Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr



Yüklə 137,16 Kb.
səhifə34/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Birinci mərhələ - hazırlıq mərhələsi: pozulmuş ərazinin müayinəsi və tiplərə ayrılması, ərazinin spesifik şəraitinin öyrənilməsi (geoloji quruluş, süxurun tərkibi, onun bioloji rekultivasiyaya və digər istifadə növünə yararlığı, hidroloji şəraitin dinamikasının proqnozu və s.), rekultivasiyanın və rekultivasiya olunan ərazinin istifa də məqsədinin təyini, rekultivasiyanın növbəti mərhələsinə təlabatın müəyyən olunması və iş metodunun seçilməsi, rekultivasiya üzrə texniki-iqtisadi əsaslandırmanın və texniki – işçi layıhələrin tərtibi.
İkinci mərhələ – ərazirin müxtəlif məqsədli istifadə üçün dağ-texniki və ya mühəndisi hazırlanması – texniki və ya dağ-texniki rekultivasiyası.
Birinci mərhələdə hazırlanmış layihələr əsasında aparılır. Məqsədli istifadəyə olan tələbatı nəzərə alaraq bura tullantı laylarının, karxanaların səmərəli formalaşması (müəyyən şəklə salınması) daxildir. (Məsələn, layların optimal strukturunu və parametrini yaratmaq, yamaclarını hamarlamaq, layların səthinə məhsuldar suxurların verilməsi, su rejimini nizama salmaq, su hövzəsinin dibini formaya salmaq, müxtəlif meliorativ tədbirlər, mühəndis qurğuları yaratmaq və s.).
Üçüncü mərhələ - bioloji rekultivasiya və rekultivasiya olunan ərazinin məqsədyönlü istifadəsinə keçid. Buna pozulmuş yerin münbitliyinin və bioloji məhsuldarlığının bütövlüklə bərpa edilməsi, kənd təsərrüfatı və meşə təsərrüfatı sahələrini yaratmaq, su hövzələrində balıq, salınan meşələrdə isə ov heyvanları yetişdirmək.
Mövzu 21 Meşələrin qorunması.

Plan:
1. Meşə örtüyü
2. Azərbaycan meşələri
3. Palıd meşələrinin ziyanvericilərdən mühafizəsi

Planetimizin "ağ ciyəri" - meşələri necə qoruyuruq?
Ətraf aləmi bitkilər olmadan təsəvvür etmək mümkün deyil. Danılmaz faktdır ki, bitkilərin insan həyatında rolu əvəzedilməzdir. Çünki insan həyatı üçün ən mühüm ünsürlər olan oksigen, su, qida kimi əsas maddələrinin yer üzündəki tarazlığını yaşıl bitkilər təmin edir. Ən əsası isə meşələr və meşə zolaqları şəhərləri, kəndləri tozdan və zəhərli qazlardan təmizləyir, sakinləri səslərdən qoruyurlar. Bunun daimi olması üçün əkilmə sahələrini qorumaq lazımdır. Təbiətin qayğısına qalmaq öz qayğımıza qalmağa bərabərdir. Nəticədə təbiət bizim bugünki və gələcək sağlamlığımızın təminatçısıdır.
Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşməsinə şərait yaradır. Azərbaycan meşələrinin ümumi sahəsi 1213,7 min kv metrdir. Hər adam başına təqribən 0,12 meşə sahəsi düşür. Ölkəmizin meşələri əhəmiyyətinə görə əsasən torpaqqoruyucu, sutənzimləyici, kurort, sağlamlaşdırıcı və s. faydalı funksiyalar daşıyır. Meşələrdən sağlamlıq məqsədilə əhalinin mədəni və estetik tələblərinin ödənilməsi üçün də istifadə edilir. Meşələri qorumaq isə təkcə aiddiyəti qurumların deyil, bizim də borcumuzdur. Bu gün kölgəsində, təmiz havasında dincəldiyimiz meşələri boş qutularla, kağızlarla, yeyinti qırıqları və bu kimi zibillərlə çirkləndirməməliyik. Çünki yaşıllıq olmasa, nəinki insanlar, bütün canlılar məhv olar. Lazım gəlmədikdə ağacları qırmaq, bitki aləminə zərbələr vurmaq insanların sağlamlığına, hətta həyatına təhlükə yaradır. Mütəxəssislər bildirir ki, ağacların qırılması minlərlə heyvan və bitkilərin, əkilmiş kənd təsərrüfatı məhsullarının məhv olmasına, iqlimin dəyişməsi və s. bəlalarla nəticələnir. Meşələri planetimizin “ağ ciyəri” də adlandırırlar. Nəzərə alsaq ki, biz hava ilə nəfəs alırıq, onda deyə bilərik ki, meşələrsiz nəfəs almağımız çətinləşər. Təbiət bizə qida, geyim və yurd-yuva bəxş edir. O, yaşamaq üçün bizim bütün zəruri ehtiyaclarımızı ödəyir. Ona görə də bəşər təbiəti mühafizə etməyə borcludur və bunu ilk növbədə özü üçün edir.
Ermənistanın ölkəmizə təcavüzü nəticəsində meşələrimizə dəyən ciddi ziyanı unutmamaq lazımdır. Rəsmi məlumatlara görə, ermənilər tərəfindən 261 min hektar meşə sahəsi vəhşicəsinə qırılıb talan edilir. Bu ərazilərdə bitən qiymətli ağac növlərinin kəsilib aparılması biomüxtəlifliyin qorunmasını kritik həddə çatdırıb. Buna misal kimi Topxana meşəsini göstərmək olar. Təkcə son bir neçə il ərzində işğal altındakı torpaqlarımızda 6 min hektaradək ərazinin yandırılması da bu sahədə hökm sürən acınacaqlı vəziyyətdən xəbər verir. İşğal altında olduğu üçün bu mənfi tendensiyaya müdaxilə də müşküldür. Bəşəriyyətin qlobal problemlərinin həllinə diqqət yetirməli olan beynəlxalq təşkilatların üzərinə bununla bağlı mühüm vəzifə düşür və artıq onlar əməli fəaliyyətə keçməli, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi sahəsində qətiyyətli mövqe ortaya qoymalıdırlar.
Ekoloq Sevda Əliyeva mətbuata açıqlamasında bildirib ki, Azərbaycan ictimaiyyəti hər zaman yaşıllıqların salınmasına, onlara qulluq edilməsinə yardımçı olur: “Dövlətin həyata keçirdiyi yaşıllaşdırma aksiyaları, yaşıllaşdırma proqramları ictimaiyyətin maraqlarına söykənir. Məlumdur ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin verdiyi fərmanda yaşıllaşdırma işi də mühüm bir vəzifə kimi önə çəkilib. Konsepsiyanın əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaqdır”. 
“Meşəsalma və bərpa işləri nəticəsində meşə sahələrinin ümumi torpaq sahələrinə nisbəti artacaq, yolkənarı ərazilərdə atmosfer havasının çirklənmədən qorunması, eləcə də nəqliyyatın hərəkətindən yaranan səs-küyün azaldılması məqsədilə yolqoruyucu yaşıllıqlar salınacaq” - deyən ekoloq qeyd edib ki, çirklənmiş ərazilər təmizləndikdən sonra orada yaşıllaşdırma zolaqları salınır: “Bu iş həm Bakıda, həm də bölgələrdə davam etdirilir. Bəllidir ki, hər il yüzlərlə yaşıllıq kolu, ağaclar əkilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsi “Yaşıllıqların bərpa edilməsi” məsələsilə bağlıdır. Burada bildirilir ki, yaşıllıqların bərpasının əsas məqsədi torpaqlarda ağac və kol bitkilərinin vaxtında bərpa olunmasından, onların cins tərkibinin yaxşılaşdırılmasından, torpaqlardan əhalinin istirahəti və digər məqsədlər üçün səmərəli istifadə edilməsindən, yaşıllıqlar olmayan ərazilərdə yaşıllıq salınmasından, məhsuldar olmayan torpaqların ağac və kol bitkilərinin əkini üçün yararlı vəziyyətə gətirilməsindən və meşə fonduna daxil olmayan torpaqlarda qoruyucu əkinlərin yaradılmasından ibarətdir”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin yaydığı məlumata görə, 2016-cı il ərzində meşələrin inkişafı sahəsində müəssisələr tərəfindən 10140 hektar plan-proqnoza qarşı 10151 hektar sahədə meşəbərpa tədbirləri aparılıb ki, bunun da 2646 hektarı (2635 ha qarşı) meşə əkini və səpini işləridir. Hesabat dövründə cəmi 3801993 ədəd ting əkilib. Meşə əkinlərinin becərilməsi məqsədilə 33977,8 hektar sahədə xidmət, 32916,5 hektar sahədə suvarma, 2582,6 hektar sahədə torpaq hazırlığı işləri və 7505 hektar sahədə isə təbii bərpaya kömək tədbirləri həyata keçirilib. Müxtəlif ağac və kol cinslərindən 158248 kq toxum tədarük edilib. İl ərzində tinglik sahəsinin səpin şöbəsində 88,64 hektar sahədə toxum səpilib, böyütmə şöbəsində 69,44 hektar sahədə 2750 min ədəd toxmacar və kökləndirmə şöbəsində isə 13,52 hektarda 653,9 min ədəd çilik basdırılıb. Tinglik sahələrində 35222000 ədəd müxtəlif çeşiddə əkin materialları yetişdirilib. Cavan ağaclıqların yetişdirib qiymətli ağaclıqlar kateqoriyasına keçirilməsi tədbirləri 9636 hektar sahədə icra edilib ki, bunun da 2763 hektarı meşə əkinləridir.
Ötən il müəssisələrdə keçirilən bütün növ yoxlama və araşdırmalarda 154619 manat ziyan məbləğində 22253 kub metr həcmində ağacların qanunsuz kəsildiyi aktlaşdırılaraq qanunamüvafiq tədbirlər görülüb. Aktlaşdırılan meşəpozmalarına görə hesablanan ziyandan (154619 manatdan 118358 manatı) 62 faizi ödənilib, təqsirkar şəxslər barəsində qanuna uyğun olaraq müvafiq tədbirlərin görülməsi məqsədi ilə 144 iş hüquq-mühafizə orqanlarına və məhkəmələrə göndərilib.
Sonda ümummilli lider Heydər Əliyevin meşələrin qırılması ilə bağlı vurğuladığı fikirləri qeyd etmək təbiəti qorumağımız üçün kifayət edir: “Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də, siz hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız...”.


Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə