Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Mövzu 30 Təbii fəlakətlər və mühafizə tədbirləri



Yüklə 137,16 Kb.
səhifə53/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Mövzu 30 Təbii fəlakətlər və mühafizə tədbirləri

Plan:
1. Fırtınalar
2. Zəlzələ
3. Leysan yağışları, dolu

Təbii fəlakətlərin aşağıdakı növlərini göstərmək olar: daşqınlar, tropik tsiklonlar, tufanlar, tayfunlar, sunamilər, zəlzələlər, vulkan püskürmələri, quraqlıq, ayazlar, meteorit zərbəsi, sürüşmələr, dağ uçqunları, qar uçqunu, xortumlu burulğan (smepç) və s.


1. FIRTINALAR. Fırtınalar Yer kürəsinin hər yerində qeydə alınan təbii fəlakətlər olub, çox müxtəlifliyi ilə səciyyələnir. Onlardan bir hissəsi, eyni zamanda inkişaf edib burulğanlı (burulğanlı fırtına) və burulğansız hava axınının hərəkəti kimi təzahür olunur. Digəri üçün isə havanın yalnız axın hərəkəti formasında (hava axını fırtınası) baş verməsi xarakterikdir. Burulğanlı fırtınalar arasında çox vaxt tozlu fırtınalar (tufanlar) ayrılır. Belə fırtınalar eni 500 m-ə çatan və adi sürəti saatda 60 km-ə qədər olan geniş hava kütlələridir. Belə axınlar adətən quraqlıq vilayətlərdən yarımquru və rütubətli vilayətlərə toz və xırda qırıntı materialı gətirir. Bir neçə on santimetr hündürlükdə havada çınqıl və iri qum: 2 metrə qədər hündürlükdə xırda qum uçur, daha çox yüksəkliklərdə isə (1,5 km-ə qədər) xırda toz hissəciklərinin tutqun buludu əmələ gəlir. Aparılan hissəciklərin tərkibindən asılı olaraq qara fırtınalar (Rusiyanın Avropa hissəsinin cənubu üçün səciyyəvidir, burada qara torpaqlar sovrulur); sarı fırtınalar – Orta Asiya üçün xarakterik olub sarı-qonur qumluca və gillicə sovrulur; qırmızı f ırtına (dəmir oksidinə boyanmış gillicə); ağ fırtına – geniş şoran ərazilərdə baş verir (duz hissəcikləri sovrulur). Ağ fırtınalar qurumaqda olan Aral gölü yerləşən sahələrdə müşahidə olunub, göldən uzaq ərazilərdə də torpağın şorlaşmasına səbəb olur. Tozlu tufanların müddəti bir neçə saatdan 7 … 70 sutkaya kimi davam edir. Küləyin sürəti adətən saniyədə 40 metri keçmir. Tozlu tufanlar praktiki olaraq insan həyatı üçün bilavasitə təhlükəli olmasa da böyük maddi ziyan yetirir.

Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə