Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Mövzu 23 Azərbaycanda yaşıllaşdırma işləri



Yüklə 137,16 Kb.
səhifə37/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Mövzu 23 Azərbaycanda yaşıllaşdırma işləri

Plan:
1. Şəhər parkları
2. Şəhərətrafı meşə parkları
3. Balaxanı tullantı poliqonunda yaşıllaşdırma işləri

Şəhər və digər yaşayış məntəqələrində ətraf mühitin mühafizəsi işində yaşıllıqların rolu əvəz edilməzdir. Yaşıllıqlar səhiyyə-gigiyena əhəmiyyəti daşıyıb havanı nəqliyyat və sənaye müəssisələrinin buraxdığı zəhərli qazlardan və tozdan təmizləyir, havanın rütubətliyini artırır, küləyin sürətini zəiflədir, nəqliyyatın səs-küyünü azaldır, yayın qızğın vaxtlarında sərinlik yaradır.



Bakı şəhərində və Abşeronda indiyə qədər salınan yaşıllıqları, onların istifadə funksiyasına görə aşağıdakı qruplara ayırmaq olar: - Şəhər parkları. Bura aşağıdakılar daxildir: .
. Nizami parkı 1880-1890-cı illərdə Bakının Qaraşəhər deyilən hissəsində salınıb. Hazırda parkda 30 ədəddən artıq hələb şamı qeydə aldıq. Onlar parkın əsas sakinləri olub yaraşıqlı və möhtəşəm gövdələri ilə seçilirlər. Boyları 18-20 m, diametrləri 40-48 sm təşkil edir. Diametrləri 60-84 sm olan tut ağacları da özlərini yaxşı hiss edir. Parkda olan lələk ağaclarının boyları 16-20 m, diametrləri isə 64-84 sm-dir. Yapon saforasının diametri 52 sm-dir. bağda 1 ədəd at şabalıdı (h=13 m, d=42 sm), zeytun, birgöz, 1 ədəd yapon əzgili var.
..Zabitlər parkı 1930-cu ildə 3,1 ha sahədə salınıb. Əsas ağac cinsi daş palıddan ibarətdir. .. Dənizkənarı park (bulvar) birinci hissəsi 1908-ci ildə Azərneft meydanından Kukla teatrına kimi, II hissə 1931-32-ci illərdə Kukla teatrından hökumət evi istiqamətində, III hissəsi isə 1938-ci ildə Azneft meydanından köhnə « İnturist» mehmanxanasına qədər olan ərazidə salınaraq, zaman-zaman rekonstruksiya edilmiş, əsasən, ekzot ağac və kol cinslərindən istifadə edilmişdir. .. Dağüstü park, hazırkı Şəhidlər xiyabanı;
.. Zığ parkı, 1930-cu ildə 50 ha sahədə salınıb. Zeytun, eldar şamı, nar, sərv, əncir, nar, püstə ağaclarından istifadə edilmişdir.
- Şəhər bağları. Bura qubernator bağı (1850-1860-cı illər), Axundov bağı (1925), Malakan bağı (19001910), dəmir yolu bağı (1880), Sabir, S.Vurğun, S.Qazıyeva, Montin, İliç. fontanlar və b. daxildir. Bu bağlar vaxtaşırı rekonstruksiya olunaraq, yeni ağac və kollar əlavə edilmişdir.
- Səhiyyə – qoruyucu əhəmiyyətli meşə-parklar. Bu istiqamətdə işlər 1970-ci ildən sonra aparılmışdır. Bura Qaraşəhərlə 8-ci km arasında, Zığ zeytun plantasiyası, 8-ci km-Bakıxanov qəsəbəsi-Qaraçuxur arasında salınan yaşıllıqları aid etmək olar. Bakı şəhərinin şimal hissəsində yerləşən Biləcəri yaşıllıqları, qanlı göl, Badamdar, Şor göl və Şıxov yaşıllıqları da meşə-park rolunu oynayır
. - Şəhərətrafı meşə parkları. Bura Ceyranbatan gölü ətrafındakı v ə aeroport yanındakı meşə-parklar daxildir. - Kurort meşə parkları. Bura Buzovna, Zaqulba və Bilgəhdə yerləşən 7 sağlamlıq ocaqları ərazisində salınan yaşıllıqlar daxildir. Qeyd etmək lazımdır ki, Bakı şəhərində və Abşeron yarımadasındakı yaşıllıqlar qeyri-bərabər yerləşmişdir. Bu baxımdan şəhərin yaşıllıq salmaq mümkün olmayan, dar küçəli köhnə hissəsi daha kasatdır. Havaya çoxlu miqdarda toksik maddələr ayıran metallurgiya, kimya, neft-kimya və sənayenin digər sahələrinin ərazilərində yaşıllıq işlərinin aparılması daha çətindir. Belə müəssisələr Abşeronda, əsasən, Qara şəhərdə, Sumqayıtda və Qaradağda yerləşir. Onların ətrafında və ərazilərində ilbəil salınan yaşıllıqlar demək olar ki, tamamilə məhv olur. Belə ki, belə şəraitdə əkilən bitkilər havadan yerüstü orqanları ilə və torpaqdan aldığı zəhərli maddələr tərəfindən məhv edilir. Odur ki, yaşıllıqlar salarkən sənaye obyektlərinin yanındakı çirklənmiş sahələrin meşəbitmə şəraiti nəzərə alınmalı və əkindən qabaq müvafiq tədbirlər görülməlidir. Hazırda Abşeron və Bakıda salınan yaşıllıqlarla qısaca tanış olaq. - Zığ parkı – dənizə yönələn alçaq təpəli relyefdə səciyyələnir və Əhmədli yaylası şimal tərəfdən əsən küləkdən bu ərazini qoruyur. Burada salınan zeytun bağları çox gözəl nəticə verməsinə baxmayaraq onlar hissəhissə məhv edilərək, yerində xüsusi tikintilər salınır. - Şıxov parkı sahəsində d ənizə yönələn özünəməxsus amfiteatr yaranır və şimal küləyindən qorunur. Dənizdən əsən cənub küləyi zamanı hava yodla, mineral duzlarla zənginləşir ki, o da amfiteatrın ərazisində(parkda) saxlanılır. Badamdar yaylası şəhərdən gələn səsin və şimal küləyinin qabağını alır, eyni zamanda şəhərdən gələn sənaye çirkləndiricilərinin parka daxil olmasının qarşısını alır. Ərazinin yaşıllaşdırılması başa çatdıqda Şıxov parkı Şıx yamacının Xəzərə baxan amfiteatrında «Dostluq» parkı v ə Bayıl yamaclarının yaşıllıqları ilə birlikdə vahid cənub-qərb yaşıl qurşağını yaradacaq. Hazırda Xəzərin səviyyəsinin qalxması ilə əlaqədar dəniz kənarındakı yaşıllıqların bir hissəsi quruyur və yerində qamışlıqlar yaranır. Bayıl yamacları və «Dostluq» parkı yaşıllıqlarında əsasən eldar şamından, qismən həmişəyaşıl sərvdən istifadə edilmişdir. Bibi-heybət (Şıxov) qəsəbəsinə yönələn dik yamacın (35-450) cənub cəhətində süxur qırıntıları, iri qayalıqlar arasındakı yaşı 100-dən artıq olan 5 ədəd püstə ağacı diqqəti cəlb edir. Ağacların boyu 4-5 m, diametrləri 24-32 sm-dir. Ağaclar bol meyvə gətirir. Bu ağaclar yəqin ki, keçmişdə salınan püstə bağının yadigarlarıdır. Səhranı xatırladan bu yamacda tək-tək yovşana, qanqala, kəvərə və efemerlərə təsadüf olunur. Maraqlıdır, sahədə tək-tək püstə yeniyetmələrinə təsadüf olunur. Lakin onlar qoyunlar tərəfindən məhv edilir. Yayın qızmarında qoyunlar bu ağacların altında kölgədə daldalanır. Bu isə torpaq qatının yuyulmasına və qayalığın səthə çıxmasına səbəb olmuşdur.

Yaşıllaşdırma işlərində azqiymətli ağaclardan amerika ağcaqayını, göyrüşyarpaq ağcaqayın, meliya, maklyura və çiçəklədiyi vaxt çox pis iyi olan aylantdan çox istifadə edilməməlidir. Görkəmli yerlərdə palma, maqnoliya, himalay sidri, yapon əzgili və daş palıda üstünlük verilməlidir. Tut və qovaq növlərinin erkək nüsxələrindən istifadə edilməsi məsləhətdir. Çünki tutun meyvəsi yetişən dövrdə küçələri, adamların üst-başını çirkləndirir, dişi qovaq növləri isə ətrafa çoxlu tük yayır. Ümumiyyətlə, şəhər və qəsəbələrdə evlərin arasında və yollar boyu qovağın əkilməsi məsləhət deyil, çünki bu ağaclar sürətlə böyüyərək tez qocalır, yıxılır, binaları və əhalini təhlükə altına alır. Azqiymətli ağacları rekosntruksiya etdikdə küçələrin ümumi arxitekturasına uyğun olub oraya əlavə yaraşıq verən qiymətli ağac növlərinin iri əkin materialından (10 yaşdan yuxarı) istifadə edilməlidir. Ü.M.Ağamirovun (2000) məlumatına görə Azərbaycanın yaşıllaşdırılmasında 346 ağac və kol növü və formasına təsadüf edilir. Bunlar 166 cinsə və 70 fəsiləyə aid olan 168 ağac növü və formasından, 167 kol növü və formasından və 11 sarmaşan və dırmaşan kollardan ibarətdir. Bu ağacların 28 növü və forması iynəyarpaqlı, 11 növü həmişəyaşıl yarpaqlı, 129 növü yarpağını tökənlərdir. Kolların 4 növü və forması iynəyarpaqlı, 58-i həmişəyaşıl, 99-u yarpağını tökən, 6 növü yarım həmişəyaşıldır.


Yaşıllaşdırmada istifadə olunan ağac və kolların 99 növü Qafqaz florasına aid olub 28%, qalan 247 növü isə ekzot növlərdir, bu, yaşıllıqlarda olan ağac və kolların 72%-ni təşkil edir. Bunlar əsasən Şərqi Asiya (Yaponiya, Çin, Uzaq Şərq) florasından 74 növ, Şimali Amerika florasından 50 növ, Aralıq dənizətrafı florasından 24 növ, Avropadan 16 növ, Orta Asiyadan 8, İran və Kiçik Asiyadan 8 və digər regionlardan 15, meyvə ağacları 11 növ və 38 forma hibrid bitkilərdən ibarətdir


Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə