Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Adi qozun yetişdirilməsi və artırılması yolları



Yüklə 137,16 Kb.
səhifə36/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Adi qozun yetişdirilməsi və artırılması yolları. Qoz ləpəsinin tərkibində 58-77% yağ, 12-25% zülal, 5-25% karbohidratlar, 0,3 mq% askorbin turşusu vardır. Odur ki, qozun ləpəsi yüksək kaloriliyə malik olub, həmin miqdarda mal ətinin kalorisindən 7 dəfə artıqdır. 1 kq qoz ləpəsinin 6120 kkal qidalılığı vardır və ya onun verdiyi kalorinin miqdarı 1 kq mal əti və 2 kq buğda çörəyinin birlikdə verdiyi kaloriyə bərabərdir. İ.V.Miçurin adi qozu meyvəsini «gələcəyin çörəyi» kimi qiymətləndirmişdir. K.Y.Sialkovski (1929) qoz ağacını g ələcəyin bitkisi adlandırmışdır. Yunan qozunun ləpəsindən əldə edilən yağ çox qiymətli və keyfiyyətli olub, yeyinti, ətriyyat və lak-boyaq sənayesində istifadə olunur. Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, qoz ağacı respublikamızda bitən bütün ağaclardan gəlirli və insan üçün çox faydalıdır. Odur ki, qoz meşələrini və bağlarını artırmaq günün vacib problemi hesab edilməlidir. Adi qoz əsasən toxum səpini üsulu ilə artırılır. Səpin prosesi toxumluq ağacların seçilməsi, toxumun yığılması, toxumun çeşidləndirilməsi və stratifikasiyası. saxlanması və səpinə hazırlanmasından ibarətdir. Qoz əkinlərinin keyfiyyəti səpin materialının mənşəyindən çox asılıdır. Odur ki, məlum mənşəli sağlam və yaxşı nəsildən olan toxumluq ağaclar qabaqcadan seçilir və toxum yalnız bu ağaclardan tədarük edilir. Toxumluq ağaclar quraqlığa dözümlü, sağlam, tezböyüyən, xəstəlik və ziyanvericilərə qarşı davamlı olmalıdır. Bu ağaclardan toplanan toxumlar kifayət qədər iri, nazik, lakin bərk qabıqlı, açıq (parlaq) rəngli, içi dolu, ləpə çıxarı yüksək, ləpəsi asan təmizlənən, dadlı, kəmşirin, yağlı, ləpənin qabığı açıq rəngli olmalıdır. Toxum yetişdikdən sonra budaqları silkələməklə (çırpmaqla), uzun dəyənəklərə bağlanan bağ qayçısı ilə kəsməklə və toxmaqla döyməklə toplanır. Səpin üçün təzə (bir ildən artıq saxlanmayan) toxumlardan istifadə olunur. Yığılmış toxumlar qabıqdan təmizlənərək talvarın altında kölgədə qurudulur. Təzəcə toplanan toxumları 1-2 gün günəş altında saxlamaq faydalıdır. Belə ki, qısa müddətdə günəş altında qurudulan qozalar açıq rəng alır və göbələk xəstəliklərinə tutulmur.
Milli parklar. Bakı şəhərində və Abşeronda indiyə qədər salınan yaşıllıqları, onların istifadə funksiyasına görə aşağıdakı qruplara ayırmaq olar: - Şəhər parkları. Bura aşağıdakılar daxildir: .. Nizami parkı 1880-1890-cı illərdə Bakının Qaraşəhər deyilən hissəsində salınıb. Hazırda parkda 30 ədəddən artıq hələb şamı qeydə aldıq. Onlar parkın əsas sakinləri olub yaraşıqlı və möhtəşəm gövdələri ilə seçilirlər. Boyları 18-20 m, diametrləri 40-48 sm təşkil edir. Diametrləri 60-84 sm olan tut ağacları da özlərini yaxşı hiss edir. Parkda olan lələk ağaclarının boyları 16-20 m, diametrləri isə 64-84 sm-dir. Yapon saforasının diametri 52 sm-dir. bağda 1 ədəd at şabalıdı (h=13 m, d=42 sm), zeytun, birgöz, 1 ədəd yapon əzgili var. ..Zabitlər parkı 1930-cu ildə 3,1 ha sahədə salınıb. Əsas ağac cinsi daş palıddan ibarətdir. .. Dənizkənarı park (bulvar) birinci hissəsi 1908-ci ildə Azərneft meydanından Kukla teatrına kimi, II hissə 1931-32-ci illərdə Kukla teatrından hökumət evi istiqamətində, III hissəsi isə 1938-ci ildə Azneft meydanından köhnə « İnturist» mehmanxanasına qədər olan ərazidə salınaraq, zaman-zaman rekonstruksiya edilmiş, əsasən, ekzot ağac və kol cinslərindən istifadə edilmişdir. .. Dağüstü park, hazırkı Şəhidlər xiyabanı; .. Zığ parkı, 1930-cu ildə 50 ha sahədə salınıb. Zeytun, eldar şamı, nar, sərv, əncir, nar, püstə ağaclarından istifadə edilmişdir.


Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə