Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr



Yüklə 137,16 Kb.
səhifə41/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Qanıx Həftəran vadisi Vaxtilə başdan-başa meşə ilə örtülü olan vadidə meşələrin 80-90%-nin qırılıb yerində yaşayış məntəqələrinin salınması və ya kənd təsərrüfatında işlədilən kimyəvi maddələr, brokonyerlik və digər səbəblərdən heyvanat aləminin kəsgin azalmasına gətirib çıxarmışdır. Hazırda burada tirandaza (oxlu kirpi), yarasalar, safsar, çaqqal, canavar, tülkü, süleysin, yunan tısbağası, kərtənkələlər, ilanlar və s. rast gəlinir. 1942-ci ildə Amerikadan gətirib İsmayıllı rayonunda meşəyə bupaxılan çəkisi 7-8 kq olan və olduqca tez çoxalan yırtıcı məməli heyvan – yenot Böyük Qafqazın cənub yamacı rayonlarında yayılaraq kiçik həşəratlardan tutmuş, quşlarla, məməli heyvanlarla və meyvələrlə qidalanır. Turac, qırqovul, bildirçin və s. quşların sayının azalmasında yenotlar əsas yer tutur. Qanıx-Həftəran vadisində olduqca çoxlu quş növləri, vəhşi bal arıları, bir çox gecə və gündüz kəpənək növləri geniş yayılmışdır.
Bozdağ (Bozqır yayla) Bozqır yaylasında quru-subtropik iqlimə uyğunlaşa bilən heyvanlar yayılır.Buranın saqqız-ardıc meşələrində az heyvan növü yaşayır, ərazidə 10 sürünən, 63 quş və 11 məməli heyvan növü qeydə alınmışdır. Sürünənlərdən kərtənkələlər, ilanlardan sarıqarın təlxə, zaqafqaziya təlxəsi, xaltalı kontiya və ən çox yayılanı gürzədir. Bozdağda ov əhəmiyyətli quşlardan kəklik və adi göyərçin yayılmışdır. Sentyabrın sonunda Bozdağın meşə və kolluqlarından ley və qaraquşlar Türyançayın sahilinə uçub gəlirlər. Burada oturaq həyat keçirən quşlardan ağbaş, asiya kərkəsi, leşyeyən qartal, qarabaş kərkəz, göyçəqarğa, qızılı və yaşıl qızlarquşu, qaya sittası meşədə və çılpaq qayalarda yuva qururlar. Bozdağın çox yayılan sakinlərindən sağsağan, zığ-zığ, yaşılcalar, payız bülbülü, dağ yulafquşu. iri arı quşu, uzunquyruq arıquşu və xırda sərçəkimiləri də göstərmək olar.
Böyük və Kiçik Qafqaz dağları Dağ meşələrinin yırtıcı heyvanlarının xarakterik nüməyəndələrindən bəbir, bozayı, canavar, çaqqal, tülkü, kaftar, vaşaq, qamışlıq və meşə pişiyidir. Qiymətli ov heyvanlarından Bezoar keçisi, qafqaz dağ keçisi, qafqaz maralı, cüyür, dağ qoyunu, köpkər, qaban, gəmiricilərdən – dovşan, daşlıq dələsi, sincab, porsuq, gəlincik, tirəndazlar, meşə süleysinləri, qulaqlı kirpi, çay samurunu göstərmək olar. Kiçik məməli gəmiricilərdən radde yereşəni, palazqulaq yarasa, kolluq və sarıboğaz siçanlar bu meşələrin daimi sakinləridir. Yüksək dağlıq zonada yaşayan dağıstan turları qış dövründə qidalanmaq və mühafizə olunmaq üçün uzun müddət meşələrə enirlər. Hazırda respublikamızda təxminən 1250 qafqaz maralı qalmışdır. Onlara əsasən Göygöl və Zaqatala qoruqlarında rast gəlmək olar. Çəkisi 60-70 kq-a çatan dağ qoyunları isə yalnız Naxçıvan ərazisində qalmışdır, onlar Ordubad Milli Parkında qorunur.

Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə