Neftana süxurlar



Yüklə 34,6 Kb.
tarix08.03.2018
ölçüsü34,6 Kb.

Neftana süxurlar
Dəniz və qitə mənşəli, subakval şəraitdə toplanan üzvi maddələrlə zəngin olan, sənaye əhəmiyyətli karbohidrogenlər törədən süxurların assosiasiyası neft-qaz əmələgətirən qat adlanır. Təcrübə göstərir ki, ən çox üzvi maddələr gil, alevrit və bəzi karbonat (üzvi əhəngdaşı) süxurlarında toplanıb saxlanılır.

Çökmə süxurlarda üzvi maddənin orta paylanma həddi


Süxur

Orta miqdarı, %

Cü

Karbohidrogen

Gil

0 , 9 0

0 , 0 2

Alevrit

0 , 4 5

0 , 0 1

Qumdaşı

0 , 2 0

0 , 0 0 5

Əhəngdaşı

0 , 2 0

0 , 0 1 2

Duz, sulfat

0 , 1 0

0 , 0 0 3




Bu süxurlarda toplanan Cü əsasən sapropel növlüdür. Qarışıq və humus tərkibli komplekslər zəif nefttörədən olurlar. Üzvi maddələrin ilkin dəyişməsi ilə



bağlı kerogenə çevrilməsi əsasən diagenez və protokatagenezdə baş verir. Bu zaman neftana qatı nefttörədən qata çevrilir. Diagenez və erkən katagenez mərhələ-lərinə üzvi maddələrin fiziki-kimyəvi transformasiyası kimi baxmaq olar. Bu də-yişmə əvvəlcə biokimyəvi, sonra isə termobarik şəraitlərdə baş verir və üzvi maddə kerogenə keçir. Üzvi maddələrin kerogenə keçməsi prosesi neftana qatın kamilləş-məsi deməkdir. Neftana qatın kamilləşməsi üzvi maddələrin sapropel tərkibində ol- masından və geotermik qradiyentdən çox asılıdır. Neftana qatı müxtəlif tektonik quruluşlu (platforma və geosinklinal vilayətlər) sedimentasiya hövzələrində geniş yayılmışdır. Uzun müddətli davamlı enməyə məruz qalan çöküntütoplanma hövzələrində əmələgəlmə şəraitindən asılı olaraq çöküntü qatında bir və ya bir neçə neftana qatı formalaşır. Neftana qatları fanerozoyun bütün dövrlərində əmələ gəlmişlər. Lakin stratiqrafik dərinlik boyu onların müşahidə olunması azalır.

Üzvi maddələrin neftana süxurlarda faizlə miqdarı C.Xanta görə 0,5-5%, K.D.Man-Oliffeyə görə isə 0,1-13% arasında dəyişir .

Ümumiyyətlə, Cü-nün orta qiyməti gillərdə karbonat süxurlarına nisbətən daha yüksəkdir. Alevritlərdə isə karbonatlı süxurlara nisbətən daha az olur.

Üzvi maddələrdə bitumun (karbohidrogenlərin -CH) miqdarı 0,1-0,2%-dən artıq olmur. Bu cəhətdən neftana süxurlar üç qrupa ayrılır: ən yaxşı - CH-nin miqdarı 150-500 mq/kq, orta - CH- nin miqdarı-50-150 mq/kq və pis - CH-nin miqdarı 10-50 mq/kq.

Gil çöküntüləri, adətən, üzvi maddələrlə nisbətən zəngin olmaqla bərabər, təbiətdə çökmə qatında inkişaf edən süxurların 50%-dən çoxunu təşkil edirlər. Gillər müxtəlif mineral tərkibli olur və onlarda gil minerallarından başqa kvars, feldşpatlar, üzvi maddələr də iştirak edirlər. Məsələn, bentonit gillərinin 85%-i montmorillonit, 10%-i kvars, 5%-i isə feldşpatlardan ibarətdir.

Çöküntütoplanmanın ilk anlarında gillər (lillər), qeyd etdiyimiz kimi, 90% sudan, 8-9% mineral birləşmələrdən ibarət olur. Hövzə dibinin enməsinin davam etməsi ilə əlaqədar olaraq, gil çöküntülərində sıxlaşma gedir və onlarda suyun faiz-

lə miqdarı azalmağa başlayır. Gil süxurlarının sıxlaşmasına müxtəlif amillər də təsir edir: mineraloji tərkib, mineral hissəciklərinin ölçü və formaları, düzümü, çö-küntütoplanmanın sürəti, toplanan gil çöküntülərinin ümumi qalınlığı və s. Sıxlaşma o vaxt intensiv gedir ki, gil çöküntülərini təşkil edən mineral hissəcik-lərinin ölçüləri daha xırda olsun. Əlbəttə, gil çöküntülərinin sıxlaşmasına geodina-mik amil də böyük təsir göstərir. Məsələn, eyni dərinlikdə, eyni mineraloji tərkibə malik olan gil qatı tektonik fəal zonada daha çox sıxlaşmaya məruz qalır. Gil çöküntülərində sıxlaşma iki cür gedir: bərabər və qeyri-bərabər. Bərabər sıxlaş-mada geostatik təzyiqin artması ilə susuzlaşma uyğun gedir. Belə halda gil qatın-dakı təzyiq hidrostatik təzyiqə bərabər olur. Qeyri-bərabər sıxlaşmada isə susuzlaşma geostatik təzyiqə uyğun gəlmir, susuzlaşma zəif gedir. Ona görə də gil hissəcikləri arasında olan qalıq su artan geostatik təzyiqi öz üzərinə götürür, sıxlaş-ma zəifləyir. Əmələ gələn təzyiq isə artaraq geostatik təzyiqə yaxınlaşır. Buna gilin sıxlaşa bilməməsi halı kimi baxırlar. Əmələ gələn təzyiqə isə anomal yüksək məsamə təzyiqi (AYMT) deyilir.

Laboratoriyada aparılan tədqiqatlar göstərir ki, 400-600 m dərinlikdə gil çöküntülərində olan sərbəst suların hamısı sıxlaşma nəticəsində ixrac olunur. Mineralların strukturlarındakı bağlı sular isə yalnız böyük təzyiq altında çıxa bilirlər. Əgər gil qatı böyük qalınlığa malik olursa, onun susuzlaşması çox pis gedir (qeyri bərabər sıxlaşma baş verir). Bəzən də gil qatı üstdən və altdan məsaməli sü-xurlarla əlaqədar olur. Belə halda sıxlaşma əvvəlcə gil qatının məsaməli qatlarla təmasda olduğu zonada getdiyindən gil təbəqəsində susuzlaşma ləngiyir. Bəzən isə gil qatında başqa iridənəli qarışıqlar da olur (kvars, feldşpatlar və s.). Sıxlaşmaya daha davamlı olduqlarına görə onlar gil qatının tez susuzlaşmasının qarşısını alırlar.

Neftqazəmələgətirən qat karbonat süxurları üçün də səciyyəvidir. Belə xüsusiyyətə əhəngdaşı, dolomit və təbaşir növ süxurlarından ibarət laylar malikdirlər.

Karbonat çöküntülərinin sıxlaşması gillərə nisbətən başqa cür gedir. Onlar

1,5 m dərinlikdə artıq susuzlaşmış olur. Karbonat çöküntülərində əsasən allotogen

üzvi maddələr toplanır. Onların tərkib göstəriciləri belədir (%): C=8,5, H=ll, O=1,6 , H/C=l,6.

Neftqazəmələgətirən gil qatı müxtəlif tektonik xüsusiyyətləri ilə seçilən sedimentasiya hövzələrində geniş yayılmışdır. Adətən, enmə proseinə məruz qalan sedimentasiya hövzələrində üzvi maddələrlə zəngin olan bir, bəzən isə iki-üç neft-qazəmələgətirən qat formalaşır. Yaş nöqteyi-nəzərindən də neftana qatı geniş stra- tiqrafik diapazonu əhatə edir: Proterozoydan Dördüncü dövrə qədər. Üzvi maddə-lərin (ÜM) miqdarına görə neftana qat bir neçə növə ayrılır.

Çökmə qatın kəsilişində neft və qazın əmələ gəlməsi baxımından bir neçə genetik zona ayrılır: biokimyəvi, katalitik, termokatalitik və termik. Bu zonaların dərinlik sərhədləri geotermik qradiyentdən, ÜM-in tərkibindən, süxurların katalitik xüsusiyyətindən və başqa amillərdən asılı olaraq dəyişir.

Müxtəlif tədqiqatçılar çökmə qatında şaquli kəsiliş üzrə üzvi maddələrin dəyişmə sxemini vermişlər.

Diagenez mərhələsində üzvi maddələrin parçalanması prosesi başlayır.

Burada nəinki üzvi maddələr, həmçinin, onların yerləşdiyi çöküntülər də süxur-əmələgəlmə istiqamətində dəyişməyə məruz qalırlar. Dəyişmə nisbətən aşağı temperatur (20°C) şəraitində bioloji, fiziki və kimyəvi amillərin təsiri nəticəsində baş verir.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə