barədə həyəcanlanır, psixoloji diskomfort duyğusuna məruz qalır. Belə vəziyyəti kənarlaşdırmaq üçün yeni narkotik üsulları qəbul etdikdən sonra həmin şəxsdə artıq ona qarşı inam yaranır və narkotikdən asılılıq inkişafının ikinci – psixoloji mərhələsi başlayır. Bu psixikanın xüsusi xəstəlik vəziyyəti narkomaniyanın əsası və mahiyyəti hesab olunur. Narkotikdən asılılığın üçüncü mərhələsində narkotik maddələrə kəskin qarşısı alınmaz fiziki aclıq başlayır. Narkotik maddələri ilk dəfə q əbul edən şəxs öz vəziyyətində heç bir dəyişiklik hiss etmir. Bəzən mühafizəedici reaksiyalar – baş ağrıları, ürək bulanma və digər xoşagəlməz hissiyyatlar müşahidə olunur. Lakin narkotikin tədricən qoruyucu reaksiyası zəfiləyir. Bir neçə nümunədən, yoxlamadan (mərkəzi sinir sisteminin fərdi xüsusiyyətindən, həmçinin narkotik maddənin xassəsindən asılı olaraq 1-2-dən 5-8-ə qədər) sonra alınan belə xüsusi vəziyyətin təzahürü eyforiya adlanır. Bir dəfə eyforiya vəziyyətini keçirən adam artıq narkotik maddədən psixoloji asılı olur. Bu zaman mərkəzi sinir sistemində patoloji ehtiyac mənbəyi yaranaraq, özünü mühafizə etmək (saxlamaq) narkotikin yeni porsiyasını tələb edir.

Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə