Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr



Yüklə 137,16 Kb.
səhifə42/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Kiçik Qafqaz meşələrində gəmirici tirəndaz, yaxud oxlu kirpiyə də rast gəlinir, onun bədənində təhlükəli zəhərli iynələri olur, buna görə ondan hətta pələnglər də qorxur. Böyük və Kiçik Qafqaz dağlarında quşlardan qafqaz qarquşu, iri arıquşu, alaçəhrə, cincar quşu, meşə əlvan bülbülü, çilqaratoyuq, iri əlvan ağacdələn, zığ-zığ, baltadimdik, alaqanadlar, sitta quşu, Moskva arıquşunu göstərmək olar. Həşəratlardan iri və parlaq cırcıramalar, rəngarəng kəpənək növləri, Karapus və Kalabus və Kalazoma cinsinə aid olan göy, boz, yaşıl, qara rəngli böcəklər, ktır milçəkləri, adi və qumluq qarışqaları, vəhşi arılar və s. yayılmışdır.


Mövzu 25 Floranın qorunması

Plan:
1. Bitkilərdə fotosintez
2. Fitonsid bitkilər
3. Azərbaycan florasına aid olan relikt bitkilər

Bitki aləmi fotosintez xassəsinə görə həyatın ilkin mənbəyi olub, Yer üzərində onun çiçəklənməsində və inkiaşfında mühüm rol oynayır. Fotosintez prosesi praktiki olaraq planetimizin hər yerində getdiyindən onun cəm effekti olduqca böyükdür. Fotosintez prosesində yaşıl bitkilər karbon qazından və sudan üzvi maddələr, o cümlədən qiymətli qida məhsulları (taxıl, tərəvəz, meyvə və s.), sənaye və tikintinin xammalını yaradır. Beləliklə, bitki örtüyü biosferin üzvi maddə yaratmaq qabiliyyəti olan yeganə komponenti sayılır, yəni Yer kürəsində m əskunlaşan bütün canlıların, o cümlədən insanın həyatını t əmin edən faktiki başlıca mənbədir. Biosferin ekoloji tarazlığı, heyvanat aləminin mövcudluğu, xalq təsərrüfatının bir çox sahələrinin məhsuldarlığı, insanların fiziki və mənəvi sağlamlığı məhz bitki örtüyünün vəziyyətindən asılıdır. Məlum olduğu kimi, atmosfer havasının qaz tərkibinin formalaşması bilavasitə bitkidən asılıdır. Belə ki, yaşıl bitkilər fotosintez prosesində il ərzində 5·1011 ton sərbəst oksigen ayırır. Bir hektar qarğıdalı sahəsindən ildə 15 ton oksigen ayrılır, bu isə 30 adamın tənəffüsü üçün kifayətdir. Beləliklə, bitki örtüyü fotosintez nəticəsində atmosferi oksigenlə zənginləşdirir və havanı izafi karbon qazından təmizləyir. 1928-ci ildə rus bioloqu Boris Petroviç Tokin elmdə maraqlı və mühüm bir bioloji sirr açıb ilk dəfə olaraq bitkilərin havaya buraxdığı xüsusi kimyəvi maddələri kəşf etdi. Uçucu xassəyə malik olan bu maddələri o, fitonsid adlandırdı. Fitonsid iki söz birləşməsindən ibarət olub «fiton» yunanca «bitki», «sedere» isə latınca «öldürücü» deməkdir. Müəyyən edilmişdir ki, fitonsid adlanan bu maddələr antibiotik xassəsi daşıyıb havadakı bir çox zərərli və xəstəlik törədən mikrobları, virusları məhv edir, bununla da havanı saflaşdırır. Hazırda fitonsid maddələri üzrə hərtərəfli elmi tədqiqat işləri aparılır. Aydın olmuşdur ki, təbiətdə fitonsid hadisəsi geniş yayılmışdır. Bakteriyalardan tutmuş ali bitkilərə qədər bütün bitki aləmi fitonsid xassəsinə malikdir. Çay, dəniz və göllərin suyunda da fitonsidli bitkilərə rast gəlinir. Ağaclar daha güclü fitonsid xassələri daşıyır. Bu məsələ haqqında aşağıda geniş məlumat veriləcəkdir. K.A.Timiryazev qeyd etmişdir ki, «Bitki-Günəşlə Yer arasında vasitəçidir. O, həqiqi mənada odu səmadan oğurlamış Prometeydir (qədim yunan mifologiyasında odu allahlardan oğurlayıb insanlara gətirmiş titan). Bitki tərəfindən «oğurlanan» günəş şüaları böyük buxar maşınının nəhəng nizam çarxını, rəssamın fırçasını, şairin qələmini də hərəkətə gətirir». Seleksiya işlərinə c əlb olunan yabanı bitki növləri olduqca qiymətli kənd təsərrüfatı bitki sortlarının yaradılmasında ilkin material vəzifəsini görmüş və hazırda da görməkdə davam edir. Bitkilər üzərində daim müşahidə aparan insan üçün hələ ən qədim zamanlardan bəri, bitki kompas rolunu oynayaraq, yerdə (ərazidə) ona səmtin (oriyentrin) və vaxtın göstəricisi olmuşdur. Bəzi bitkilər vaxtın kifayət qədər düzgün göstəricisi olmuşlar. Digər bitkilər barometr və hiqrometr funksiyasını yerinə yetirmiş, şirin və duzlu suyun indiqatoru olmuşdur. Hazırda geoloqlar, hidroloqlar, yer quruluşu işçiləri, torpaqşünaslar, iqlimşünaslar, meşəçilər, arxeoloqlar və b. öz tədqiqatlarında və praktiki fəaliyyətlərində indiqator-bitiklərdən istifadə edirlər. Məsələn, bitkinin köməyilə almazı gizlədən kimberlit borusu aşkar edilir. Bitki torpağın münbitliyini göstərən indiqator vəzifəsini görə bilir. Faydalı əhəmiyyəti ilə müqayisədə bitki örtüyünün mənfi cəhətləri olduqca azdır. Məsələn, bəzi yabanı bitkilər şum sahələrində və otlaqlarda alaq kimi bitir. Bəzi yerlərdə su hövzələrini və suvarma kanallarını örtən bitkilərlə mübarizə aparmaq lazım gəlir. Bəzən suyun kütləvi olaraq bitkilərlə örtülməsi göllərdə yay dövründə balıqların qırğınına səbəb olur. Bitkinin insana digər zərərli təsirləri də məlumdur, məsələn, zəhərlənmə, göbələk xəstəliyi, gəmilərin altlığını, yolları ot örtüyü basması və s. Lakin zərərli sayılan bitkilərin gələcəkdə insan üçün əhəmiyyətli olacağını qabaqcadan bilmək çətindir. Bu gün faydasız və zərərli hesab olunan bitki növlərinin çox vaxt sonralar əhəmiyyətli olması aşkar edilir. Belə ki, zəhərli pas göbələkləri bəşəriyyətə antibiotiklər bəxş etdi, faydasız sayılan bir çox bakteriyalar isə bəzi faydalı qazıntıların texnologiyasında bəşəriyyətə xidmət edir və s. Hazırda mövcud olan orqanizmlərin genetik fondu təkamülün çox qiymətli hədiyyəsidir və elmi-texniki tərəqqinin istiqaməti bu genefondun düzgün istiqamətindən asılıdır.

Tədqiqatçıların məlumatına görə respublikamızın florasında 4200 bitki növü məlumdur, onun 370-i Azərbaycanın endem bitkilərinə aiddir («Azərbaycan florası» 1950-1961). Azərbaycan Respublikası ərazisində demək olar ki, bitki örtüyünün bütün tiplərinə – qədim meşə borealı, səhra, kserofit, bozqır, Qafqaz və adventiv bitki örtüyünə təsadüf edilir. Qədim meşə borealı florasına Talışda, Kiçik və Böyük Qafqaz dağlarında, kserofil və Qafqaz bitki tiplərinə v ə s ırf boreal bitki tipinə isə respublikamızın bütün bölgələrində t əsadüf edilir. Səhra bitki örtüyü əsasən Kür-Araz ovalığı v ə Abşeron yarımadası üçün səciyyəvidir. Göstərilən bitki tipləri bir çox bitki qruplaşmaları əmələ gətirir. Azərbaycanın ayrı-ayrı coğrafi landşaft bölgələrinin flora zənginliyi müxtəlifdir. Naxçıvan MR-in ərazisi bitki növləri ilə daha zəngindir. Buranın bitki növləri respublika florasının 43%-ni təşkil edir. Quba-Qusar dağ massivinin bitki növləri floramızdakı bitki növlərinin 40%-ni, Kiçik Qafqazın mərkəzi dağlıq hissəsi 34,5%-ni, Böyük Qafqazın şərq massivi 29,4%-ni, Talışın dağlıq hissəsi 27%-ni təşkil edir. Kiçik Qafqazın şimal yamacında bitki növləri nisbətən azdır. Kiçik Qafqazın dağlıq hissəsinin aşağı dağətəyi massivi, Böyük Qafqazın dağlıq massivinin qərb hissəsi, Kür-Araz ovalığı florası orta dərəcədə (23-26%) bitki növləri ilə zəngindir. Kür düzənliyi, Abşeron yarımadası, Qobustan, Samur-Dəvəçi florasında bitki növləri azdır (Prilipko, 1966). Respublika ərazisində 865-dən artıq şibyə, 500-ə qədər mamır növü vardır. Azərbaycanın yabanı dendroflorasında 460-a yaxın ağac və kol növünə təsadüf olunur ki, bu da respublika florasındakı bitki növlərinin 11%-ni təşkil edir. Onların 70-i endem növü olub respublikamızdan kənarda bitmir. Azərbaycan florasında üçüncü dövrə aid olan relikt ağac və kollar bitir. Onlardan eldar şamı, dəmirağac, ipək akasiyası, xəzərlələyi və b. göstərmək olar. Nadir və kökü kəsilmək təhlükəsi altında olan bir çox ağac və kol növləri Azərbaycanın Qırmızı kitabına daxil edilmişdir. Onlara ipək akasiyası, Xəzər lələyi, budaqlı danaya, dəmirağac, qarmaqvari şam, aptek dəfnəgilası, hirkan ənciri, qanadmeyvə yalanqoz, adi şabalıd, radde tozağacı, sarı rododendron, qafqaz rododendronu aiddir. Azərbaycan florasına müxtəlif dərman, efiryağlı, dekorativ, meyvə, texniki və digər faydalı bitkilər daxildir. Təəssüflə qeyd etmək lazımdır ki, insanın uzunmüddətli düşünülməz təsərrüfat fəaliyyəti nəticəsində respublikamızın bitki örtüyünün bioloji müxtəlifliyi deqradasiyaya məruz qalmış, dəyişilmiş, kasatlaşmış, azalmış, bəzən məhv edilmişdir. Bitki örtüyünün bioloji müxtəlifliyinin pozulması və ya məhv edilməsi ilə əlaqədar respublikamızın bəzi regionlarında müasir bitki örtüyünün BM-i müasir iqlimə uyğun gəlmir




Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə