Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Mövzu 22 Xüsusi mühafizə olunan ərazilər



Yüklə 137,16 Kb.
səhifə35/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Mövzu 22 Xüsusi mühafizə olunan ərazilər.

Plan:
1. Relikt və qiymətli meşə sahələrinin mühafizəsi
2. “Yaşıl abidələrin” mühafizəsi

Təbiətin qorunub saxlanan formalarından qoruqları, yasaqlıqları, milli parkları, ayrı-ayrı qiymətli təbiət obyektlərini göstərmək olar. Qoruqlar təbiətin canlı laboratoriyası sayılır. Qoruq ərazilərində insanın bütün təsərrüfat fəaliyyəti dayandırılır və orada yalnız mühafizə və elmi tədqiqat işləri aparılır. Yasaqlıqlar qoruqdan fərqli olaraq hansı təşkilatın ərazisində yerləşirsə, həmin təşkilata baxır (məs. fermer, meşə t əsərrüfatı v ə s.). Yasaqlıqlarda ovetmə, mal-qara otarma, yer şumlamaya qismən icazə verilə bilər. Yasaqlıqda bütün təbiət kompleksi deyil, onun ayrı-ayrı komponentləri qorunur. Respublikamızda flora və faunanın mühafizə olunub saxlanması məqsədilə 5 milli park, 14 dövlət qoruğu və 18 yasaqlıq yaradılmışdır.


Relikt və qiymətli meşə sahələrinin mühafizəsi. Respublikamızın dağlıq ərazisində az-çox öz ilkin vəziyyətini saxlayan qiymətli və relikt ağac cinslərindən ibarət meşəlik sahələri mövcuddur. Lakin bu sahələr antropogen amillərin təsirilə pozulur və yavaş-yavaş məhvə doğru gedir. Belə sahələrin qorunub saxlanması təbiətin mühafizəsi işində xüsusi əhəmiyyət kəsb edir. Aşağıda onların bəzilərinin təsviri verilir. a) Qaraçöhrə sahələri b) Şərq palıdı ağaclıqları c) ) Adi şabalıd ağaclıqları d) Qarmaqvari şam meşəlikləri. E) Saqqız ağacı sahələri
«Yaşıl abidələrin» mühafizəsi. Vaxtilə respublikamızın ərazisinin çox hissəsi meşə ilə örtülü olmuşdur. Sonra əkinçiliyin və maldarlığın sürətlə inkişafı, təbiətdən istifadə edərək, onun sərvətlərinə lazımi qayğının göstərilməməsi meşələrin azalmasına, bir çox yerlərdə isə tamamilə yoxa çıxmasına səbəb olmuşdur. Meşəsi yox edilmiş ərazilərdə az-çox təbii şəklini saxlamış a ğac qruplarına və kiçik meşə sahələrinə insanların «müqəddəs» saydıqları yerlərdə- «Pir»lərdə, qəbirstanlıqlarda təsadüf etmək olar. Belə sahələrdə insanlar ağaclara toxunmur, onları kəsməyi «günah» hesab edir, daha doğrusu qorxur. Odur ki, belə yerlərdə ağaclar neçə-neçə əsrlər yaşayaraq, «abidələşir», qocalaraq quruyur, yıxılır, necə deyərlər, öz əcəli ilə məhv olur. Belə «abidələrə» ən çox Quba, Dəvəçi və Şamaxı rayonlarında rast gəlmək olar. Onların daha yaxşı mühafizə olunub saxlanması elmi və tarixi əhəmiyyət kəsb edir.
1. Dəvəçi rayonunun Zöhramlı k əndinin yanında dəniz səthindən 550 metr yüksəklikdə yamacın şərq cəhətində kiçik sahədə yaşı ötmüş palıd meşəsi vardır. Bu meşəlik «Pirnaxır-Rivanda-piri» adı daşıyır.
2. «Çinar-baba» piri Dəvəçi rayonunda Çinarlar kəndinin yanında, dəniz səthindən 900 metr yüksəklikdə yerləşir. Bura keçmiş qəbirstanlıq hesab olunur. Burada bir kökdən döş bərabərində yoğunluğu 80, 70 və 80 santimetr, boyları 30 metrə çatan 3 nəhəng çinar gövdəsi ucalır. Çinarın yanında boyu 30 metr, diametri 1,5 metrə çatan tək palıd ağacı, 8 nəhəng göyrüş ağacı, tək ağcaqayın bitir. Bu ağacların yoğunluğu 20-80 santimetr olan 8 qoz ağacı əhatə edir
Meşə əkinləri. Mədəni qovaq meşəliyini birillik pöhrələrdən hazırlanan çilinglər və tinglikdə yetişdirilmiş bir və ya bir neçə illik əkin materialı ilə salmaq olar. Qovaq meşəliyini kök vermiş birillik tinglərlə saldıqda yaxşı n əticə alınır. Lakin, Azərbaycanın Mil-Muğan düzündə, Balakən, Zaqatala, Yalama və s. meşə təsərrüfatlarında aparılan əkin işlərinin nəticəsi göstərmişdir ki, yaxşı qulluq etmək və əkini vaxtaşırı su ilə təmin etməklə mədəni qovaq meşəliyini çilinglərlə də salmaq olur və bu, iqtisadi cəhətcə ucuz başa gəlir. Qovağın tez böyüməsi, az bir zamanda məhsuldar meşəlik yaratması və ondan qiymətli oduncaq alınmasına əsaslanaraq dünyanın bir çox ölkələrində geniş plantasiyaları və meşəlikləri salınır

Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə